Sumqayıtlı Vaqif Əhmədovun 35 il əvvəl Ermənistandakı ŞÜCAƏTİ

SSRİ-nin gizlətdiyi dəhşətli faciə: 78 ölənimiz, ac-susuz saxlanılan xilasedicilərimiz...Azərbaycanın cəsur, vətənpərvər oğlu, Sumqayıt Kompressorlar zavodunun Ermənistanda əsl şücaət, qorxmazlıq nümunəsi göstərmiş işçisi, keçmiş zabit Vaqif Əhmədovun o vaxt 37 yaşı vardı.

O, 1988-cu ilin dekabrında Bakıdan Leninakana köməyə göndərilən, lakin erməni faşistləri tərəfindən səmada ikən vurulmuş “İL-76” təyyarəsinin parçalanıb-yandığı dağa özünü yetirərək, orada yeganə sağ qalmış, lakin çox ağır yaralanmış eloğlumuz Fəxrəddin Balayevin əvvəlcə hərbi qospitala, daha sonra isə ermənilərin əlinə keçməməsi məqsədilə gizlin şəkildə Moskvaya çatdırılması üçün əlindən gələni etmiş, əsl şücaət, igidlik nümunəsi göstərmişdi.

1988-ci il, dekabrın 9-u. Sumqayıt Kompressorlar zavodunda mühəndis-mexanik vəzifəsində çalışan Vaqif Əhmədov səhər iş yerinə çatar-çatmaz bir neçə iş yoldaşı ilə birgə o vaxtlar Nasoslu adlanan qəsəbədəki (indiki Hacı Zeynalabdin qəsəbəsindəki) hərbi aerodroma aparılır. Hara və nə üçün təcili səfərbər olunmaları barədə onlara heç nə deyilmir, hətta ailələrinə belə məlumat verilməsinə imkan yaradılmır. Yalnız “İL-76” təyyarəsi ”ayağını” yerdən üzdükdən sonra məlum olur ki, onlar dekabrın 7-də Ermənistanda baş vermiş zəlzələ zonasına uçurlar. Sən demə, bu barədə Əbdürrəhman Vəzirov “qardaşlıq, dostluq nümunəsi” nümayiş etdirərək, xüsusi tapşırıq vermişdi.

Dekabrın 10-da səhər saat 11-də onlar artıq Leninakanda idilər. Amma sən demə, Azərbaycandan gələn xilasediciləri orada nəinki heç kim gözləmirdi, heç görmək də istəmirdi. 80 nəfərə yaxın adamın olduğu dəstəyə komandanlıq edən Vaqif Əhmədovun qarşısında nəinki dəstənin yaşayış-məişət problemlərini yoluna qoymaq, həm də xilasetmə işləri ilə yanaşı hər bir kəsin tam təhlükəsizliyini təmin etmək kimi mühüm bir məsuliyyət də dururdu. İş o yerə çatmışdı ki, axşamlar qaranlıq çökəndən sonra ermənilər Azərbaycandan onlara köməyə gələnlərə xətər yetirməyə, öldürməyə cəhd edirdilər. Yalnız Vaqifin və dəstə üzvlərinin sayıqlığı sayəsində daşnaklar bəd əməllərini həyata keçirə bilmirdilər.


Qeyd: 1952-ci ildə Şəkidə anadan olmuş Vaqif Əhmədov 1968-ci ildə orta məktəbi bitirib, Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Neft Akademiyasının) neft və qaz mədənlərinin maşın və avadanlıqları fakültəsində ali təhsil almışdı. 1977-ci ildən etibarən öz istəyi ilə Qazaxıstanın Manqışlak neft mədənlərində 8 il böyük mexanik, sahə rəisi vəzifələrində çalışaraq, 1985-ci ildə vətənə dönmüşdü. Əvvəlcə Bakının maşınqayırma zavodlarından birində, sonra isə Sumqayıt Kompressorlar zavodunda mühəndis-mexanik vəzifəsində işləmişdi.


