Coratda 3 nəfəri öldürüb, 3 nəfəri yaralamaqda şübhəli bilinən şəxsin məhkəmə prosesi davam etdirilib

Corat qəsəbəsində evə silahlı basqın edərək 3 nəfəri öldürüb, 3 nəfəri yaralamaqda şübhəli bilinən Müşfiq Tağıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Sumqayit.tv
-in məlumatına görə, fevralın 5-də Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) iki əməkdaşı şahid qismində ifadə verib. Onlar bildiriblər ki, hadisə baş verən ünvanda yanğın olduğu üçün həmin ərazidə orada olub.
“İçəri keçəndə ilk olaraq yaralı kişini gördük. Qarnını tutduğu üçün elə bildim tüstüdən zəhərlənib. Lakin sonra qarnından qan axdığını görəndə yaralı olduğunu başa düşdüm. Yaralanı xərəyə qoyduq, daha sonra içəri keçəndə isə həyətdə bir qadın və bir kişi meyitinin də olduğunu gördüm. Hadisənin səbəbi və yanğının nədən baş verməsi barədə heç bir məlumatım yoxdur”.
Daha sonra təqsirləndirilən şəxsin qardaşı Xəqani Tağıyev şahid kimi ifadə verib:
“Mən bilən, Müşfiq Tağıyevin silahı yox idi. Amma evdə atamın adına rəsmi sənədləri olan ov tüfəngi olub. Atam rəhmətə gedəndən sonra 2016-cı ildə Müşfiq Daxili İşlər Nazirliyində həmin silahı öz adına keçirib. 2020-ci ildə isə o silah satılıb. Cinayət yerində olan silahı isə görməmişəm.
Qardaşımla eyni evdə yaşasaq da, mən onun işlərinə qarışmamışam, heç otağına da girmirdim. Qarşı tərəflə də hər hansı ədavətimiz olmayıb. Sonradan öyrəndiyim məlumata görə, bu işin kökündə Anar Fərəclinin qardaşıma qarşı əxlaqsızlıq etməsi olub. Qardaşım söyüş üstündə kimisə öldürəcək adam deyildi. Onun öz yaşıdları arasında özünə görə hörməti olub”.
Təqsirləndirilən Müşfiq Tağıyevin əmisi də şahid kimi ifadə verib:
”Mənə Polis İdarəsindən Müşfiqin saxlanılması barədə zəng gələndə hadisədən xəbər tutmuşam. Ondan əvvəl isə heç nədən xəbərim olmayıb. Müşfiq bi iş barədə də mənimlə heş nə paylaşmayıb”.
Məhkəmənin növbəti iclası fevralın 19-na təyin edilib.
Qeyd edək ki, ötən il oktyabrın 28-də saat 05:50 radələrində Sumqayıt şəhərinin Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində iki nəfər - Susana Karakaş və Dağbəyi Fərəcov ölüb.
Hadisə zamanı Tərlan Fərəcova, Serkan Karakaş, daha sonra isə hadisə yerinə gələn qonşular - Etibar Sarıyev və Mehman Sarıyev xəsarət alıblar. Sonradan yaralılardan biri - Türkiyə xəstəxanasına köçürülən Serkan Karakaş da orada dünyasını dəyişib.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Corat qəsəbə sakini, 1987-ci il təvəllüdlü Tağıyev Müşfiq Məhəmməd oğlu saxlanılıb.
İstintaqla 1987-ci il təvəllüdlü Müşfiq Tağıyevin qonşusu Anar Fərəcovdan qisas almaq məqsədilə sonuncunun ailəsinin yaşadığı həyətə gələrək evin divarlarına benzin töküb yandırması və özünün hazırladığı partlayıcı qurğunu partlatdıqdan sonra odlu silahdan atəş açaraq evdən çıxan Dağbəyi Fərəcov, Susana Karakaş və Serkan Karakaşı qəsdən öldürməsi, sonuncuların evdə aşkar surətdə köməksiz vəziyyətdə olan 2 azyaşlı övladını, eləcə də Tərlan Fərəcovanı və köməyə gələn qonşuları Etibar Sarıyev və Mehman Sarıyevi qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Müşfiq Tağıyevə Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7 (xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla iki və ya daha çox şəxsi öldürmə), 29,120.2.3, 29,120.2.4, 29, 120.2.7 (xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla ictimai borcunu yerinə yetirən iki şəxsi öldürməyə cəhd), 29,186.2.1, 29,186.2.2 (külli miqdarda ziyan vurmaqla yandırmaqla və partlatmaqla əmlakı qəsdən məhv etməyə cəhd), 228.1, 228.4 (qanunsuz olaraq odlu və soyuq silah əldə etmə və gəzdirmə) və 229.1, 229.4-cü (qanunsuz olaraq partlayıcı qurğuları, qaz silahını, soyuq silahı hazırlama) maddələri ilə ittiham elan edilərək barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorunun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. //Report



