Sumqayıda boks məşqçisi hücuma məruz qaldı: Çənəsini sındırdılar

“Azərbaycan Vətənpərvərlər” İctimai Birliyinin Sumqayıt təşkilatının sədri və boks üzrə məşqçi Ramil Məmmədzadə fiziki hücuma məruz qalıb.
Bu barədə idmançı Axar.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, hadisə adi bir “TikTok” videosu ilə başlayıb və daha sonra ciddi insidentə çevrilib.
Ramil Məmmədzadə öz tələbəsinin məşq prosesi zamanı idman ustası Rafael Ağayevlə çəkilmiş adi bir videosunun silinməsi ilə bağlı qəribə tələblə qarşılaşıb.
Ramil Məmmədzadə baş verənləri belə izah edib:
“Mənə tanıdığım bir şəxs zəng edib, tələbəmin “TikTok” səhifəsindəki videonu silməsini tələb etdi. Tələbəmin nömrəsini istədi, verdim. Videoda qeyri-adi heç nə yox idi. Daha sonra həmin şəxs tələbəmə zəng edərək, ondan da eynisini tələb edib. Tələbəm isə Rafael Ağayevdən icazə almadan bunu edə bilməyəcəyini deyib. Rafael Ağayev özü videonun paylaşılmasına etiraz etməyib. Sonra mənə zəng edən həmin şəxsə zəng etdim və söhbətin nə ilə nəticələndiyini öyrənməyə çalışdım. Bundan sonra mənə qarşı təhqir və zorakılıq başladı. Məni görüşə çağırdı, getdim. Sumqayıt şəhərinin 33-cü məhəlləsində görüş münaqişəyə çevrildi”.
Məmmədzadənin sözlərinə görə, həmin şəxs qəfil zərbə ilə ona hücum edib və ağır bədən xəsarətləri yetirib:
“İlk zərbədən çənəm sındı, daha sonra gicgahımdan vurdu. Yıxılmağıma baxmayaraq, məni yumruqlamağa davam etdi. Yanında olan şəxslə birgə təhqir etdilər”.
Hadisə nəticəsində Məmmədzadənin sağlamlığı ciddi zərər görüb. O, yanvarın 9-da əməliyyat keçirib və 2 min manat xərc çəkib. Gözləri 30 faiz zəifləyib, başında davamlı ağrılar qalıb.
Məmmədzadə hadisədən sonra hüquqi yollarla ədaləti bərpa etməyə qərar verib. Hüquq-mühafizə orqanlarına müraciət edib və hadisədə təqsirli şəxs saxlanılıb.
Məmmədzadə bu hadisənin təsadüf olmadığını və peşə fəaliyyəti ilə bağlı sifarişlə həyata keçirildiyini düşünür:
“Mən idman sahəsində baş verən haqsızlıqları, özbaşınalıqları tənqid edirəm. Bunun müəyyən dairələrin xoşuna gəlmədiyi bəllidir. Boksun inkişafına mane olan şəxslər ölkənin idman siyasətinə xəyanət edir. Mənim məqsədim gəncləri sağlam həyata həvəsləndirməkdir, lakin bu fəaliyyətimə əngəllər yaradılır. Azərbaycan çempionatına dörd boksçu çıxarırdım, lakin mənə o qədər mane oldular ki, Sumqayıtdan idmançı çıxara bilmədim, Bakı şəhərində boks klublarından birindən çıxartdım. Əlimdən gəldiyi qədər gəncləri, uşaqları idmana həvəsləndirməyə çalışıram. Balaca uşaqlara pulsuz məşqlər keçirəm. Bunlar isə mənə əngəl olurlar”.
Ramil Məmmədzadə bu hadisənin sifarişçisi barədə məlumat əldə etmək istəyir. Əgər hücumun sifarişçisi açıqlanarsa, şikayətini geri götürəcəyini bildirir. Onun əsas məqsədi düşmənini tanımaq və gələcəkdə belə təzyiqlərin qarşısını almaqdır.

17-01-2025, 15:42 470

Digər xəbərlər

Tağıyev qəsəbəsində yolların vəziyyəti sakinlərin narazılığına səbəb olur-FOTO

Deputat Elnarə Akimova şəhid və qazi ailələrini ziyarət etdi-VİDEO/FOTO

İsmayıllıda faciə: Sumqayıt sakini traktorun altında qalaraq öldü-VİDEO

Sumqayıt təhsili ağır itki ilə üzləşib – Nəzakət Amaxanova vəfat edib

Sakinlərin NƏZƏRİNƏ: Sabah bu ərazilərdə qaz olmayacaq

Ömrünü təhsilə həsr edən Ayət müəllimənin doğum günüdür - FOTO

20 Yanvar dayanacağında izdiham: sərnişinlər növbə mədəniyyətinə çağırır

Müəllimlərin maaşını mənimsəyən sabiq məktəb direktoru şərti cəza alıb

Sumqayıtda 50 yaşlı kişinin meyiti yaşadığı evdə aşkarlanıb

Təzyiqi olanlar mütləq oxusun: Dərmanları unudun - Hər gün 2 stəkan için...

Sumqayıtda qəbiristanlığın yaxınlığında avtomat tapılıb

Ceyranbatanda bəzi ərazilərin qaz təchizatında fasilə yaranacaq

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ

İtaliya mətbuatında Tramp haqqında gedən təhqiramiz ifadələr toplanır

Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

Azərbaycanın Özbəkistandakı səfiri iki ölkənin ali mükafatları ilə təltif olunub

Ərdoğandan Pezeşkiana: Hazırıq!

Sərdar Berdiməhəmmədovun Bakı səfəri nə vəd edir?

Səbinə Salmanova: Azərbaycan və Türkmənistan strateji tərəfdaşlığı daha da güclənir

Sumqayıt Şəhər Ağsaqqallar Şurasının konfransı keçirilib-VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1066
Bu gün, 12:44
Bu gün, 11:37
Bu gün, 09:26
Bu gün, 08:27
Dünən, 20:57
Dünən, 20:42
Dünən, 20:28
Dünən, 15:45
Dünən, 15:23
Dünən, 15:21
Dünən, 13:08
Dünən, 10:05
Dünən, 09:53
Dünən, 09:44
Dünən, 09:11
Dünən, 09:03
22-06-2026, 20:56
22-06-2026, 20:53
22-06-2026, 17:20
22-06-2026, 16:12
22-06-2026, 16:06
22-06-2026, 10:47
22-06-2026, 10:23
22-06-2026, 10:21
22-06-2026, 10:17
22-06-2026, 10:15
22-06-2026, 09:45
22-06-2026, 08:55
22-06-2026, 08:50
21-06-2026, 23:07
20-06-2026, 20:37
20-06-2026, 20:15
20-06-2026, 14:58
20-06-2026, 14:56
20-06-2026, 14:50
20-06-2026, 14:41
20-06-2026, 14:38
20-06-2026, 14:31
19-06-2026, 20:18
19-06-2026, 20:15
1 2 3 4 5 6 7 8 9 10 ... 1066