60 yaşlı kişi Sumqayıtda toy məclisində 2 nəfərin başını kəsmək istəyib? - TƏFƏRRÜAT


60 yaşlı kişinin Sumqayıtda toy məclisində iki nəfəri öldürmək istəməsinin təfərrüatı məlum olub. Onun öldürmək istədiyi şəxs qardaşı və qardaşının arvadı olub. Hadisəyə səbəb isə ata evlərinə görə yaranmış mübahisə imiş. 
Sumqayit.tv Musavat.com-a istinadən xəbər verir ki, söhbət Rafiq Kərimduxtanın cinayət işindən gedir. Rafiq Kərimduxta və qardaşı arasında ata mülkinə görə uzun müddət məhkəmə çəkişməsi olub. Qardaşı Krərimduxtanın məhkəmə qaydasında evdən çıxarılmasını istəyib. Buna görə də aralarında uzun müddət mübahisə olub. Rafiq Kərimduxta qardaşını öldürmək qərarına gəlib. O, qardaşı Vahid və onun arvadı İradə Kərimduxtanı toy məclisində öldürmək istəyib. Rafiq Kərimduxta ifadəsində bunları deyib: “2008-ci ildə qardaşım iddia əsasında ata mülkümüz olan Sumqayıtdakı mənzildən məni məhkəmə qaydasında qeydiyyatdan çıxardı. Buna görə də münasibətlər pozuldu. Qisas alacağımı demişdim”. R.Kərimduxta toy məclisinin yekunlaşmasına az qalmış, gecə saat 11 radələrində qardaşıgilin əyləşdiyi masaya yaxınlaşıb. Qardaşına arxadan yaxınlaşaraq onun başından tutub araxaya çəkib və boğazını kəsmək istəyib. Həm zərərçəkmişin, həm də ətrafdakıların müdaxiləsi ilə əməlini başa çatdıra bilməyib. Onun əlində ov bıçağı olub. R.Kərimduxta daha sonra qardaşının arvadını tutaraq onun boğazını kəsmək istəyib. Bu dəfə də əməlini tam icra edə bilməyib. R.Kərimduxta hər iki şəxsə boynun sağ yarısının kəsilmiş-deşilmiş yarası, qırtlağın zədələnməsi xəsarətləri yetirib. İstintaq belə qənaətə gəlib ki, zərərçəkmiş şəxslərin müqaviməti, toy mərasimində iştirak edən qonaqların müdaxiləsi onun hərəkətlərinin qarşısını alıb. Ona qarşı Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) və 29,120.2.7. (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham irəli sürülüb. Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Rafiq Kərimduxtanı 14 il müddətinə azadlıqdan məhrum edib. Hökmdən narazı qalan R.Kərimduxta apellyasiya şikayəti verib. Onun apellyasiya şikayəti təmin edilməyib. Ali Məhkəmə də onun şikayətini əsaslı hesab etməyib. Zərərçəkmiş tərəf R.Kərimduxtanı bağışlamayıb.

3-02-2025, 18:28 207

Digər xəbərlər

Prezident İlham Əliyevin müsahibəsi Azərbaycanın xarici siyasətində balanslı və çoxşaxəli yanaşmanı nümayiş etdirir

Xalqına sədaqətlə xidmət edən ailə - FOTO

Sumqayıtda çörək sexində yanğın söndürüldü - Foto

Sumqayıtda velosiped idmanına dəstək layihəsi

Sumqayıt teatrında iz qoymuş sənətkarın doğum günüdür

Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına MÜSAHİBƏSİ –TAM MƏTN

Bu universitetlər tələbələri rektorsuz qarşılayacaq - Siyahı

Sumqayıtda dağıdıcı zəlzələ gözlənilir? - Qurban Yetirmişlidən açıqlama

Elnarə Akimova: "Mədəniyyətimizin və tarixi irsimizin qoruyucusunun dünyaya gəldiyi gündür"

Bu ilin ən yaşlı tələbəsi ali təhsilini Sumqayt Dövlət Universitetində oxuyacaq

Ekspert: Sumqayıtda da mənzillərin qiyməti bahalaşa bilər

Avtomobilinə boşanma elanını yazdı, sosial şəbəkələrdə gündəm oldu - FOTO

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Sumqayıt sakinləri diqqətli olsun – Müdafiə Nazirliyindən xəbərdarlıq

Sumqayıtda 90 min manatlıq avtobus dələduzluğu işi məhkəmədə barışıqla bitdi

Sumqayıt-Horadiz marşrutu üzrə müsabiqənin qalibi müəyyənləşdi

Sumqayıtin bu ərazisində qazın verilməsi dayandırılacaq

Sumqayıtda qanunsuz tikililərlə bağlı yeni işçi qrupu yaradılıb

672 balla Tibb Universitetinə qəbul olan Səccad İsgəndərli – Məktəbimizin fəxri- FOTO

Bu gün Sumqayıtda hava necə olacaq?

1 2 3 4 5 6 7 8 9 10 ... 962
Dünən, 17:12
Dünən, 16:29
Dünən, 16:08
Dünən, 14:50
Dünən, 14:42
Dünən, 13:43
Dünən, 13:22
Dünən, 12:02
26-08-2025, 14:43
26-08-2025, 13:28
26-08-2025, 13:20
26-08-2025, 11:38
26-08-2025, 11:28
25-08-2025, 18:26
25-08-2025, 16:49
25-08-2025, 16:45
25-08-2025, 15:35
25-08-2025, 12:57
25-08-2025, 11:59
25-08-2025, 10:35
24-08-2025, 14:49
23-08-2025, 23:59
23-08-2025, 15:44
22-08-2025, 20:00
22-08-2025, 14:21
22-08-2025, 12:32
22-08-2025, 12:28
22-08-2025, 12:05
21-08-2025, 19:57
21-08-2025, 17:42
21-08-2025, 17:34
21-08-2025, 15:28
21-08-2025, 13:08
21-08-2025, 10:16
21-08-2025, 00:04
20-08-2025, 20:34
20-08-2025, 15:52
20-08-2025, 15:38
20-08-2025, 15:20
20-08-2025, 11:01
1 2 3 4 5 6 7 8 9 10 ... 962