Tutaq ki, ulu babam ermənidir: mənə nə aidiyyəti? - VİDEO

 

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Sankt-Peterburq Mərkəzi Dövlət Arxivindən əldə olunmuş şəcərəsində ulu babasının erməni olması və digər faktlara münasibət bildirib.
Musavat.com-un xəbərinə görə, Sərdar Cəlaloğlu Axar.az-a bildirib ki, arxiv sənədlərinin ortaya çıxması onun antirus mövqeyi sərgiləməsi və mətbuatda bu istiqamətdəki çıxışları ilə bağlıdır:
“Məni antirus mövqeyimlə bağlı ermənilərlə əlaqələndirmək istəyirlər. Tutaq ki, mənim ulu babalarımdan hansısa biri ermənidir. Bunun mənə nə aidiyyəti var? Deyək ki, mənim ulu babam erməni olub. Mənim ulu babamı araşdırmaq kimə lazımdır? Orada qeyd olunub ki, həmin erməni dinini və adını dəyişərək müsəlman olub. Bunun nəyi pisdir?!”
Partiya sədri əlavə edib ki, arxiv sənədlərinin yayılması onu xalqın gözündən salmaq istəyi ilə bağlıdır:
“Bu, Rusiya xüsusi xidmət orqanlarının mənə qarşı həyata keçirdiyi təxribatdır. Əgər belə olmasaydı, arxiv sənədlərini asanlıqla əldə etmək mümkün olmazdı. Mən guya bilmirəm ki, arxiv sənədləri nədir və onları necə əldə etmək olar? Sən Rusiyanın kəşfiyyat orqanlarının əməkdaşısan. Ona görə Rusiyadan sənə arxiv sənədi veriblər”.
S.Cəlaloğlu əlavə edib ki, onun ulu babasının araşdırlması heç kimə lazım deyil:
“Əgər Azərbaycanda bütün partiya liderlərinin 10 nəsli araşdırılsaydı, onda buna normal yanaşardım.
Xəbəri yazan jurnalist gedib öz 2-ci babası haqqında material ala bilər Rusiyadan? O hansı jurnalistdir ki, gedib Rusiya arxivindən XVIII əsrə aid materialları ala bilir? Götürüb üç dənə köhnə kağız qoyub ora. Heç nə görünmür, heç nə də oxunmur. XVIII əsrdə azərbaycanlıların danışığı o cür olub?”
S.Cəlaloğlu arxiv sənədlərinin saxta olduğunu da vurğulayıb. Buna baxmayaraq, Cəhri kəndinin erməni sakini Poqos Markarovun oğlu Martirosun hökumətə təhvil verilməsi haqda qeydlərə cavab verib:
“Burada nə var ki! Məmməd Qurbanəli oğlu mənim anamın xalası əridir. Ona ermənini öldürüb basdırmaq tapşırılıb. O da həmin erməninin bütün var-yoxunu əlindən alaraq onu öldürüb. Həmin adamın da, o hadisənin də mənə heç bir aidiyyəti yoxdur”.
Qeyd edək ki, Qurban Məmmədov və Sərdar Cəlaloğlunun ulu babalarının Xoydan Naxçıvana gəlmiş erməni olduğu bildirilir. Sankt-Peterburq Dövlət Arxivinə əsasən yayılan məlumatda iddia edilir ki, Məmmədovların 8-ci babası müsəlmanlığı qəbul edən və adını “Əlimərdan” olaraq dəyişdirən Mehrəng Manukdur.
Sənədlərdə iddia edilib ki, Cəhri kəndinin erməni sakini Poqos Markarovun oğlu Martiros Sankt-Peterburq şəhərində 1874-cü ildə təhsil alıb qayıdandan sonra Cəhri kənd icmasına vergi yığan və dəftərxanaya nəzarət edən təyin olunur. Bir müddət sonra vəzifəsindən sui-istifadə edən Martiros kənd camaatından, xüsusilə müsəlmanlardan ikiqat vergi almağa başlayır. 1876-cı ildə isə Cəhriyə yaxın Yurd-Dizədə zəmidə işləyən qızı zorlayır. Məhkəmədə sübut olmadığı üçün erməni məmur sərbəst buraxılır. Lakin Cəhrinin bəylərindən olan Sultan Həsənəli bəyin oğlu Qulaməli bəy həmin ermənini ölümcül döyür və köməkçilərinə də tapşırır ki, onu meşədə basdırsınlar. Lakin bəyin köməkçilərindən biri olan Məmməd Qurbanəli oğlu (Qurban Məmmədovun ulu babası) yarımcan vəziyyətdə olan ermənini basdırmır və hökumətə təhvil verir. Məhkəmə zamanı da bəyin əleyhinə ifadələr verir. Beləliklə, bəy bir neçə illik həbs olunur.

