Fransanın məşuqə yatağında açılan dövlət sirləri – bir neçə qədəh şərab və...

 

Hər şey Fransanın milli bayramlarının birində, bu ölkənin Moskvadakı səfirliyində keçirilən tədbirdən başlayıb. Bayram təntənəsinə qatılan qonaqların arasında tanınmış aktrisa Larisa Sobolevskaya da yer alıb. O, bu tədbirə aktrisa kimi dəvət olunsa da, Sobolevskayanın başqa bir missiyası da olub...
1955-ci ilin əvvəllərində SSRİ Dövlət Təhlükəsizlik Komitəsi Fransanın SSRİ-dəki səfiri Moris Dejanı “əməkdaşlığa” cəlb etmək üçün bir neçə əməliyyat planı hazırlayıb. Bir neçə aylıq müzakirələrdən sonra Nikita Xruşşovun razılığı ilə bu planlardan birinin icrasına başlanılıb. Əməliyyata DTK generalı Oleq Qribanov başçılıq edib. Bu işdə generala DTK-nın agenti “Mosfilm”in ssenaristi Yuri Krotkov yarımdımçı olub. Krotkov səfir Moris Dejanı aktrisa Larisa Sobolevskaya vasitəsi ilə “ələ keçirməyi” təklif edib və aktrisanın bu işə könüllü razı olduğunu bildirib.
Bir çox filmlərdə rol alan Larisa Sobolevskaya sevilən aktrisa olması ilə yanaşı, həm də gözəlliyi, cəlbediciliyi ilə fərqlənib. Ssenarist Krotkov aktrisaya DTK əməliyyatında iştirak etmək təklifini verəndə o, tərəddüdsüz razılığını bildirib və qeyri-iş günündə, həftənin bazar günü Larisa Sobolevskyanın DTK generalı Oleq Qribanovla ilk görüşü olub.
1511693713152434934.jpg (49 KB)
General qeyri-rəsmi şəraitdə əməliyyatın detallarını açıqlayıb:
  • İlk növbədə siz özünüzü çox sadəlövh, siyasətdən anlayışı olmayan, gözəlliyi ilə öyünən şıltaq bir xanım kimi aparmalısınız. Bununla yanaşı, siz səfirin görüş təklifini də dərhal qəbul etməməlisiniz. Səbəb kimi həyat yoldaşınızın qısqanc bir adam olduğunu söyləməlisiniz. Sonralar görüşlə bağlı razılıq əldə olunanda siz səfirdən hədiyyə də istəməlisiniz. Sizin səfirlə tanışlığınız rəsmi tədbirdə baş tutacaq. Həmin tədbirdə hərəkətlərinizdə, davranışlarınızda heç bir şübhəli detal olmamalıdır...
Larisa Sobolevskaya generalı səbirlə dinlədikdən sonra təbəssümlə cavab verib:
  • Hər halda söylədikləriniz səhnədəki rollarımızdan qat-qat asandır. Narahat olmaya bilərsiniz. Amma düşünürəm ki, bu iki səhnədə bir fərq olacaq, o da qonorar fərqi.
General aktrisanın nəyə işarə etdiyini anlayıb: 
  • Qonorarın ilkin hissəsini Krotkov sizə çatdıracaq. Düşünürəm ki, razı qalacaqsınız.
Aktrisa ilə səfirin tanışlığı Fransanın milli bayramlarının birində səfirlikdə təşkil olunan qəbulda baş tutub. Yuxarıda qeyd etdiyimiz kimi Sobolevskaya bayram tədbirinə tanınmış aktrisa kimi dəvət olunub.
Elə ilk görüşdən səfir Moris Dejan aktrisaya xüsusi diqqət göstərib, tədbirin sonunda tanışlıqlarının və münasibətlərinin davamlı olmasını arzulayıb. Beləliklə də səfirlə aktrisa arasında əlaqələr yaranıb.
Qısa bir müddətdən sonra Moris Dejan Sobolevskyaya görüşməyi təklif edib və bu görüşün səhərə qədər davam etməsini istəyib. Aktrisa görüşməkdən imtina etməyib, amma generalın təlimatına uyğun olaraq gecə bir yerdə qalmağın mümkün olmayacağını söyləyib, həyat yoldaşının hədsiz qısqanc olduğunu bildirib. Moris Dejan israrından dönməyib. Uzun-uzadı xahişlərdən sonra Sobolevskaya razılıq verib, amma bir şərtlə ki, görüş onun öz evində olsun. Aktrisa həyat yoldaşının ezamiyyətdə olduğunu bildirərək səfiri öz evinə dəvət edib. Əslində, həmin mənzil xüsusi qurğuların yerləşdirildiyi DTK-ya məxsus mənzil olub.
şşşş (1).jpg (135 KB)
Cütlük axşam saat 8-də görüşüb. Bir-iki saat süfrə arxasında əyləndikdən, bir neçə qədəh şərab içdikdən sonra onlar yataq otağına keçiblər. Səfir tam soyunduqdan sonra aktrisa vanna otağına keçmək bəhanəsi ilə yataq otağından çıxıb və dəhlizdəki görünməyən yerdə olan kiçik düyməni basaraq “sevgili”sinin yanına qayıdıb.
Bu məqamda qapını öz açarları ilə açan iki nəfər mənzilə daxil olub. Onlardan biri özünü aktrisanın həyat yoldaşı kimi təqdim edib, digəri isə guya onun dostu olub. Əslində isə vaxtsız gələn qonaqlar DTK əməkdaşları olublar.
Larisa Sobolevskayanın “həyat yoldaşı” səfiri döyməyə başlayanda o, kim olduğunu anladıb. “Qısqanc ər” isə heç nəyə məhəl qoymayıb, milis çağıracağını söyləyib. Sonra “ev sahibləri” qəsdən şərait yaradıblar ki, səfir qaça bilsin və Moris Dejan mənzildən qaçmağa nail olub. DTK şousu bununla da bitib.
Səhərisi günü səfir aktrisaya zəng vuraraq xahiş edib ki, onunla bağlı hüquq-mühafizə orqanlarına heç bir şikayət verməsinlər. Sobolevskya xahişi böyük məmnunniyyətlə qəbul edib və ona öz şərtini diktə edib.
Müəyyən olunmuş vaxtda Moris Dejan DTK əməkdaşları ilə görüşə gedib və DTK ilə əməkdaşlıq etməyə razılıq verib.
Moris Dejan uzun müddət DTK-ya işləyib. Sonralar Fransaya qayıdanda və Şarl de Qoll onun DTK ilə əməkdaşlığının haradan başlandığını biləndə əli ilə onun çiyninə vuraraq deyib: 
“Mən çoxdan bilirdim ki, sən kiminlə gəldi, yatağa girməyə hazırsan”.
uuu.jpg (63 KB)
Qeyd edək ki, Moris Dejan hələ 1940-cı illərin əvvəllərindən Şarl de Qollun yaxın silahdaşlarından biri olub.
Moris Dejan DTK ilə əməkdaşlığa görə heç bir cəza almayıb. Əksinə, araşdırmaçıların qənaətinə görə, səfirin bu xidməti Fransa-SSRİ münasibətlərinin yaxşılaşmasında böyük rol oynayıb. Amma bütün bunlarla yanaşı səfir Fransa ilə bağlı DTK-ya kifayət qədər çoxsaylı məxfi materiallar ötürüb.
Sonralar Moris Dejan Fransa-SSRİ Assosiasiyasına rəhbərlik edib.
Larisa Sobolevskya isə DTK “səhnə”sindəki uğurlu çıxışına görə pul mükafatı ilə yanaşı, İsveçrə istehsalı olan və üzərində brilyant qaşlı qızıl saatla da  mükafatlandırılıb.
Beləliklə, fransız diplomat öz ölkəsini bir neçə qədəh şəraba və sona çatmayan gecə həzzinə satıb...
 Musavat.com

