Prezident İlham Əliyev “Məhkəmə Ekspertizası” informasiya sisteminin yaradılması haqqında Fərman imzaladı

 Yeni sistem məhkəmə ekspertizası prosesində şəffaflığı və operativliyi artıracaq

Sumqayit.tv xəbər verir ki, Prezident İlham Əliyev məhkəmə ekspertizası sahəsində fəaliyyətin elektronlaşdırılması, şəffaflığın və operativliyin artırılması məqsədilə “Məhkəmə Ekspertizası” informasiya sisteminin yaradılması haqqında Fərman imzalayıb.

Sənədə əsasən, dövlət orqanlarının məhkəmə ekspertizası ilə bağlı fəaliyyətinin vahid elektron sistem üzərindən aparılması, ümumi məlumat bazasının formalaşdırılması və idarə olunması təmin ediləcək.

Yeni sistem vasitəsilə məhkəmə ekspertizalarının təyin edilməsi, icraata yönləndirilməsi, ekspert rəylərinin elektron şəkildə təqdim olunması, proseslərin izlənilməsi və hesabatlılıq təmin ediləcək. Həmçinin bəzi məhkəmə ekspertizalarının elektron qaydada keçirilməsi mümkün olacaq.

Sistemin sahibi və operatoru funksiyalarını Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirəcək. Layihənin icrası dövlət büdcəsi hesabına maliyyələşdiriləcək.

Ədliyyə Nazirliyinə, eləcə də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə sistemin "Hökumət buludu" (G-cloud) üzərində yerləşdirilməsi və digər texniki tədbirlərin həyata keçirilməsi tapşırılıb.

Prezidentin imzaladığı bu Fərman məhkəmə ekspertizası fəaliyyətində şəffaflığı artırmaq, sui-istifadə hallarının qarşısını almaq və ədalət mühakiməsinin obyektivliyini daha da möhkəmləndirmək məqsədi daşıyır.


4-11-2025, 17:09 115

Digər xəbərlər

Sumqayıtlı sabiq futbolçu milli komandaya baş məşqçi təyin edildi

İşsiz və işaxtaranlara ŞAD XƏBƏR – Sentyabrın 10-dək...

Sumqayıtın deputatından tələbələrə, müəllimlərə və valideynlərə TƏBRİK MESAJI

Bakı–Sumqayıt qatarlarının hərəkət cədvəli dəyişir

Sumqayıtda elektron siqaret satan şəxs cərimələndi

Bakıda kütləvi davada bıçaqlanan şəxslə bağlı qərar dəyişmədi – MƏHKƏMƏ

Sumqyaıtlı şəhidin anası tələbə adını qazandı-FOTO

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Bu gün, 12:37
Bu gün, 12:29
Bu gün, 12:25
Bu gün, 11:46
Bu gün, 11:43
Bu gün, 11:39
Bu gün, 11:37
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
1 2 3 4 5 6 7 8 9 10 ... 1102