Əhaliyə təhlükə ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ: Noyabrın 8-dək... -RƏSMİ

 

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, noyabrın 8-i səhərədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, bir sıra ərazilərdə güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel və daşqın keçəcəyi, şimşək çaxacağı proqnozlaşdırılır.
Sumqayit.tv xəbər verir ki, qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə müraciət edərək, gözlənilən hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.
Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Bundan əlavə, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.
Yağıntılarla əlaqədar bəzi çaylarda mümkün sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.
Həmçinin, ildırımın yaratdığı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir. //Musavat.com 
Təhlükə zamanı 112-yə zəng edin!

7-11-2023, 02:00 260

Digər xəbərlər

Bakı–Pirşağı sürət qatarında texniki nasazlıq: ADY-dən açıqlama

Zakir Fərəcov növbəti vətəndaş qəbulunu keçirib

Sumqayıt və Abşeron çimərliklərində sabah hava necə olacaq?

Səbinə Salmanova: Azərbaycan türk dünyasının inteqrasiyasında mühüm rol oynayır

Sumqayıtda 4-cü mikrorayon sakinlərinin müraciətləri dinlənilib

Aşura günü Sumqayıt, Bakı və Abşeronda qanvermə aksiyaları keçiriləcək – Ünvanlar

Sumqayıtda oğlunu namaz qılmağa məcbur edən sabiq axund CƏRİMƏLƏNDİ - FOTO/VIDEO

Sumqayıtda 7 nömrəli marşrut xətti ilə bağlı şikayət: Təhlükəli idarəetmə iddia olunur - VİDEO

Sumqayıtda bina sakinləri SOS verir: Zirzəmi aylardır çirkab sular altında qalıb-VİDEO

Sumqayıtın kanalizasiya sisteminin inkişafına dəstək – yeni saziş imzalandı-VİDEO

Prezident: Siyasi, iqtisadi və sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır

Dünya bazarında Azərbaycan neftinin qiyməti azaldı

Sumqayıt Dövlət Universiteti QS dünya reytinqində mövqeyini qorudu-FOTO

Sumqayıtın tanınmış müəllimi vəfat edib

III qrup üzrə ölkə birincisi Sumqayıtdan çıxdı – 690 bal topladı

Sumqayıt və Novxanı çimərliklərinə gedənlərin nəzərinə: Sabah hava necə olacaq?

Bakı-Sumqayıt yolunda faciəvi şəkildə ölən Zəhranın - FOTOLARI

Valideynlərin nəzərinə! Bu gündən məktəb və müəllim seçimi mümkündür

Sumqayıtda doğulan yeniyetmə müəllimi güllələmə işi üzrə ev dustaqlığına buraxılmadı

Sumqayıtda uğur hekayəsi: "İlin Ən Yaxşı Olimpiada Müəllimi" və onun uğurlu şagirdləri-VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1065
Dünən, 20:18
Dünən, 20:15
Dünən, 18:30
Dünən, 18:28
Dünən, 16:23
Dünən, 15:19
Dünən, 10:16
18-06-2026, 23:25
18-06-2026, 19:21
18-06-2026, 14:22
18-06-2026, 09:48
18-06-2026, 09:44
18-06-2026, 09:35
18-06-2026, 09:11
18-06-2026, 01:36
17-06-2026, 16:51
17-06-2026, 13:47
17-06-2026, 13:22
17-06-2026, 13:17
17-06-2026, 12:55
16-06-2026, 18:59
16-06-2026, 17:14
16-06-2026, 17:11
16-06-2026, 17:08
16-06-2026, 01:40
15-06-2026, 19:13
15-06-2026, 18:51
15-06-2026, 11:42
15-06-2026, 11:39
15-06-2026, 11:37
14-06-2026, 15:13
14-06-2026, 09:45
13-06-2026, 21:38
13-06-2026, 21:03
13-06-2026, 20:52
13-06-2026, 12:53
13-06-2026, 11:27
13-06-2026, 11:23
13-06-2026, 11:21
13-06-2026, 11:20
1 2 3 4 5 6 7 8 9 10 ... 1065