Sumqayıtda bayram günlərində səfərə çıxan sürücülərin NƏZƏRİNƏ!

 

Bayram günlərində səfərə çıxan sürücülər hərəkət marşrutlarını əvvəlcədən planlaşdırmalıdırlar.

Sumqayit.tv xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar müraciət yayıb.

Məlumatda qeyd olunur ki, 8–11 noyabr tarixlərini əhatə edən ardıcıl istirahət günlərində ölkə üzrə, o cümlədən Sumqayıt-Bakı və Sumqayıt-Quba istiqamətlərində nəqliyyat axınının intensivləşəcəyi gözlənilir.

“Sürücülər yola çıxmazdan əvvəl idarə etdikləri avtomobillərin texniki vəziyyətini diqqətlə yoxlasınlar — xüsusilə tormoz sistemi, şinlərin aşınma dərəcəsi, işıq cihazları və şüşəsilənlərin işləkliyinə nəzarət etsinlər.
Uzun məsafəyə çıxmazdan əvvəl istirahət etsinlər, yorğun və yuxusuz halda sükan arxasına keçməsinlər”, – BDYPİ-nin müraciətində deyilir.

İdarə bildirir ki, sürət həddinə ciddi riayət olunmalı, riskli manevrlərdən və qəfil ötmələrdən çəkinərək ara məsafəsi düzgün saxlanmalıdır.
Uşaqların avtomobildə daşınması zamanı təhlükəsizlik kəməri və uşaq oturacağından istifadə vacib sayılır.
Spirtli içki qəbul etmiş şəxslərin sükan arxasına keçməsi isə qəti şəkildə yolverilməzdir.

Eyni zamanda piyadalardan da qaydalara əməl etmək tələb olunur:

“Piyadalar yalnız müəyyən olunmuş keçidlərdən istifadə etsinlər, işıqforun siqnallarına əməl etsinlər və axşam saatlarında geyimlərində işıq əks etdirici elementlərə üstünlük versinlər.”

BDYPİ-nin şəxsi heyəti bayram günlərində gücləndirilmiş iş rejimində xidmət aparacaq. Məqsəd – yollarda təhlükəsizliyi təmin etmək və qəza risklərini minimuma endirməkdir.

“Unutmayaq ki, özümüzün və sevdiklərimizin təhlükəsizliyi hər birimizin davranışından asılıdır.”


7-11-2025, 10:32 96

Digər xəbərlər

Sumqayıtlı sabiq futbolçu milli komandaya baş məşqçi təyin edildi

İşsiz və işaxtaranlara ŞAD XƏBƏR – Sentyabrın 10-dək...

Sumqayıtın deputatından tələbələrə, müəllimlərə və valideynlərə TƏBRİK MESAJI

Bakı–Sumqayıt qatarlarının hərəkət cədvəli dəyişir

Sumqayıtda elektron siqaret satan şəxs cərimələndi

Bakıda kütləvi davada bıçaqlanan şəxslə bağlı qərar dəyişmədi – MƏHKƏMƏ

Sumqyaıtlı şəhidin anası tələbə adını qazandı-FOTO

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Bu gün, 12:37
Bu gün, 12:29
Bu gün, 12:25
Bu gün, 11:46
Bu gün, 11:43
Bu gün, 11:39
Bu gün, 11:37
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
1 2 3 4 5 6 7 8 9 10 ... 1102