Şəhər ictimaiyyətinin bir qrup nümayəndələri təltif edildi – FOTO


Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Tədbirdə Sumqayıt şəhərinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətlərinə görə Prezident İlham Əliyev tərəfindən təltif edilmiş şəxslərə orden və medallar təqdim olunub.
Sumqayıt Dövlət Dram Teatrında keçirilən tədbirdə şəhərin ictimai-siyasi həyatında fərqlənən şəxslərə Sumqayıt Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanları da təqdim olunub.
Mərasimdə çıxış edən Zakir Fərəcov tədbir iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda davamlı tərəqqinin təmin edildiyini deyən şəhər rəhbəri 2024-cü ilin Sumqayıt şəhəri üçün uğurlu il olduğunu qeyd edib. Azərbaycanın inkişafını simvolizə edən, özünəməxsus müasir şəhər nümunəsinə çevrilən 75 yaşlı Sumqayıt öz tarixinin  çox fərəhli, yaddaşlara əbədi həkk olunan yeni günlərini yaşayır. Son illər həyata keçirilən geniş miqyaslı, uğurlu layihələr şəhərin simasını tamamilə dəyişib. Bu gün Sumqayıt müasir, böyük sənaye potensialına malik olan, gözəlliyi ilə öndə gedən şəhərlərə meydan oxuyan, sürətlə inkişaf edən, gündən – günə abadlaşan bir şəhərdir.
Mərasimdə çıxış edən digər natiqlər də tədbir iştirakçılarına təbriklərini çatdırıblar. Onlar şəhərin inkişafında iştirak etdikləri üçün qürur hissi keçirdiklərini bildirərək, təltiflərə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. Qeyd edilib ki, dövlət başçısının diqqət və qayğısı nəticəsində Sumqayıtın uğurları daha da artacaq.
Tədbir iştirakçıları həmçinin Sumqayıtın Azərbaycanın sosial-iqtisadi və mədəni inkişafında mühüm rola malik olduğunu vurğulayıblar. Şəhərin 75 illik yubileyi münasibətilə həyata keçirilən layihələrin Sumqayıtı daha müasir, daha abad bir şəhərə çevirdiyini qeyd edərək, gələcəkdə bu inkişafın davam edəcəyinə əminlik ifadə  olunub.















27-12-2024, 21:58 260

Digər xəbərlər

Tağıyev qəsəbəsində yolların vəziyyəti sakinlərin narazılığına səbəb olur-FOTO

Deputat Elnarə Akimova şəhid və qazi ailələrini ziyarət etdi-VİDEO/FOTO

İsmayıllıda faciə: Sumqayıt sakini traktorun altında qalaraq öldü-VİDEO

Sumqayıt təhsili ağır itki ilə üzləşib – Nəzakət Amaxanova vəfat edib

Sakinlərin NƏZƏRİNƏ: Sabah bu ərazilərdə qaz olmayacaq

Ömrünü təhsilə həsr edən Ayət müəllimənin doğum günüdür - FOTO

20 Yanvar dayanacağında izdiham: sərnişinlər növbə mədəniyyətinə çağırır

Müəllimlərin maaşını mənimsəyən sabiq məktəb direktoru şərti cəza alıb

Sumqayıtda 50 yaşlı kişinin meyiti yaşadığı evdə aşkarlanıb

Təzyiqi olanlar mütləq oxusun: Dərmanları unudun - Hər gün 2 stəkan için...

Sumqayıtda qəbiristanlığın yaxınlığında avtomat tapılıb

Ceyranbatanda bəzi ərazilərin qaz təchizatında fasilə yaranacaq

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ

İtaliya mətbuatında Tramp haqqında gedən təhqiramiz ifadələr toplanır

Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

Azərbaycanın Özbəkistandakı səfiri iki ölkənin ali mükafatları ilə təltif olunub

Ərdoğandan Pezeşkiana: Hazırıq!

Sərdar Berdiməhəmmədovun Bakı səfəri nə vəd edir?

Səbinə Salmanova: Azərbaycan və Türkmənistan strateji tərəfdaşlığı daha da güclənir

Sumqayıt Şəhər Ağsaqqallar Şurasının konfransı keçirilib-VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1066
Bu gün, 12:44
Bu gün, 11:37
Bu gün, 09:26
Bu gün, 08:27
Dünən, 20:57
Dünən, 20:42
Dünən, 20:28
Dünən, 15:45
Dünən, 15:23
Dünən, 15:21
Dünən, 13:08
Dünən, 10:05
Dünən, 09:53
Dünən, 09:44
Dünən, 09:11
Dünən, 09:03
22-06-2026, 20:56
22-06-2026, 20:53
22-06-2026, 17:20
22-06-2026, 16:12
22-06-2026, 16:06
22-06-2026, 10:47
22-06-2026, 10:23
22-06-2026, 10:21
22-06-2026, 10:17
22-06-2026, 10:15
22-06-2026, 09:45
22-06-2026, 08:55
22-06-2026, 08:50
21-06-2026, 23:07
20-06-2026, 20:37
20-06-2026, 20:15
20-06-2026, 14:58
20-06-2026, 14:56
20-06-2026, 14:50
20-06-2026, 14:41
20-06-2026, 14:38
20-06-2026, 14:31
19-06-2026, 20:18
19-06-2026, 20:15
1 2 3 4 5 6 7 8 9 10 ... 1066