7-11-2023, 13:00 101

Digər xəbərlər

Bakı-Sumqayıt qatarlarının müvəqqəti ləğv edilmiş reysləri bərpa olunur

Zakir Fərəcov Şəhər Günündəsəyyar qəbul keçirdi – FOTO

Sumqayıt Məhkəməsi avtоmоbilini təmir edən ustanı döyən şəxsin cəzasını azaltdı

50 milyonluq qızıl QALMAQALI: azərbaycanlı iş adamı AXTARILIR

DYP-dən sürücülərə MÜRACİƏT

Şahlar Əsgərovdan Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR - Sirləri açdı!

Sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı QƏRAR

"Sumqayıt" doğma meydanda "Şamaxı"ya qarşı itkilərlə çıxacaq

Sumqayıtda ər arvadını döydü

"Mehdi Hüseynzadə”də keçiriləcək tədbirin planı bəllidi – azarkeşlər meydanda yarışacaq

Sumqayıtda yataqxanada qadınlar arasında dava - TƏFƏRRÜAT

"Sənətçiyə elə pul verməlidir ki, evə ət alacağını düşünməsin" - Məşhur aktyor

*Bakıda yeni universitet korpusu və yaşayış binaları layihələrinin ekoloji qiymətləndirilməsi aparılıb*

Merkelin xatirələri: Rusiya, NATO və Ukrayna mübahisələri üzə çıxdı- SENSASİYA

Ərdoğandan xəbərdarlıq: “Putin buna sərt cavab verə bilər”

Türkiyədən ABŞ-a çağırış: “Siz qoşunlarınızı geri çəkin, biz də...”

Deputatın “Zəngimcell”i: “Balansınız bitmişdir…”

Müqayis Verdiyev yenidən məhkəmə qarşısında

Pensiya ödənişi niyə gecikir? – Nazirlikdən açıqlama

Sumqayıtdakı lisey direktorunun qardaşı rəhmətə gedib

1 2 3 4 5 6 7 8 9 10 ... 903
Dünən, 18:05
Dünən, 17:37
Dünən, 12:39
Dünən, 12:32
Dünən, 11:50
Dünən, 11:41
Dünən, 11:34
Dünən, 11:31
Dünən, 10:24
Dünən, 10:10
Dünən, 10:00
Dünən, 09:00
21-11-2024, 19:29
21-11-2024, 11:07
21-11-2024, 10:53
21-11-2024, 10:46
21-11-2024, 10:16
21-11-2024, 10:01
21-11-2024, 09:09
20-11-2024, 19:47
20-11-2024, 19:24
20-11-2024, 16:08
20-11-2024, 15:29
20-11-2024, 15:25
20-11-2024, 15:23
20-11-2024, 15:20
20-11-2024, 15:14
20-11-2024, 15:12
20-11-2024, 15:08
20-11-2024, 15:04
20-11-2024, 15:00
20-11-2024, 14:58
18-11-2024, 09:09
18-11-2024, 09:02
15-11-2024, 19:20
15-11-2024, 14:16
15-11-2024, 14:08
15-11-2024, 14:01
15-11-2024, 13:59
15-11-2024, 13:53
1 2 3 4 5 6 7 8 9 10 ... 903