Zakir Fərəcov Avstrada səfərdə olub


Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun başçılıq etdiyi nümayəndə heyəti dekabrın 4-dən 6-dək Lints şəhərində işgüzar səfərdə olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Avstriyadakı səfirliyinin dəstəyi ilə baş tutan səfərin əsas məqsədi Avstriyanın aparıcı sənaye mərkəzi olan Lints şəhəri ilə Sumqayıt şəhəri arasında 2009-cu ildən mövcud olan əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, yerli sənaye müəssisələri ilə tanışlıq olub.
Səfər çərçivəsində Z. Fərəcov Lints şəhərinin meri Klaus Luqer, Yuxari Avstriya İqtisadiyyat Palatasının Xarici ticarət departamentinin nümayəndələri, Lints limanının direktoru Harald Kronştayner və Yuxarı Avstriya Federal Əyalətinin biznes şirkətlərinin nümayəndələri ilə görüşlər keçirib.
Görüşlərdə sənaye şəhərləri olan Sumqayıt və Lints arasında gələcək əməkdaşlıq üçün geniş imkanların mövcud olduğu vurğulanıb, bu imkanların reallaşdırılması istiqamətində mümkün sahələr barədə ətraflı fikir mübadiləsi aparılıb. Qarşı tərəfə post-münaqişə dövründə Azərbaycanın işğaldan azad edilmiş Qarabağ bölgəsində aparılan bərpa və yenidənqurma işləri barəsində ətraflı məlumat verilib və bu işlərdə xarici şirkətlər üçün yaradılan əməkdaşlıq imkanlarından danışılıb.
Eyni zamanda Sumqayıt şəhəri, onun tarixi və əhalisi barədə ətraflı məlumat verilib, 2011-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə yaradılan Sumqayıt Kimya-Sənaye Parkından bəhs edilib, bu sənaye parkında 30-dan artıq müəssisənin (Sumqayıt Karbamid Zavodu, Boru-Polipropilen Zavodu, SOCAR Polimer Zavodu və s.) fəaliyyət göstərdiyi qeyd edilib. Avadanlıqları Avropadan gətirilən və müasir standartlara cavab verən bu müəssisələr və onlara qoyulmuş sərmayələr, əldə edilən gəlirlər barədə məlumat verilib və bu müəssisələrin fəaliyyətlərinin həmçinin ixracyönümlü olduğu da vurğulanıb. Sumqayıt şəhərində fəaliyyət göstərən çoxsaylı xarici şirkətlər üçün münbit şərait olduğu da qarşı tərəfin diqqətinə çatdırıb.



6-12-2023, 15:08 184

Digər xəbərlər

Sumqayıtda oğlunu namaz qılmağa məcbur edən sabiq axund CƏRİMƏLƏNDİ - FOTO

Sumqayıtda 7 nömrəli marşrut xətti ilə bağlı şikayət: Təhlükəli idarəetmə iddia olunur - VİDEO

Sumqayıtda bina sakinləri SOS verir: Zirzəmi aylardır çirkab sular altında qalıb-VİDEO

Sumqayıtın kanalizasiya sisteminin inkişafına dəstək – yeni saziş imzalandı-VİDEO

Prezident: Siyasi, iqtisadi və sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır

Dünya bazarında Azərbaycan neftinin qiyməti azaldı

Sumqayıt Dövlət Universiteti QS dünya reytinqində mövqeyini qorudu-FOTO

Sumqayıtın tanınmış müəllimi vəfat edib

III qrup üzrə ölkə birincisi Sumqayıtdan çıxdı – 690 bal topladı

Sumqayıt və Novxanı çimərliklərinə gedənlərin nəzərinə: Sabah hava necə olacaq?

Bakı-Sumqayıt yolunda faciəvi şəkildə ölən Zəhranın - FOTOLARI

Valideynlərin nəzərinə! Bu gündən məktəb və müəllim seçimi mümkündür

Sumqayıtda doğulan yeniyetmə müəllimi güllələmə işi üzrə ev dustaqlığına buraxılmadı

Sumqayıtda uğur hekayəsi: "İlin Ən Yaxşı Olimpiada Müəllimi" və onun uğurlu şagirdləri-VİDEO

Sumqayıtın 45-ci məhəlləsində yeni quraşdırılan yelləncəklər yararsız hala salınıb - VİDEO

Sumqayıtda ilk dəfə paraüzgüçülük üzrə Azərbaycan çempionatı keçiriləcək

Sumqayıtda istehsal olunan karbamidin ixracı azalıb

Sarıqayada silah-sursat aşkar edilib

İzmirdə Milli Qurtuluş Günü və Şuşa Bəyannaməsi qeyd olundu - FOTOLAR

Sumqayıtda oğurluq edən qadın polisə yaxalandı

1 2 3 4 5 6 7 8 9 10 ... 1064
Bu gün, 10:16
Dünən, 23:25
Dünən, 19:21
Dünən, 14:22
Dünən, 09:48
Dünən, 09:44
Dünən, 09:35
Dünən, 09:11
Dünən, 01:36
17-06-2026, 16:51
17-06-2026, 13:47
17-06-2026, 13:22
17-06-2026, 13:17
17-06-2026, 12:55
16-06-2026, 18:59
16-06-2026, 17:14
16-06-2026, 17:11
16-06-2026, 17:08
16-06-2026, 01:40
15-06-2026, 19:13
15-06-2026, 18:51
15-06-2026, 11:42
15-06-2026, 11:39
15-06-2026, 11:37
14-06-2026, 15:13
14-06-2026, 09:45
13-06-2026, 21:38
13-06-2026, 21:03
13-06-2026, 20:52
13-06-2026, 12:53
13-06-2026, 11:27
13-06-2026, 11:23
13-06-2026, 11:21
13-06-2026, 11:20
13-06-2026, 10:44
12-06-2026, 20:18
12-06-2026, 17:56
12-06-2026, 16:50
12-06-2026, 12:10
12-06-2026, 11:55
1 2 3 4 5 6 7 8 9 10 ... 1064