Sumqayıtda 1-ci mikrorayonda yerləşən mənzillərdən birində faciə yaşanıb.
Uşağın üzərinə qapının şüşəsi düşüb və o, qanaxmadan ölüb.
Sumqayıt Şəhər Polis İdarəsindən Sumqayit.tv-yə bildirilib ki, hadisə zamanı 2012-ci il təvəllüdlü Zəhra Zaur qızı İbrahimova azyaşlı bacısı ilə evdə tək olub.
Məlumat görə, Zəhra İbrahimova Sumqayıt şəhər, Məhəmməd Füzuli adına 15 nömrəli tam orta məktəbin 5-ci sinif şagirdi olub.
Faktla bağlı araşdırma aparılır.