5-02-2025, 20:28 93

Digər xəbərlər

Ramiz Mehdiyev məsələsi sıradan deyil” — Cahandar Bayoğlu: “Azərbaycanda paralel dövlət qurulub”

Sumqayıtın bu ərazilərində qaz kəsiləcək

Qəbələ Zirvəsi və Azərbaycan

Sumqayıtlı yeniyetmə Almaniyada qızıl medal qazandı -FOTO

Sumqayıtın tanınmış həkimi Cəbrayıl Əlinağıyev vəfat etdi

Sumqayıtlı iş adamı aeroportda narkotiklə saxlanıldı

Sumqayıtda təkər emalı zavodunun fəaliyyəti dayandırılıb - FOTO - VİDEO

Sumqayıtda “Hyundai” ilə “BMW” toqquşdu

Premyer Liqada mövsümün rekordu qeydə alındı — Sumqayıt bu turda parladı

Sabah Sumqayıtın bəzi ərazilərində qaz kəsiləcək

Saray Bağları sakinləri 10–15 ildir kanalizasiya problemindən qurtula bilmirlər – FOTO

Sumqayıt yolunda və paytaxtın bir sıra küçələrində sıxlıq yaranıb

Deputat: "Zəngilanın azad edilməsi - Zəfər tariximizin qızıl səhifəsidir"

Azərbaycanın Müstəqillik Günündə İzmir şəhərində anlamlı ziyarət

Milli Məclisin deputatı Səbinə Salmanova növbəti vətəndaş qəbulu keçirib - FOTO

Sumqayıtda 129 nəfər narkotik asılılığına qarşı əvəzedici müalicə proqramına cəlb olunub

Qərbi Azərbaycan gəncləri Sumqayıtda “Müstəqilliyə Gedən Yol” seminarında iştirak ediblər - Foto

Sumqayıtda yıxılaraq başı daşa dəyən kişi öldü

Sumqayıtda 10-cu mikrorayonda antisanitar vəziyyət — İy qoxudan pəncərə açmaq mümkün deyil

Sumqayıtlı Ömər Rəcəbli Peruda bürünc medal qazandı

1 2 3 4 5 6 7 8 9 10 ... 972
Bu gün, 13:53
Bu gün, 12:11
Bu gün, 10:21
Bu gün, 09:52
Dünən, 13:50
Dünən, 11:03
Dünən, 10:51
20-10-2025, 23:57
20-10-2025, 21:42
20-10-2025, 17:51
20-10-2025, 12:16
20-10-2025, 08:24
19-10-2025, 18:11
18-10-2025, 20:00
18-10-2025, 19:01
18-10-2025, 09:07
18-10-2025, 08:36
17-10-2025, 11:56
13-10-2025, 18:30
13-10-2025, 11:05
10-10-2025, 15:18
10-10-2025, 12:45
10-10-2025, 10:21
10-10-2025, 10:16
10-10-2025, 08:35
10-10-2025, 00:40
9-10-2025, 19:53
9-10-2025, 19:35
9-10-2025, 18:55
9-10-2025, 18:44
9-10-2025, 16:10
9-10-2025, 11:17
9-10-2025, 11:09
9-10-2025, 11:01
9-10-2025, 10:20
8-10-2025, 12:58
8-10-2025, 12:54
8-10-2025, 12:39
8-10-2025, 11:20
7-10-2025, 23:40
1 2 3 4 5 6 7 8 9 10 ... 972