Sumqayıtda kanal daşdı, evləri su basdı: 10 minə yaxın sakin çətin vəziyyətdə - FOTO



Sumqayıt şəhəri 76-cı məhəllənin 10 minə yaxın sakini hazırda çətin vəziyyətdə yaşayır. Məhəllədə yerləşən 100-dən çox ev su altında qalıb. Sakinlər aidiyyəti qurumlardan kömək istəyirlər.
Sumqayit.tv
xəbər verir ki, məsələ barədə bir qrup sakin “Report”un yerli bürosuna bildirib ki, bu vəziyyətə Acıdərə kanalının daşması səbəb olub. Kanalın suyu evlərə dolub. Hətta bəzi sakinlər məcbur olaraq məhəlləni tərk ediblər.
Yaşadığı mənzilin zirzəmisinə su dolan Rəhilə Məhərrəmova bildirib ki, bu ay ərzində kanal 3 dəfə daşıb və evlər bu vəziyyətə düşüb: “15 ildir burada yaşayıram. Heç vaxt belə hadisə olmazdı. Amma bu ay üçüncü dəfədir ki, kanal daşır. Bu evdə körpə uşaqlar böyüyür. Vəziyyətlə əlaqədar onları məktəbə də göndərmirik”.
Digər sakin Nazim İlyasov də evinin birinci mərtəbəsinin tamamilə su altında qaldığını deyib: “Əşyalarımız yararsız hala düşüb. Öz evim var. Amma məcburam ki, gedib kirayədə qalım”.
“Aidiyyəti qurumlardan kömək gözləyirik. Vəziyyət acınacaqlıdır”, - bunu isə 10 ildən çoxdur 76-cı məhəllədə yaşayan Güllər Vəliyeva söyləyib.
Mövzu ilə bağlı “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı “Report”un yerli bürosuna açıqlamasında bildirib ki, Acıdərə kanalı sovet dövründən mövcud olub və sənaye sularının kənarlaşdırılması məqsədilə fəaliyyət göstərib. Sonradan kanal ətrafında evlərin tikilməsi, yeni massivlərin salınması kanala axıdılan tullantıların həcmini artırıb və bu da bəzi vaxtlarda, xüsusən də yağışlı günlərdə həmin ərazidə müəyyən problemlərin yaranmasına səbəb olur.
“Qeyd edim ki, həmin kanala “Azərsu” ASC tərəfindən xidmət göstərilmir. Yəni kanal bizim balansımızda deyil. Buna baxmayaraq, Sumqayıt Şəhər İcra Hakimiyyətinin və vətəndaşların müraciəti əsasında hər hansı problem olanda biz də icra hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə və əhaliyə dəstək olaraq ora texnika yönəldirik. Müəyyən texniki təmizləmə işləri həyata keçiririk”, - deyə A.Cəbrayıllı vurğulayıb.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayev isə qeyd edib ki, Acıdərə kanalının şəhərin mərkəzindən keçən hissəsində işlər artıq yekunlaşıb. Kanalın qapalı sistemə salınması üçün beton kanalizasiya sistemi inşa edilib. Bu istiqamətdə işlərin aparılması, yəni açıq olan hissələrdə də boruya salınma işlərinin davam etdirilməsi nəzərdə tutulub.

7-12-2023, 10:28 365

Digər xəbərlər

Sumqayıtda oğlunu namaz qılmağa məcbur edən sabiq axund CƏRİMƏLƏNDİ - FOTO

Sumqayıtda 7 nömrəli marşrut xətti ilə bağlı şikayət: Təhlükəli idarəetmə iddia olunur - VİDEO

Sumqayıtda bina sakinləri SOS verir: Zirzəmi aylardır çirkab sular altında qalıb-VİDEO

Sumqayıtın kanalizasiya sisteminin inkişafına dəstək – yeni saziş imzalandı-VİDEO

Prezident: Siyasi, iqtisadi və sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır

Dünya bazarında Azərbaycan neftinin qiyməti azaldı

Sumqayıt Dövlət Universiteti QS dünya reytinqində mövqeyini qorudu-FOTO

Sumqayıtın tanınmış müəllimi vəfat edib

III qrup üzrə ölkə birincisi Sumqayıtdan çıxdı – 690 bal topladı

Sumqayıt və Novxanı çimərliklərinə gedənlərin nəzərinə: Sabah hava necə olacaq?

Bakı-Sumqayıt yolunda faciəvi şəkildə ölən Zəhranın - FOTOLARI

Valideynlərin nəzərinə! Bu gündən məktəb və müəllim seçimi mümkündür

Sumqayıtda doğulan yeniyetmə müəllimi güllələmə işi üzrə ev dustaqlığına buraxılmadı

Sumqayıtda uğur hekayəsi: "İlin Ən Yaxşı Olimpiada Müəllimi" və onun uğurlu şagirdləri-VİDEO

Sumqayıtın 45-ci məhəlləsində yeni quraşdırılan yelləncəklər yararsız hala salınıb - VİDEO

Sumqayıtda ilk dəfə paraüzgüçülük üzrə Azərbaycan çempionatı keçiriləcək

Sumqayıtda istehsal olunan karbamidin ixracı azalıb

Sarıqayada silah-sursat aşkar edilib

İzmirdə Milli Qurtuluş Günü və Şuşa Bəyannaməsi qeyd olundu - FOTOLAR

Sumqayıtda oğurluq edən qadın polisə yaxalandı

1 2 3 4 5 6 7 8 9 10 ... 1064
Bu gün, 10:16
Dünən, 23:25
Dünən, 19:21
Dünən, 14:22
Dünən, 09:48
Dünən, 09:44
Dünən, 09:35
Dünən, 09:11
Dünən, 01:36
17-06-2026, 16:51
17-06-2026, 13:47
17-06-2026, 13:22
17-06-2026, 13:17
17-06-2026, 12:55
16-06-2026, 18:59
16-06-2026, 17:14
16-06-2026, 17:11
16-06-2026, 17:08
16-06-2026, 01:40
15-06-2026, 19:13
15-06-2026, 18:51
15-06-2026, 11:42
15-06-2026, 11:39
15-06-2026, 11:37
14-06-2026, 15:13
14-06-2026, 09:45
13-06-2026, 21:38
13-06-2026, 21:03
13-06-2026, 20:52
13-06-2026, 12:53
13-06-2026, 11:27
13-06-2026, 11:23
13-06-2026, 11:21
13-06-2026, 11:20
13-06-2026, 10:44
12-06-2026, 20:18
12-06-2026, 17:56
12-06-2026, 16:50
12-06-2026, 12:10
12-06-2026, 11:55
1 2 3 4 5 6 7 8 9 10 ... 1064