Arvadını öldürən kişi ilə bağlı ŞOK FAKTLAR: "Qulaq kəsmişdi, məhkəmə həbs etməyib"


 

Ötən gün Sumqayıtda arvadını öldürən kişi ilə bağlı yeni faktlar məlum olub.

Bu, arvadını öldürən Ağabala Babışovun ilk cinayəti deyilmiş.

Belə ki, araşdırmalar zamanı məlum olub ki, o, bundan əvvəl də bir neçə dəfə məhkum olunub.

Hətta müəyyən edilib ki, A.Babışov həyat yoldaşını öldürməzdən bir müddət əvvəl bir nəfərin qulağını kəsibmiş. Buna görə ona Cinayət Məcəlləsinin 127-ci maddəsi ilə ittham irəli sürülüb. Həmin cinayət işinin həm ibtidai istintaqı, həm də məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin vəkili tərəfindən Ağabala Babışovun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət verilsə də, məhkəmə həmin vəsatəti təmin etməyib. Onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilib.

Yaxınları bildirir ki, həmin cinayətinə görə məhkəmə onu həbs etmiş olsaydı bu ağır cinayət yaşanmazdı.

Çünki bir neçə dəfə cinayət törətməyə görə məhkum edilmiş, hazırda isə başqa bir cinayət törətməyə görə təqsirləndirilən şəxsin azadlıqda qalması bir növ onun hazırkı cinayət əməlini törətməsinə zəmin yaradıb.

Qeyd edək ki, Yanvarın 29-u saat 4 radələrində Sumqayıt şəhəri ərazisində 32 yaşlı Səbinə Babışovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Şəhər Prokurorluğundan verilən xəbərə görə, araşdırma zamanı 36 yaşlı Ağabala Babışovun yaşadıqları evdə bıçaqla xəsarətlər yetirərək arvadı Səbinə Babışovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Ağabala Babışov iş üzrə şübhəli şəxs qismində tutulub.
//lent.az

30-01-2025, 12:47 180

Digər xəbərlər

Prezident İlham Əliyevin müsahibəsi Azərbaycanın xarici siyasətində balanslı və çoxşaxəli yanaşmanı nümayiş etdirir

Xalqına sədaqətlə xidmət edən ailə - FOTO

Sumqayıtda çörək sexində yanğın söndürüldü - Foto

Sumqayıtda velosiped idmanına dəstək layihəsi

Sumqayıt teatrında iz qoymuş sənətkarın doğum günüdür

Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına MÜSAHİBƏSİ –TAM MƏTN

Bu universitetlər tələbələri rektorsuz qarşılayacaq - Siyahı

Sumqayıtda dağıdıcı zəlzələ gözlənilir? - Qurban Yetirmişlidən açıqlama

Elnarə Akimova: "Mədəniyyətimizin və tarixi irsimizin qoruyucusunun dünyaya gəldiyi gündür"

Bu ilin ən yaşlı tələbəsi ali təhsilini Sumqayt Dövlət Universitetində oxuyacaq

Ekspert: Sumqayıtda da mənzillərin qiyməti bahalaşa bilər

Avtomobilinə boşanma elanını yazdı, sosial şəbəkələrdə gündəm oldu - FOTO

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Sumqayıt sakinləri diqqətli olsun – Müdafiə Nazirliyindən xəbərdarlıq

Sumqayıtda 90 min manatlıq avtobus dələduzluğu işi məhkəmədə barışıqla bitdi

Sumqayıt-Horadiz marşrutu üzrə müsabiqənin qalibi müəyyənləşdi

Sumqayıtin bu ərazisində qazın verilməsi dayandırılacaq

Sumqayıtda qanunsuz tikililərlə bağlı yeni işçi qrupu yaradılıb

672 balla Tibb Universitetinə qəbul olan Səccad İsgəndərli – Məktəbimizin fəxri- FOTO

Bu gün Sumqayıtda hava necə olacaq?

1 2 3 4 5 6 7 8 9 10 ... 962
Dünən, 17:12
Dünən, 16:29
Dünən, 16:08
Dünən, 14:50
Dünən, 14:42
Dünən, 13:43
Dünən, 13:22
Dünən, 12:02
26-08-2025, 14:43
26-08-2025, 13:28
26-08-2025, 13:20
26-08-2025, 11:38
26-08-2025, 11:28
25-08-2025, 18:26
25-08-2025, 16:49
25-08-2025, 16:45
25-08-2025, 15:35
25-08-2025, 12:57
25-08-2025, 11:59
25-08-2025, 10:35
24-08-2025, 14:49
23-08-2025, 23:59
23-08-2025, 15:44
22-08-2025, 20:00
22-08-2025, 14:21
22-08-2025, 12:32
22-08-2025, 12:28
22-08-2025, 12:05
21-08-2025, 19:57
21-08-2025, 17:42
21-08-2025, 17:34
21-08-2025, 15:28
21-08-2025, 13:08
21-08-2025, 10:16
21-08-2025, 00:04
20-08-2025, 20:34
20-08-2025, 15:52
20-08-2025, 15:38
20-08-2025, 15:20
20-08-2025, 11:01
1 2 3 4 5 6 7 8 9 10 ... 962