Tikintidə işləyən 47 yaşlı fəhlə ölüb. Sumqayit.tv teleqraf.com-a istinadən məlumat verir ki, hadisə Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb. Tikintilərin birində fəhlə işləyən 1977-ci il təvəllüdlü Sərxan Rəşad oğlu İsmayılovun qəfildən ürəyi tutub. O, hadisə yerindəcə ölüb. Faktla bağlı araşdırma aparılır.