Sumqayıt Şəhər İcra Hakimiyyəti məhkəməyə verilib. Sumqayit.tv-in xəbərinə görə, icra hakimiyyəti ilə bağlı Sumqayıt İnzibati Məhkəməsinə müraciəti sabiq deputat Mətləb Mütəllimli edib.
Mahiyyəti inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr olan iş hakim Könül Həbibovanın icraatındadır.
Qeyd: M.Mütəllimli 1990-1995-ci illərdə Azərbaycan Ali Sovetinin XII, 1995-2000-ci illərdə Milli Məclin I çağırış deputatı olub. O, eyni zamanda 1992-ci ildə Baş prokurorun birinci müavini olub.