Daşaltıda itkin düşən Rafiq Ağayevin QARDAŞI: "Onunla axırıncı dəfə Sumqayıtda görüşdüm" – FOTO


"Rafiqi sonuncu dəfə 1992-ci il yanvar ayının 23-də Sumqayıtda görmüşəm. İkimiz birgə şəhər avtovağzalına gəldik. Yenə cəbhəyə getmək istəyirdi. Həmin gün gedə bilmədi. Səhəri gün qonşumuzun avtomobili ilə Bakıya yola düşdü və oradan da Qarabağa getdi. Sonra bildik ki, Tofiq Daşaltı əməliyyatında iştirak edib və şəhid olub".   

Bu sözləri Bizim.Media-ya Daşaltı əməliyyatında şəhid olduğu bildirilən Rafiq Ağayevin qardaşı, Sumqayıt şəhər sakini Tofiq Ağayev deyib. 

O, məlumat verib ki, qardaşı 7 iyul 1966-cı ildə anadan olub. Əslən Qubanın Cimi kəndindən olan ailə Sumqayıt şəhərində yaşayıb.   


Rafiq Qarabağa könüllü gedən yüzlərlə igid qəhrəmanlarımızdandır: 1984-1986-cı ildə Orenburqda hərbi xidmətdə olub. Qayıdandan sonra Sumqayıtın Boru Prokat Zavodunda işləyib. Birinci Qarabağ Müharibəsi başlayanda Şıxov batalyonunun tərkibində Qarabağa könüllü gedib. 1992-ci il yanvar ayının əvvəllərində Kərcicahan istiqamətində gedən döyüşlərə qatılıb. Oradan qayıdandan bir neçə gün sonra Daşaltıya yola düşüb.   

Tofiq Ağayevin sözlərinə görə, Daşaltı əməliyyatından sonra qardaşı Rafiqin orada şəhid olması xəbərini alıb: 

"Yanvarın 25-26 da keçirilən uğursuz Daşaltı əməliyyatından sonra mən Bakıya gedib Şıxov batalyonunun hərbçiləri ilə görüşdüm. Hamı bir nəfər kimi mənə Rafiqin yaralanan yoldaşını xilas etmək istəyərkən qarnından yaralandığı, əsir düşməmək üçün özünü qumbara ilə partlatdığı məlumatını verdilər".


Tofiq Ağayev bildirib ki, qardaşının Daşaltı əməliyyatında şəhid olduğu rəsmi şəkildə təsdiqlənmədiyindən Rafiq itkin kimi qeydə alınıb, şəhid statusu verilib. Amma bu günəcən Rafiqin məzarının harada olması və ya sümüklərinin qalığının tapılması barədə məlumatları yoxdur.  
 
Ailənin 31 ildir gözləri yollardan yığılmır 

Son vaxtlar Birinci Qarabağ Müharibəsində itkin düşmüş şəhidlərimizin qalıqlarının tanınıb doğulduqları məkanlarda dəfn edilməsini çox təqdirəlayiq hesab edən Tofiq Ağayev, bir gün qardaşı Rafiqlə bağlı da rəsmi xəbər alacağına ümid edir. 


Deyir ki, anam Zeynəb ölən günəcən Rafiqdən xəbər gözlədi. Biz hələ 2015-ci ildə DNT analizi vermişik. İnanıram ki, bizim Rafiqin nəşinin qalıqları da tapılacaq, onda valideynlərimizin də ruhu şad olar, Rafiqin də.










9-11-2023, 10:30 161

Digər xəbərlər

Bakı–Pirşağı sürət qatarında texniki nasazlıq: ADY-dən açıqlama

Zakir Fərəcov növbəti vətəndaş qəbulunu keçirib

Sumqayıt və Abşeron çimərliklərində sabah hava necə olacaq?

Səbinə Salmanova: Azərbaycan türk dünyasının inteqrasiyasında mühüm rol oynayır

Sumqayıtda 4-cü mikrorayon sakinlərinin müraciətləri dinlənilib

Aşura günü Sumqayıt, Bakı və Abşeronda qanvermə aksiyaları keçiriləcək – Ünvanlar

Sumqayıtda oğlunu namaz qılmağa məcbur edən sabiq axund CƏRİMƏLƏNDİ - FOTO/VIDEO

Sumqayıtda 7 nömrəli marşrut xətti ilə bağlı şikayət: Təhlükəli idarəetmə iddia olunur - VİDEO

Sumqayıtda bina sakinləri SOS verir: Zirzəmi aylardır çirkab sular altında qalıb-VİDEO

Sumqayıtın kanalizasiya sisteminin inkişafına dəstək – yeni saziş imzalandı-VİDEO

Prezident: Siyasi, iqtisadi və sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır

Dünya bazarında Azərbaycan neftinin qiyməti azaldı

Sumqayıt Dövlət Universiteti QS dünya reytinqində mövqeyini qorudu-FOTO

Sumqayıtın tanınmış müəllimi vəfat edib

III qrup üzrə ölkə birincisi Sumqayıtdan çıxdı – 690 bal topladı

Sumqayıt və Novxanı çimərliklərinə gedənlərin nəzərinə: Sabah hava necə olacaq?

Bakı-Sumqayıt yolunda faciəvi şəkildə ölən Zəhranın - FOTOLARI

Valideynlərin nəzərinə! Bu gündən məktəb və müəllim seçimi mümkündür

Sumqayıtda doğulan yeniyetmə müəllimi güllələmə işi üzrə ev dustaqlığına buraxılmadı

Sumqayıtda uğur hekayəsi: "İlin Ən Yaxşı Olimpiada Müəllimi" və onun uğurlu şagirdləri-VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1065
Dünən, 20:18
Dünən, 20:15
Dünən, 18:30
Dünən, 18:28
Dünən, 16:23
Dünən, 15:19
Dünən, 10:16
18-06-2026, 23:25
18-06-2026, 19:21
18-06-2026, 14:22
18-06-2026, 09:48
18-06-2026, 09:44
18-06-2026, 09:35
18-06-2026, 09:11
18-06-2026, 01:36
17-06-2026, 16:51
17-06-2026, 13:47
17-06-2026, 13:22
17-06-2026, 13:17
17-06-2026, 12:55
16-06-2026, 18:59
16-06-2026, 17:14
16-06-2026, 17:11
16-06-2026, 17:08
16-06-2026, 01:40
15-06-2026, 19:13
15-06-2026, 18:51
15-06-2026, 11:42
15-06-2026, 11:39
15-06-2026, 11:37
14-06-2026, 15:13
14-06-2026, 09:45
13-06-2026, 21:38
13-06-2026, 21:03
13-06-2026, 20:52
13-06-2026, 12:53
13-06-2026, 11:27
13-06-2026, 11:23
13-06-2026, 11:21
13-06-2026, 11:20
1 2 3 4 5 6 7 8 9 10 ... 1065