DTX şefinin sözləri Ermənistanda narahatlıq yaradıb



Oktyabrın 19-da Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) vitse-prezidenti Jil Karbonyenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Sumqayit.tv xəbər verir ki, görüşdə BQXK ilə ölkəmiz arasında mövcud əlaqələr, təşkilatın humanitar missiyasının həyata keçirilməsi ilə bağlı qarşılıqlı maraq kəsb edən məsələlər müzakirə olunmuşdur.
General-polkovnik Əli Nağıyev Birinci və İkinci Qarabağ müharibələrində itkin düşən vətəndaşlarımızın tapılması məsələsinə toxunaraq BQXK-nin bu istiqamətdə bundan sonra da fəal rol oynayacağına və mühüm töhfələr verəcəyinə ümidvar olduğunu bildirmişdir. Həmçinin regionda hökm sürən yeni reallıqlar nəzərə alınmaqla BQXK-nin nümayəndələrinin Azərbaycan ərazisində müvəqqəti yerləşən Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında olan bölgələrə səfərlərinin Ermənistanın deyil, yalnız respublikamızın ərazisindən istifadə edilməklə mümkünlüyü nəzərə çatdırılmışdır.
Bundan əlavə, söhbət əsnasında Yaxın Şərq bölgəsindən, xüsusən də Suriya və İraqdan Azərbaycan əsilli vətəndaşların və onların ailə üzvlərinin ölkəyə qaytarılması mövzusu da geniş müzakirə olunmuşdur.
BQXK-nin vitse-prezidenti Jil Karbonye Azərbaycan hökuməti ilə faydalı əməkdaşlıq münasibətlərindən məmnunluğunu ifadə etmiş, qeyd olunan məsələlərin həlli istiqamətində birgə səmərəli fəaliyyətin davam edəcəyinə əminliyini bildirmişdir.







20-10-2021, 11:13 182

Digər xəbərlər

Bakı–Pirşağı sürət qatarında texniki nasazlıq: ADY-dən açıqlama

Zakir Fərəcov növbəti vətəndaş qəbulunu keçirib

Sumqayıt və Abşeron çimərliklərində sabah hava necə olacaq?

Səbinə Salmanova: Azərbaycan türk dünyasının inteqrasiyasında mühüm rol oynayır

Sumqayıtda 4-cü mikrorayon sakinlərinin müraciətləri dinlənilib

Aşura günü Sumqayıt, Bakı və Abşeronda qanvermə aksiyaları keçiriləcək – Ünvanlar

Sumqayıtda oğlunu namaz qılmağa məcbur edən sabiq axund CƏRİMƏLƏNDİ - FOTO/VIDEO

Sumqayıtda 7 nömrəli marşrut xətti ilə bağlı şikayət: Təhlükəli idarəetmə iddia olunur - VİDEO

Sumqayıtda bina sakinləri SOS verir: Zirzəmi aylardır çirkab sular altında qalıb-VİDEO

Sumqayıtın kanalizasiya sisteminin inkişafına dəstək – yeni saziş imzalandı-VİDEO

Prezident: Siyasi, iqtisadi və sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır

Dünya bazarında Azərbaycan neftinin qiyməti azaldı

Sumqayıt Dövlət Universiteti QS dünya reytinqində mövqeyini qorudu-FOTO

Sumqayıtın tanınmış müəllimi vəfat edib

III qrup üzrə ölkə birincisi Sumqayıtdan çıxdı – 690 bal topladı

Sumqayıt və Novxanı çimərliklərinə gedənlərin nəzərinə: Sabah hava necə olacaq?

Bakı-Sumqayıt yolunda faciəvi şəkildə ölən Zəhranın - FOTOLARI

Valideynlərin nəzərinə! Bu gündən məktəb və müəllim seçimi mümkündür

Sumqayıtda doğulan yeniyetmə müəllimi güllələmə işi üzrə ev dustaqlığına buraxılmadı

Sumqayıtda uğur hekayəsi: "İlin Ən Yaxşı Olimpiada Müəllimi" və onun uğurlu şagirdləri-VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1065
Dünən, 20:18
Dünən, 20:15
Dünən, 18:30
Dünən, 18:28
Dünən, 16:23
Dünən, 15:19
Dünən, 10:16
18-06-2026, 23:25
18-06-2026, 19:21
18-06-2026, 14:22
18-06-2026, 09:48
18-06-2026, 09:44
18-06-2026, 09:35
18-06-2026, 09:11
18-06-2026, 01:36
17-06-2026, 16:51
17-06-2026, 13:47
17-06-2026, 13:22
17-06-2026, 13:17
17-06-2026, 12:55
16-06-2026, 18:59
16-06-2026, 17:14
16-06-2026, 17:11
16-06-2026, 17:08
16-06-2026, 01:40
15-06-2026, 19:13
15-06-2026, 18:51
15-06-2026, 11:42
15-06-2026, 11:39
15-06-2026, 11:37
14-06-2026, 15:13
14-06-2026, 09:45
13-06-2026, 21:38
13-06-2026, 21:03
13-06-2026, 20:52
13-06-2026, 12:53
13-06-2026, 11:27
13-06-2026, 11:23
13-06-2026, 11:21
13-06-2026, 11:20
1 2 3 4 5 6 7 8 9 10 ... 1065