Sumqayıtdan üç qızı aldadaraq Türkiyəyə aparan “İnsan alverçisi” yenidən məhkəmə qarşısında



İnsan alverində təqsirləndirilən 1962-ci il təvəllüdlü Məsdan Dadaşovanın barəsindəki hökmdən kassasiya şikayəti verilib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət hakim Nazim Mövsümovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclası dekabrın 13-nə təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına hökm edilib.
 
İttihama görə, Məsdan Dadaşova 2019-cu ilin oktyabr ayından 2020-ci ilin yanvar ayının ortalarınadək Sumqayıtdan şərti adları Səma, Maya və Laləni aldadaraq yaşadığı Türkiyənin Aksaray şəhərinə aparıb. O, həmin qızları Türkiyədə gəlirli işlə təmin edəcəyini bildirərək aparıb və onları kirayə tutduğu evdə yerləşdirib. Qızların sənədlərini ələ keçirən Məsdan daha sonra onları hədələyərək və çıxılmaz vəziyyətə salaraq fahişəliyə məcbur edib və müxtəlif şəxslərlə görüşərək pul qarşılığında cinsi əlaqədə olmağa məcbur edib. Məsdan Dadaşov insan alveri əməllərini özünün yaşadığı pansionatda da davam etdirib və qızları müştərilərlə orada da görüşdürüb. Qızlardan ikisi daha sonra Məsdan tərəfindən otelə göndərilərkən oradan polisə zəng edib. Onlar insan alveri qurbanı olduqlarını bildiriblər və polisin köməkliyi ilə Türkiyədən Azərbaycana deportasiya ediliblər. Digər qız isə Məsdanın yanında qalıb və onun təşkilatçılığı ilə hər gün azı 4 nəfərlə görüşərək cinsi əlaqədə olub. Lakin həmin qız da sonradan Azərbaycana qayıdıb və Məsdanın əməlləri barədə məlumat verib.

Bundan sonra Məsdan Dadaşov barəsində Cinayət Məcəlləsinin 144-1.2.1-ci (insan alveri, iki və daha artıq şəxsə qarşı törədildikdə) maddəsi ilə iş açılıb. O, ötən ilin mart ayında tutulub.

11-12-2023, 15:44 141

Digər xəbərlər

Sumqayıtda oğlunu namaz qılmağa məcbur edən sabiq axund CƏRİMƏLƏNDİ - FOTO

Sumqayıtda 7 nömrəli marşrut xətti ilə bağlı şikayət: Təhlükəli idarəetmə iddia olunur - VİDEO

Sumqayıtda bina sakinləri SOS verir: Zirzəmi aylardır çirkab sular altında qalıb-VİDEO

Sumqayıtın kanalizasiya sisteminin inkişafına dəstək – yeni saziş imzalandı-VİDEO

Prezident: Siyasi, iqtisadi və sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır

Dünya bazarında Azərbaycan neftinin qiyməti azaldı

Sumqayıt Dövlət Universiteti QS dünya reytinqində mövqeyini qorudu-FOTO

Sumqayıtın tanınmış müəllimi vəfat edib

III qrup üzrə ölkə birincisi Sumqayıtdan çıxdı – 690 bal topladı

Sumqayıt və Novxanı çimərliklərinə gedənlərin nəzərinə: Sabah hava necə olacaq?

Bakı-Sumqayıt yolunda faciəvi şəkildə ölən Zəhranın - FOTOLARI

Valideynlərin nəzərinə! Bu gündən məktəb və müəllim seçimi mümkündür

Sumqayıtda doğulan yeniyetmə müəllimi güllələmə işi üzrə ev dustaqlığına buraxılmadı

Sumqayıtda uğur hekayəsi: "İlin Ən Yaxşı Olimpiada Müəllimi" və onun uğurlu şagirdləri-VİDEO

Sumqayıtın 45-ci məhəlləsində yeni quraşdırılan yelləncəklər yararsız hala salınıb - VİDEO

Sumqayıtda ilk dəfə paraüzgüçülük üzrə Azərbaycan çempionatı keçiriləcək

Sumqayıtda istehsal olunan karbamidin ixracı azalıb

Sarıqayada silah-sursat aşkar edilib

İzmirdə Milli Qurtuluş Günü və Şuşa Bəyannaməsi qeyd olundu - FOTOLAR

Sumqayıtda oğurluq edən qadın polisə yaxalandı

1 2 3 4 5 6 7 8 9 10 ... 1064
Bu gün, 10:16
Dünən, 23:25
Dünən, 19:21
Dünən, 14:22
Dünən, 09:48
Dünən, 09:44
Dünən, 09:35
Dünən, 09:11
Dünən, 01:36
17-06-2026, 16:51
17-06-2026, 13:47
17-06-2026, 13:22
17-06-2026, 13:17
17-06-2026, 12:55
16-06-2026, 18:59
16-06-2026, 17:14
16-06-2026, 17:11
16-06-2026, 17:08
16-06-2026, 01:40
15-06-2026, 19:13
15-06-2026, 18:51
15-06-2026, 11:42
15-06-2026, 11:39
15-06-2026, 11:37
14-06-2026, 15:13
14-06-2026, 09:45
13-06-2026, 21:38
13-06-2026, 21:03
13-06-2026, 20:52
13-06-2026, 12:53
13-06-2026, 11:27
13-06-2026, 11:23
13-06-2026, 11:21
13-06-2026, 11:20
13-06-2026, 10:44
12-06-2026, 20:18
12-06-2026, 17:56
12-06-2026, 16:50
12-06-2026, 12:10
12-06-2026, 11:55
1 2 3 4 5 6 7 8 9 10 ... 1064