…Dekabrın 11-də Vaqif Əhmədovun komandasına Azərbaycandan gələn daha bir dəstə qoşulmalı idi. Ancaq 70 nəfərdən artıq ehtiyatda olan zabitlərlə Leninakana uçan “İL-76” təyyarəsini səmada ikən erməni daşnakları raketlə vurub partlatmışdılar. Ağır yaralanaraq, möcüzə nəticəsində sağ qalmış Fəxrəddin Balayevdən başqa ekipaj da daxil olmaqla 78 nəfər həmvətənimiz alova qərq olmuş təyyarənin yanan qalıqları içərisində məhv olub, külə dönmüşdülər.

Təsadüf elə gətirmişdi ki, həmin axşam Vaqif Əhmədov təyyarənin yanaraq qayalığa çırpıldığı yerdən 700-800 metr aralıda idi. Hər şey bir an içərisində baş verdiyindən heç nə anlaya bilməyərək, çaşqınlıq içində təyyarənin qalıqlarının partlayışlarla alovlandığı səmtə qaçmağa başlayır. Hələ təyyarənin hardan gəldiyini bilməsə də, kiminsə sağ qala biləcəyini, onun köməyinə ehtiyac olacağını düşünərək, ehtiyatla qəza yerinə yaxınlaşarkən birdən kiminsə zarıyaraq azərbaycanca “öldüm, ay ana” deməsi ilə Vaqif hərbi təyyarənin Azərbaycandan gəldiyini başa düşür. Cəld səs gələn tərəfə dönür və bir nəfərin partlayış dalğası ilə iri bir daşın yanına atılıb qaldığını, çırpındığını görür. Vaqif qan içində olan eloğlunu – Fəxrəddin Balayevi təzəcə bir qədər təhlükəsiz yerə çəkmişdi ki, qəfildən bir-birinin ardınca bir-neçə güclü partlayış baş verir. Vaqif onun ardınca hadisə yerinə qaçıb gəlmiş yoldaşlarıyla birgə köməkləşərək, ağır vəziyyətdə olan Fəxrəddini əvvəlcə tibb-sanitar hissəsinə çatdırır, səhərisi gün isə daha ciddi müalicə üçün Yerevanda yerləşən hərbi qospitala göndərir. Orada SSRİ-nin müxtəlif yerlərindən gələn, zəlzələdən zərər çəkənlərin müalicəsi ilə məşğul olan təcrübəli tibb işçiləri Fəxrədddin Balayevin həyatını xilas etmək üçün əllərindən gələni edirlər.
Amma Vaqifin aglına da gəlməzdi ki, səhəri günü onun özünü də müalicə üçün həmin qospitala yola salacaqlar.

…Dekabrın 12-də dağıntılar altında sağ qalanların olacağına ümidlər artıq xeyli azalmışdı. Bir tərəfdən də ermənilərin bizimkilərə qarşı açıq-aşkar nifrəti, kinli baxışları dəstənin axtarış həvəsini tamamilə zəiflətmişdi.

Həmin gün Vaqif dağıntılar zamanı iki beton plitə arasında sıxılıb qalmış 3-4 yaşında bir rus uşağının cəsədi ilə qəfil üzləşdikdə az qala yer ayaqları altından qaçacaq, huşunu itirəcəkdi. Bir-neçə saat sonra isə dağıntılar arasından güclə eşidilən səs gəldikdə dəstə üzvləri plitələri aralamış və zirzəmidə qorxudan, aclıqdan və havasızlıqdan sifətləri saralıb-solmuş 5 və 7 yaşlarında erməni uşaqlarını və onların gənc anasını aşkar edərək, ordan çıxara bilmişdilər. Vaqif onları xilas edib, rahatca nəfəs almaq istəyirdi ki, birdən başına küt alətlə ağır bir zərbə endirildi. Yalnız bir-neçə saat sonra gözünü açdıqda özünü həkimlərin, tibb personalının əhatəsində gördü. Çox keçmədən onu da Yerevan qospitalına göndərdilər.

