Azərbaycanda bu tarixlərdə qeyri-iş günü olacaq


Xəbər verdiyimiz kimi, 20-24 mart tarixləri Novruz bayramı günləridir.
Sumqayit.tv xəbər verir ki, Əmək Məcəlləsinə əsasən, istirahət günləri bayram günləri üst-üstə düşərsə, həmin istirahət günləri bayram günündən sonrakı iş gününə keçirilir. 22-23 mart tarixləri şənbə və bazar gününə təsadüf edir, ona görə də 25-26 mart tarixləri də qeyri-iş günü olacaq.
İki gün (27-28 mart - cümə axşamı və cümə günləri) iş gününün ardınca 29-30 mart - şənbə-bazar günləri gəlir. Bazar günü - 30 mart həm də Ramazan bayramının ilk günüdür. Belə ki, bu il Ramazan bayramı 30-31 mart tarixlərində qeyd ediləcək. Buna görə də 30 mart bazar günü 1 aprel tarixinə keçiriləcək və 29 mart-1 aprel günləri də qeyri-iş günü olacaq.
Beləliklə, 20 martdan 1 aprelə qədər yalnız 27-28 mart iş günləridir.
Qeyd edək ki, qeyri-iş günlərinin ardıcılığını təmin etmək üçün adətən Nazirlər Kabineti iş və istirahət günlərinin yerini dəyişdirir. Bu baxımdan 20 mart-1 aprel tarixlərinin ardıcıl qeyri-iş günü olacağı istisna edilmir./news24.az



6-02-2025, 19:06 84
Bu gün, 14:57
Bu gün, 13:35
Bu gün, 13:15
Bu gün, 11:46
Bu gün, 11:40
Bu gün, 11:27
Bu gün, 11:19
Bu gün, 09:24
Dünən, 20:32
Dünən, 15:04
Dünən, 11:47
22-08-2026, 20:55
22-08-2026, 20:53
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
20-08-2026, 10:12
20-08-2026, 09:31
19-08-2026, 16:12
19-08-2026, 14:31
19-08-2026, 14:05
19-08-2026, 12:55
1 2 3 4 5 6 7 8 9 10 ... 1101