7-12-2023, 14:21 144

Digər xəbərlər

Sumqayit.tv-in işıqlandırdığı problem qısa müddətdə aradan qaldırıldı-FOTO-VİDEO

Sumqayıtlı abituriyent: "Bu qədər yüksək bal toplayacağımı gözləmirdim"

Premyer Liqada yeni mövsümün püşkü atıldı: Sumqayıt ilk turda bu komanda ilə qarşılaşacaq

Sumqayıt" Abdul Raşid Mumini ilə yollarını ayırdı

Sumqayıtda sərnişindaşıma problemləri: Köhnə sistem yeni şəhərin tələblərinə cavab verirmi?

Sumqayıtda kanalizasiya suları obyektləri basdı – Sahibkarlar çətin vəziyyətdə qaldı-FOTO

Sumqayıt Kimya Sənaye Parkının rezident şirkətində rəhbər dəyişdi

Saray bağları istiqamətində köhnə avtobuslar sakinlərin narazılığına səbəb olur

Sumqayıtlı abituriyentlər qəbul imtahanında yüksək nəticə göstərdilər

Sumqayıtda Çerkassi küçəsində yol problemi: Sakinlər narahatdır-VİDEO

İki övladını böyüdə-böyüdə 90,5 bal topladı – SDU məzununun uğur hekayəsi

Beynəlxalq Fizika Olimpiadasının qalibləri SDU-da qəbul olundu-FOTO

SDU tələbələri beynəlxalq IT proqramını uğurla başa vurdu

Sumqayıtda bu kollecə tələbə tapılmadı – Onlarla yer boş qaldı

Sabahın hava proqnozu açıqlandı: Bəzi bölgələrdə leysan və dolu gözlənilir

Nizami küçəsində acınacaqlı mənzərə: Sakinlər təmir gözləyir

Sumqayıtda avrokubok həyəcanı davam edəcək

Yolun ortasında avtobusu saxladı, sükan arxasında siqaret çəkdi – Video

Prezident İlham Əliyev İrlandiyanın Azərbaycana yeni səfirini qəbul edib

Qaz ödənişlərində yenilik

1 2 3 4 5 6 7 8 9 10 ... 1083
Dünən, 21:03
Dünən, 13:51
Dünən, 13:45
Dünən, 12:47
Dünən, 12:38
Dünən, 00:39
17-07-2026, 21:08
17-07-2026, 20:28
17-07-2026, 18:47
17-07-2026, 16:55
17-07-2026, 15:44
17-07-2026, 14:32
17-07-2026, 14:00
17-07-2026, 13:58
17-07-2026, 12:55
17-07-2026, 12:22
17-07-2026, 12:21
17-07-2026, 12:19
17-07-2026, 12:13
17-07-2026, 11:10
16-07-2026, 22:17
16-07-2026, 20:16
16-07-2026, 17:07
16-07-2026, 16:37
16-07-2026, 15:13
16-07-2026, 14:50
16-07-2026, 14:32
16-07-2026, 14:05
16-07-2026, 13:15
16-07-2026, 13:12
16-07-2026, 12:14
16-07-2026, 11:59
15-07-2026, 19:33
15-07-2026, 18:29
15-07-2026, 18:26
15-07-2026, 18:20
15-07-2026, 18:02
15-07-2026, 14:57
15-07-2026, 14:11
15-07-2026, 13:51
1 2 3 4 5 6 7 8 9 10 ... 1083