Sumqayıt avtobuslarında kondisionersiz xidmət: Yayın istisi sərnişinləri narazı salır

 


İyunun son günləri yaşansa da, Sumqayıtda bir sıra marşrut avtobuslarında kondisioner sistemlərinin işləməməsi ilə bağlı sakinlərin narazılığı davam edir.

Sumqayit.tv-in elektron ünvanına daxil olan şikayətdə vətəndaşlar bildirirlər ki, şəhərdə fəaliyyət göstərən bəzi marşrut xətlərində yeni nəsil avtobusların tətbiqinə baxmayaraq, sərnişindaşıma şəraitində ciddi irəliləyiş hiss olunmur.

Sakinlərin sözlərinə görə, 17 və 18 saylı köhnə “PAZ” avtobuslarından tutmuş, müasir “AKİA” markalı nəqliyyat vasitələrinə qədər demək olar ki, kondisioner sistemi ya mövcud deyil, ya da qəsdən işlədilmir. Onlar əlavə edirlər ki, temperatur 30 dərəcəni keçdiyi, sıxlıq artdığı hallarda belə, avtobusların içərisində dözülməz vəziyyət yaranır.

“Kondisionerlər ya nasazdır, ya da sürücülər enerji sərfiyyatına görə onları qoşmaq istəmirlər. Bu da günün pik saatlarında sərnişinlər üçün ciddi narahatlıq yaradır,” – deyə şikayətçilər bildirirlər.

Mütəxəssislər qeyd edirlər ki, ictimai nəqliyyatda havalandırma və soyutma sistemlərinin olmaması təkcə komfort məsələsi deyil, həm də sərnişinlərin sağlamlığı üçün risk faktorudur – xüsusilə yaşlı insanlar və uşaqlar üçün.

Hazırda məsələ ilə bağlı aidiyyəti qurumların rəsmi mövqeyi açıqlanmayıb. Sakinlər isə problemin yay ayları boyunca davam etməsindən narahat olduqlarını və nəqliyyat orqanlarından operativ reaksiya gözlədiklərini bildirirlər.



27-06-2025, 12:10 271

Digər xəbərlər

Şəhid övladlarının qəbul uğuru: 34 nəfərin adı və qəbul olduğu universitetlər açıqlanıb

Sumqayıt Musiqi Kollecinə yeni direktor təyin olundu

Sumqayıtlı sabiq futbolçu milli komandaya baş məşqçi təyin edildi

İşsiz və işaxtaranlara ŞAD XƏBƏR – Sentyabrın 10-dək...

Sumqayıtın deputatından tələbələrə, müəllimlərə və valideynlərə TƏBRİK MESAJI

Bakı–Sumqayıt qatarlarının hərəkət cədvəli dəyişir

Sumqayıtda elektron siqaret satan şəxs cərimələndi

Bakıda kütləvi davada bıçaqlanan şəxslə bağlı qərar dəyişmədi – MƏHKƏMƏ

Sumqyaıtlı şəhidin anası tələbə adını qazandı-FOTO

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Bu gün, 13:46
Bu gün, 13:35
Bu gün, 12:37
Bu gün, 12:29
Bu gün, 12:25
Bu gün, 11:46
Bu gün, 11:43
Bu gün, 11:39
Bu gün, 11:37
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
1 2 3 4 5 6 7 8 9 10 ... 1102