"Xaş hambal yeməyidir"- deyən, müğənnini sumqayıtlı ekspert yıxdı-sürüdü


Əməkdar artist Vasif Məhərrəmli verilişdə açıqlaması zamanı xaş yeməyi ilə bağlı ilginc fikirlər səsləndirib. Müğənni deyib ki, xaş hambal yeməyidir.
Sumqayit.tv xəbər verir ki, məsələylə bağlı redaktor.az-a danışan qida məsələləri üzrə ekspert İlkin Şirinov müğənninin fikirləri ilə razılaşmadığını bildirib.
Onun sözlərinə görə, xalqımızın mətbəxi də, musiqisi də zəngindir və bu gün hansısa bir müğənninin mətbəximizlə bağlı bu cür əsassız fikir səsləndirməsi qəbulolunmazıdır:
“Yaxşı olardı ki, müğənnilər öz sənətləri ilə məşğul olsunlar, əgər məşğul ola bilirlərsə. Təbii ki, bu gün həmin o müğənnilər xalqın maddiyatı hesabına gəlib özlərinə bahalı villalar, maşınlar alıblar. Ona görə də xalqa məxsus olan hər hansısa bir yeməyi, milli dəyərləri küçültmək qəbul olunmaz bir məsələdir”.
Ekspert xaşın qədim türk yeməyi olduğunu bildirib:
“Xaş əsasən kəllə-paça və sair adlarla hər zaman tarixə düşüb. Araşdırsaq görərik ki, xaş qədim türk yemək növüdür. Xaşla bağlı müxtəlif fikirlər səsləndirilir və bildirilir ki, sümüklərində sınıq və zədə olan insanlara da həkimlər xaş yeməyi məsləhət görürlər. Xaş elə bir yeməkdir ki, insanlar onu yedikdən sonra aktiv həyat tərzi keçirməlidir. Xaşla bağlı məlumatlara tarixdə də rast gəlmək mümkündür. Nizami Gəncəvinin əsərlərində də bu haqda fikirlər səsləndirilir. Xaş haqqında hər hansısa bir araşdırma aparmadan onun hambal yeməyi olması haqda fikirlər səsləndirmək yolverilməzdir”.
Qeyd edək ki, müğənni Vasif Məhərrəmli xaş haqqında bunları deyib: "Xaş hambal yeməyidir. Əsrin əvvəlində İrandan bura olan axında əziyyət çəkən hamballar olub. Heyvanın baş-ayağını atırmışlar. Hansısa bir hambal götürür onu bişirir və nəticədə xaş olur"

5-02-2025, 11:33 245

Digər xəbərlər

Ramiz Mehdiyev məsələsi sıradan deyil” — Cahandar Bayoğlu: “Azərbaycanda paralel dövlət qurulub”

Sumqayıtın bu ərazilərində qaz kəsiləcək

Qəbələ Zirvəsi və Azərbaycan

Sumqayıtlı yeniyetmə Almaniyada qızıl medal qazandı -FOTO

Sumqayıtın tanınmış həkimi Cəbrayıl Əlinağıyev vəfat etdi

Sumqayıtlı iş adamı aeroportda narkotiklə saxlanıldı

Sumqayıtda təkər emalı zavodunun fəaliyyəti dayandırılıb - FOTO - VİDEO

Sumqayıtda “Hyundai” ilə “BMW” toqquşdu

Premyer Liqada mövsümün rekordu qeydə alındı — Sumqayıt bu turda parladı

Sabah Sumqayıtın bəzi ərazilərində qaz kəsiləcək

Saray Bağları sakinləri 10–15 ildir kanalizasiya problemindən qurtula bilmirlər – FOTO

Sumqayıt yolunda və paytaxtın bir sıra küçələrində sıxlıq yaranıb

Deputat: "Zəngilanın azad edilməsi - Zəfər tariximizin qızıl səhifəsidir"

Azərbaycanın Müstəqillik Günündə İzmir şəhərində anlamlı ziyarət

Milli Məclisin deputatı Səbinə Salmanova növbəti vətəndaş qəbulu keçirib - FOTO

Sumqayıtda 129 nəfər narkotik asılılığına qarşı əvəzedici müalicə proqramına cəlb olunub

Qərbi Azərbaycan gəncləri Sumqayıtda “Müstəqilliyə Gedən Yol” seminarında iştirak ediblər - Foto

Sumqayıtda yıxılaraq başı daşa dəyən kişi öldü

Sumqayıtda 10-cu mikrorayonda antisanitar vəziyyət — İy qoxudan pəncərə açmaq mümkün deyil

Sumqayıtlı Ömər Rəcəbli Peruda bürünc medal qazandı

1 2 3 4 5 6 7 8 9 10 ... 972
Bu gün, 13:53
Bu gün, 12:11
Bu gün, 10:21
Bu gün, 09:52
Dünən, 13:50
Dünən, 11:03
Dünən, 10:51
20-10-2025, 23:57
20-10-2025, 21:42
20-10-2025, 17:51
20-10-2025, 12:16
20-10-2025, 08:24
19-10-2025, 18:11
18-10-2025, 20:00
18-10-2025, 19:01
18-10-2025, 09:07
18-10-2025, 08:36
17-10-2025, 11:56
13-10-2025, 18:30
13-10-2025, 11:05
10-10-2025, 15:18
10-10-2025, 12:45
10-10-2025, 10:21
10-10-2025, 10:16
10-10-2025, 08:35
10-10-2025, 00:40
9-10-2025, 19:53
9-10-2025, 19:35
9-10-2025, 18:55
9-10-2025, 18:44
9-10-2025, 16:10
9-10-2025, 11:17
9-10-2025, 11:09
9-10-2025, 11:01
9-10-2025, 10:20
8-10-2025, 12:58
8-10-2025, 12:54
8-10-2025, 12:39
8-10-2025, 11:20
7-10-2025, 23:40
1 2 3 4 5 6 7 8 9 10 ... 972