Vaqif bir qədər özünə gələn kimi ilk olaraq Fəxrəddinin vəziyyəti ilə maraqlanmışdı. Rus həkimlər onun salamat olduğunu deyərək, eyni zamanda ermənilərin Fəxrəddinin qospitalda olduğunu bilərək onu axtardıqlarını, öldürməyə cəhd etdiklərini də gizlətməmişdilər. Əlbəttə, aydın bir səbəbə görə – təyyarənin vurulması ilə bağlı izi, sonuncu şahidi aradan götürmək üçün. Bunu bilən Vaqif Fəxrəddini xilas etmək üçün qospital rəhbərliyindən onu qadın palatalarından birinə köçürməyi xahiş edir. Onun yaxşı düşünülmüş bu təklifi Fəxrəddini xilas edə bilir. Sonradan ermənilər kişi palatalarını ələk-vələk eləyib Fəxrəddini axtarsalar da, qadın palatalarını yoxlamaq nədənsə ağıllarına gəlməmişdi. Bir-neçə gün sonra isə yenə də Vaqifin təklifi ilə müalicəsini davam etdirmək üçün Fəxrəddin Moskvaya yola salınır. 4-5 aylıq intensiv müalicədən sonra ona əlillik dərəcəsi verilərək, Bakıya, ailəsinin yanına göndərilir.


Qəribədir ki, Vaqifgilin Leninakandakı dağıntılar arasından erməni ailəsinin sağ-salamat və rus balasının cəsədinin çıxarılması barədə elə həmin gün Moskvanın Mərkəzi televiziyası və radiosu xəbərlər yaymış, keçmiş SSRİ-nin nüfuzlu nəşrləri bu barədə geniş yazılar vermişdilər, ancaq heç bir konkret ad-familiya çəkilməmiş, xilasedicilərin kimlər olduğu barədə Sovet və dünya ictimaiyyətinə heç bir məlumat çatdırılmamışdı. Sadəcə, bunun hərbi qulluqçular tərəfindən edildiyi göstərilmişdi. Necə ki, “İL-76” təyyarəsində erməni faşistləri tərəfindən məhv edilən həmvətənlərimiz üçün hökumət adından verilən rəsmi başsağlığında da onların azərbaycanlı olduqları gizlədilmiş, onların sadəcə “sovet hərbçiləri” olduqları bildirilmişdi. Bu yalnız onun üçün edilmişdi ki, azğın, vəhşi əməllərinə görə Sovet adamında ermənilərə qarşı nifrət hissi oyanmasın, onların yırtıcı maskası yırtılıb açılmasın.

“İL-76”nın guya dumanlı hava şəraitində qəzaya uğradığını sübut etməyə çalışan Moskva “qara yeşiyin” ciddi və diqqətlə araşdırılacağını dəfələrlə bildirsə də, bu işi nəinki başa çatdırmamış, heç başlamamışdı da. Halbuki bu tip hərbi təyyarələr hər cür hava və aerodinamik şəraitdə uçuşlarda dünyanın ən etibarlı hərbi təyyarəsi hesab olunur. Moskva öz elm və texniki nailiyyətinə kölgə salınmasına razı idi, amma ermənilərin bədxah, nifrətə layiq bir millət olduğunun bildirilməsinə – yox. Bizim təyyarədən sonra ermənilərin Türkiyəyə məxsus olduğu hesab edərək, yuqoslavların hərbi təyyarəsini də raketlə vurub salmaları rusların təqdimatında sadəcə “aviakatastrofa” kimi qiymətləndirilmişdi.

