İndoneziya prezidenti və tərcüməçi qızın Bakıda eşq macərası – DTK-nın maneçiliyi


1956-cı ilin avqust ayında İndoneziya prezidenti Əhməd Sukarno SSRİ-yə rəsmi səfərə gəlib. Onun əsas planı Bakını gəzmək olub. O vaxt Anatoli Quskov Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsində işləyib. Buna görə də səfərin müşayiəti və əcnəbi qonağın təhlükəsizliyinə birbaşa cavabdehliyi general-mayor Anatoli Quskov daşıyıb.
Bakıya heyran olan Əhməd Sukarno
O, özü ilə Moskvadan bir neçə nümayəndə və təxminən 25-26 yaşlarında yaraşıqlı sarışın tərcüməçi qız gətirib. Hər şeydən razı olan Sukarno Azərbaycan xalqına heyranlığını gizlətməyib. Həqiqətən də prezident Bakıda səmimi hərarətlə qarşılanıb. O, Bakıda olduğu bütün dörd gün ərzində tərcüməçini sözün əsl mənasında bir dəqiqə belə yanından buraxmayıb.
b10d4674-2406-491b-be10-1870fd06f871.jpg (178 KB)
Səfərin bitməsinə az müddət qalmış prezident Quskova deyib ki, tərcüməçi ilə evlənmək üçün onu öz ölkəsinə aparmaq istəyir. Hətta qızın da razı olduğunu vurğulayıb. Məlum olub ki, İndoneziya prezidenti SSRİ-yə səfəri zamanı xanıma aşiq olub. Ancaq belə bir hekayə bütün dünyada manşetlərə çevriləcəkdi, Sovet İttifaqının isə buna heç ehtiyacı yox idi. Üstəlik, Sukarnonun artıq üç rəsmi arvadı olduğu məlum olub.
General-mayor tərcüməçi ilə danışmaq üçün onunla görüşüb və onu fikrindən döndərməkdə çətinlik çəkib. O, qızın prezidentin dördüncü arvadı olacağını və həmin ölkədə hansı çətinliklərlə qarşılaşacağını ətraflı başa salmaq üçün bir saatdan çox vaxt sərf edib. Amma gənc qız heç nəyə qulaq asmayıb, o, Sukarnonu sevdiyini, bütün çətinliklərdə bu insanı dəstəkləməyə hazır olduğunu təkrarlayıb.
741c0e0c-e0fe-40aa-a3f8-88d20b068b92.jpg (216 KB)
Quskov vəziyyətin ciddiliyini anlamayan qıza artıq hüquqi prosedurlar barədə danışmağa başlayıb. Belə ki, əgər o, ölkəni icazəsiz tərk edərsə, bu, vətənə xəyanət kimi qiymətləndiriləcək və Əhməd Sukarnoya məhəbbəti bu qədər böyükdürsə, xaricə getmək icazəsi almaq üçün SSRİ Ali Sovetinin Rəyasət Heyətinə ərizə ilə müraciət edə bilər. Əks halda ölkədən icazəsiz çıxmaq cəhdinin qarşısı dərhal alınacaq. İşin bu həddə çatmasının qarşısını almaq üçün Quskov dərhal, hətta zorla tərcüməçini Moskvaya göndərməklə hədələyib.
Prezident təyyarəsində qaçmaq planı
Bütün təzyiqlər qarşısında qız əvvəlcə ağlayıb, çox düşündükdən sonra İndoneziyaya getməməyə razı olub. Lakin o, sevgilisini yola salmağa icazə verilməsini xahiş edib. Çekistlər razılaşmalı olub. Ehtimal edilir ki, qız bu üsulla prezidentin təyyarəsinə minərək ölkədən getmək istəyib. Çünki, o, təyyarəyə mindiyi zaman daha heç kəs onun hava gəmisindən çıxara bilməzdi və bu, bir başa generala baha başa gələrdi.
Odur ki, Quskov ehtiyat tədbirləri görüb. Tərcüməçi təyyarəyə minməyə cəhd edərsə, onu saxlamağı iki işçiyə tapşırıb. Həmin işçilər təyyarənin qapısının yanında dayanıb. Hətta general qıza yaxın məsafədə olub.
1b8546d1-7654-4069-b00d-33c417b75b59.jpg (123 KB)
Sukarnonun təntənəli şəkildə Bakıdan yola salma mərasimi başlayıb. Mərasimdə isə çoxlu məmurlar olub. Sukarno və qız trapda praktiki olaraq tək qalıblar. Qız ətrafına baxdıqdan sonra prezidenti öpüb və Sukarno təyyarəsinə minib. Təyyarənin qapısı bağlandıqdan sonra həm Bakının təhlükəsizlik işçiləri, həm də ilk növbədə Quskov rahat nəfəs alıb.
Əhməd Sukarno 1901-ci ildə Surabayada anadan olub . 1945-ci ildə İndoneziyanın 1-ci prezidenti seçilib, 1967-ci ilə qədər bu postu tutub, İndoneziyanın milli qəhrəmanı olub. İndoneziya Milli Partiyasının qurucularından biri, İndoneziya dövlətinin banilərindən hesab olunur. O, 1970-ci ildə Cakartada vəfat edib.
// Musavat.com

