Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Sumqayit.tv unikal.org-a istinadən xəbər verir ki, hadisə gecə saatlarında qeydə alınıb. Belə ki, "Toyota Prado" markalı avtomobil digər 5 maşına çırpılıb. Hadisə nəticəsində nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.