Sumqayıt şəhərində qidadan zəhərlənmə hadisəsi baş verib.
Sumqayit.tv-in əldə etdiyi məlumata görə, hadisə 2-ci mikrorayon ərazisində qeydə alınıb.
Belə ki, şəhər sakinləri 1978-ci il təvəllüdlü Süleymanova Vüsalə Qalib qızı və onun övladı 2007-ci il təvəllüdlü Süleymanova Nazilə Elçin qızı yaşadıqları evdə yedikləri yumurtadan zəhərlənərək xəstəxanaya yerləşdiriliblər.
Hazırda onların müalicəsi davam etdirilir.
Fakt araşdırılır.