27-01-2025, 14:17 59

Digər xəbərlər

Sumqayıt sakinləri diqqətli olsun – Müdafiə Nazirliyindən xəbərdarlıq

Sumqayıtda 90 min manatlıq avtobus dələduzluğu işi məhkəmədə barışıqla bitdi

Sumqayıt-Horadiz marşrutu üzrə müsabiqənin qalibi müəyyənləşdi

Sumqayıtin bu ərazisində qazın verilməsi dayandırılacaq

Sumqayıtda qanunsuz tikililərlə bağlı yeni işçi qrupu yaradılıb

672 balla Tibb Universitetinə qəbul olan Səccad İsgəndərli – Məktəbimizin fəxri- FOTO

Bu gün Sumqayıtda hava necə olacaq?

Sumqayıtda yol qəzası: Mercedes və Kia Rio toqquşdu - FOTO

640 balla Tibb Universitetinə qəbul olan Aylin Tağıyeva – Sumqayıtın yetirməsi - FOTO

Sumqayıtda məskunlaşan və səs yazısı yayılan köçkün ailəsinə Biləsuvardan mənzil təqdim olundu

TƏBİB-in təşəbbüsü ilə Sumqayıt Tibb Mərkəzində nadir dəri xəstəlikləri üzrə təlim keçirilib - FOTO

Sumqayıt çimərliklərində hava 27 dərəcə isti olacaq

Premyer Liqa: “Sumqayıt” bu gün “Qarabağ”la üz-üzə gələcək

IMF: Qazaxıstan adambaşına düşən ÜDM-də Rusiyanı geridə qoydu

Sumqayıtda iki nəfərin ölümü ilə nəticələnən qəzaya görə sürücü yenidən məhkəmə qarşısında

Sumqayıtda ağacların kəsilməsinə aydınlıq gətirildi

Sumqayıtdan bir neçə istiqamətdə avtobus marşrutları müsabiqəyə çıxarılır

Laçın şəhəri yalnız coğrafi deyil, həm də geosiyasi mərkəzə çevrilməkdədir

Sumqayıtda evdə yanğın oldu - Video

Hərbi Prokurorluq nəzarətçi yox, həm də cəmiyyətlə dialoq quran quruma çevrilib

1 2 3 4 5 6 7 8 9 10 ... 961
Dünən, 18:26
Dünən, 16:49
Dünən, 16:45
Dünən, 15:35
Dünən, 12:57
Dünən, 11:59
Dünən, 10:35
24-08-2025, 14:49
23-08-2025, 23:59
23-08-2025, 15:44
22-08-2025, 20:00
22-08-2025, 14:21
22-08-2025, 12:32
22-08-2025, 12:28
22-08-2025, 12:05
21-08-2025, 19:57
21-08-2025, 17:42
21-08-2025, 17:34
21-08-2025, 15:28
21-08-2025, 13:08
21-08-2025, 10:16
21-08-2025, 00:04
20-08-2025, 20:34
20-08-2025, 15:52
20-08-2025, 15:38
20-08-2025, 15:20
20-08-2025, 11:01
19-08-2025, 20:46
19-08-2025, 18:37
19-08-2025, 18:21
19-08-2025, 16:09
19-08-2025, 08:17
18-08-2025, 17:35
18-08-2025, 17:26
18-08-2025, 15:46
18-08-2025, 12:11
17-08-2025, 13:10
17-08-2025, 01:20
16-08-2025, 15:50
16-08-2025, 10:58
1 2 3 4 5 6 7 8 9 10 ... 961