Yeri gəlmişkən, Yuqoslaviya təyyarəsində həlak olan 7 nəfərlik ekipajın Leninakana köməyi igidlik, qəhrəmanlıq səviyyəsinə qaldırılıb, onların xatirəsinə böyük bir abidə ucaldılsa da, sayca onlardan 10 dəfədən də çox olan Azərbaycan oğullarının fədakarlığı heçə endirilmiş, sayılmaz edilmişdi…

Rəhman ORXAN,
Əməkdar jurnalist

 
P.S. Vaqif Əhmədovun - hazırda II qrup əlil olan bu qorxmaz, cəsur azərbaycanlının 35 il əvvəl göstərdiyi hünər, əsl vətənpərvərlik nümunəsi o zaman nə Sovet dövləti, nə də Azərbaycan hökuməti tərəfindən layiqincə qiymətləndirildi. Yəqin ki, indi də gec deyil...

8-12-2023, 15:00 111

Digər xəbərlər

“Sumqayıtın inkişafında Qərbi azərbaycanlıların iştirakı” mövzusunda tədbir keçirilib-FOTO

İlham Əliyev Sumqayıtın inkişafında xidmətə görə bir qrup şəxsi təltif etdi

Bakı-Sumqayıt qatarlarının müvəqqəti ləğv edilmiş reysləri bərpa olunur

Zakir Fərəcov Şəhər Günündəsəyyar qəbul keçirdi – FOTO

Sumqayıt Məhkəməsi avtоmоbilini təmir edən ustanı döyən şəxsin cəzasını azaltdı

50 milyonluq qızıl QALMAQALI: azərbaycanlı iş adamı AXTARILIR

DYP-dən sürücülərə MÜRACİƏT

Şahlar Əsgərovdan Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR - Sirləri açdı!

Sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı QƏRAR

"Sumqayıt" doğma meydanda "Şamaxı"ya qarşı itkilərlə çıxacaq

Sumqayıtda ər arvadını döydü

"Mehdi Hüseynzadə”də keçiriləcək tədbirin planı bəllidi – azarkeşlər meydanda yarışacaq

Sumqayıtda yataqxanada qadınlar arasında dava - TƏFƏRRÜAT

"Sənətçiyə elə pul verməlidir ki, evə ət alacağını düşünməsin" - Məşhur aktyor

*Bakıda yeni universitet korpusu və yaşayış binaları layihələrinin ekoloji qiymətləndirilməsi aparılıb*

Merkelin xatirələri: Rusiya, NATO və Ukrayna mübahisələri üzə çıxdı- SENSASİYA

Ərdoğandan xəbərdarlıq: “Putin buna sərt cavab verə bilər”

Türkiyədən ABŞ-a çağırış: “Siz qoşunlarınızı geri çəkin, biz də...”

Deputatın “Zəngimcell”i: “Balansınız bitmişdir…”

Müqayis Verdiyev yenidən məhkəmə qarşısında

1 2 3 4 5 6 7 8 9 10 ... 903
Dünən, 17:05
Dünən, 16:33
22-11-2024, 18:05
22-11-2024, 17:37
22-11-2024, 12:39
22-11-2024, 12:32
22-11-2024, 11:50
22-11-2024, 11:41
22-11-2024, 11:34
22-11-2024, 11:31
22-11-2024, 10:24
22-11-2024, 10:10
22-11-2024, 10:00
22-11-2024, 09:00
21-11-2024, 19:29
21-11-2024, 11:07
21-11-2024, 10:53
21-11-2024, 10:46
21-11-2024, 10:16
21-11-2024, 10:01
21-11-2024, 09:09
20-11-2024, 19:47
20-11-2024, 19:24
20-11-2024, 16:08
20-11-2024, 15:29
20-11-2024, 15:25
20-11-2024, 15:23
20-11-2024, 15:20
20-11-2024, 15:14
20-11-2024, 15:12
20-11-2024, 15:08
20-11-2024, 15:04
20-11-2024, 15:00
20-11-2024, 14:58
18-11-2024, 09:09
18-11-2024, 09:02
15-11-2024, 19:20
15-11-2024, 14:16
15-11-2024, 14:08
15-11-2024, 14:01
1 2 3 4 5 6 7 8 9 10 ... 903