Ermənilərin yeni planı – Marietta Vartanyandan “Hüseyn təəssübkeşi”nə - FOTO


Son dönəmlərdə Azərbaycanda din pərdəsi altında gizlənərək, dövlətçiliyimizə qarşı təbliğat aparan şəxslərə sosial şəbəkələrdə tez-tez rast gəlmək mümkündür.

Belə ki, ilk olaraq Anım Günündə Göyçay rayonunda şəhid məzarı yanında iğtişaşlara səbəb ola biləcək çağırışlar edən qadının görüntüləri sosial şəbəkələrdə yayılmağa başladı.

Daha sonra isə, təbliğatların həcmi və aqressiyasi getdikcə daha da artdı. Xüsusilə də, Göyçayda çağırışlar edən qadının saxlanılmasından sonra dövlət əleyhinə din pərdəsi altında aparılan təbliğatların miqyası daha da genişləndi. 

Bu cür addımlara yol verənlərdən biri də özünü “şiə Hüseyn təəssübkeşi” kimi qələmə verərək, əhali arasında çaxnaşmalar yaratmağa hesablanmış çağırışlar edən qadın idi.

Bizim.Media-nın apardığı araşdırma nəticəsində isə sözügedən şəxs haqqında bir sıra faktlar ortaya çıxıb.
 
Belə ki, həmin şəxsin Marietta Vartanyan (Kərimova) olduğu üzə çıxıb. Qazax rayonunda dünyaya gələn Mariettanın atası kürd əsilli azərbaycanlı Məhərrəm Kərimov, anası isə ermənidir. Məhərrəm Kərimov arvadından boşandıqdan sonra oğlu Telmanla birlikdə Sumqayıt şəhərinə köçüb. Marietta isə anası ilə İrəvana üz tutub. Marietta gənc yaşlarında Qazax Dövlət teatrında aktrisa kimi fəaliyyət göstərib.

Daha sonra isə İrəvana qayıdaraq və burada fəaliyyət göstərən Cəfər Cabbarlı adına Dövlət Dram Teatrında çalışıb. 

Bir müddət sonra isə Mariettanın radio macərası başlayıb. Belə ki, Vartanyan Ermənistanda fəaliyyət göstərən “Talışıstan tv” və “Ozode Tolışstoni Sədo”-nin (Azad Taşlışıstanın Səsi) canlı yayımlarında özünü “İlhamə Cəfərzadə” adı ilə təqim edərək Qarabağ münaqişəsi ilə bağlı, eyni zamanda Azərbaycan əleyhinə təxribatçı çağırışlar edib. 

Bunlardan əlavə, araşdırma nəticəsində Mariettanın Arsen və Armen adlı iki oğlunun olduğu və onların Qarabağda Azərbaycana qarşı vuruşduğu haqqında informasiya da əldə etdik.
 
Özü ilə bağlı məlumatları gizlətmək üçün hər zaman Azərbaycanın müxtəlif bölgələrindən və ya xalqlarından olduğunu irəli sürən Marietta təxribatçı fəaliyyəti ifşa olunduqdan sonra, xeyli müddət efirlərdən uzaq qalıb. 

Son günlərdə isə, Marietta yeni imici ilə özünəxas fəaliyyətlərinə yenidən start verib. Aktrisanın büründüyü yeni obraz isə “şiə Hüseyn təəssübkeşi” olub. 

Ümumilikdə isə, Mariettanın timsalında oxşar çağırışlar edən şəxslərin əsas məqsədi isə birdir:

İnsanların dini inancları və milli mənsubiyyətlərindən öz təxribatları üçün istifadə etmək. Təəssüf doğuran əsas məqam isə heç bir zaman dini və milli ayrıseçkiliyin olmadığı Azərbaycanda xarici xidmət orqanlarının (xüsusilə də, ermənilərin) öz mənfur məqsədlərinə nail olmaq üçün bu cür məsələləri qabartmaq yoluna əl atmasıdır.




7-10-2021, 12:32 265

Digər xəbərlər

Azərbaycan Yəhudi Media Mərkəzi Azərbaycan xalqını 28 May - Azərbaycanın Müstəqillik Günü münasibətilə təbrik edib

Prezident İlham Əliyevdən 28 May paylaşımı

İzmir Azərbaycan Kültür ve Dayanışma Dərnəyi 28 May – Azərbaycanın Müstəqillik Günü münasibətilə tədbir keçirib - VİDEO/FOTO

28 May – Bir millətin qüruru, bir dövlətin əbədi imzasi

Qurban Bayramı birlik, mərhəmət və paylaşma bayramıdır

Prezident Azər Tağıyevi Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə hakim təyin etdi

Sumqayıtlı şagird buraxılış imtahanında maksimum nəticə göstərib

Yağışdan sonra Sumqayıtın bəzi küçələri gölməçəyə çevrilib - VİDEO

Paşinyan: “Sumqayıta dönüş məsələsi gündəmdə olmayacaq”

Uşaqlara sosial şəbəkə QADAĞASI gəlir – Mask hamını SİLKƏLƏDİ

Ferda Amin Sumqayıtda “Komedium” şousu ilə çıxış edəcək

Sumqayıt nümayəndə heyəti Çində keçirilən beynəlxalq konfransda iştirak edib - FOTO

Sumqayıtda məktəbin hasarı aşıb – güclü yağış fəsad törətdi - VİDEO

Müstəqillik Günü ilə bağlı deputatdan diqqətçəkən açıqlamalar

Sumqayıtda da filialı olan klinikanın rəhbərləri ilə bağlı məhkəmə işi gündəmdə

Sumqayıt Sənaye Parkına 16 milyon manatlıq yeni investisiya

Milli Məclisdə Sumqayıtla bağlı hakim təyinatı məsələsinə baxılır

“Sumqayıt” Saşa İliçlə yollarını ayırıb

Saakaşvilinin SON GÖRÜNTÜSÜ - Elə bir FOTO paylaşdı ki...

Sumqayıt da daxil olmaqla 3 şəhərdə əməliyyat: 40 kiloqram narkotik aşkarlanıb - VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1058
Dünən, 10:45
27-05-2026, 23:48
27-05-2026, 23:19
27-05-2026, 21:37
27-05-2026, 06:40
27-05-2026, 06:36
26-05-2026, 22:23
26-05-2026, 20:08
26-05-2026, 17:29
26-05-2026, 16:43
26-05-2026, 16:00
26-05-2026, 15:53
26-05-2026, 15:45
26-05-2026, 14:40
26-05-2026, 14:00
26-05-2026, 12:59
26-05-2026, 12:57
26-05-2026, 12:54
26-05-2026, 12:52
26-05-2026, 12:10
26-05-2026, 11:57
26-05-2026, 11:22
26-05-2026, 10:18
25-05-2026, 21:14
25-05-2026, 21:09
25-05-2026, 21:06
25-05-2026, 21:01
25-05-2026, 19:40
25-05-2026, 19:32
25-05-2026, 19:26
25-05-2026, 19:23
25-05-2026, 19:18
25-05-2026, 19:10
25-05-2026, 19:06
25-05-2026, 19:03
25-05-2026, 16:59
25-05-2026, 14:54
25-05-2026, 14:17
25-05-2026, 13:25
25-05-2026, 13:22
1 2 3 4 5 6 7 8 9 10 ... 1058