Sumqayıt–Bakı marşrutu üzrə gedişhaqqı bu qiymətə olacaq

 

12 noyabrdan 500 nömrəli yeni avtobus xətti fəaliyyətə başlayacaq

Sumqayit.tv xəbər verir ki, Bakı və Sumqayıt şəhərləri arasında 500 nömrəli yeni müntəzəm avtobus marşrutu istifadəyə verilir.

Bu barədə məlumatı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) yayıb.

Qurumdan bildirilib ki, Sumqayıt şəhərindən paytaxta olan böyük sərnişin axını nəzərə alınaraq, həmçinin vətəndaşların metronun “20 Yanvar” stansiyası istiqamətində daha rahat və sürətli hərəkətini təmin etmək məqsədilə yeni marşrut xətti təşkil edilib.

Yeni 500 nömrəli marşrut üzrə avtobuslar 12 noyabr 2025-ci ildən fəaliyyətə başlayacaq.


Yeni avtobus xətti Sumqayıt şəhərinin Zülfü Hacıyev küçəsindən (Heydər Əliyev parkı) başlayacaq, Nəriman Nərimanov küçəsi, Sülh prospekti və Ceyranbatan qəsəbəsindən keçməklə paytaxtın Seyid Cəfər Pişəvari küçəsinədək hərəkət edəcək.

Avtobuslar səhər saat 05:45-dən axşam 23:00-dək fəaliyyət göstərəcək.
Hərəkət intervalı 7-8 dəqiqə təşkil edəcək.

Gedişhaqqı 0.80 manat olaraq müəyyənləşdirilib və ödənişlər yalnız nağdsız qaydada həyata keçiriləcək.

Yeni marşrut xəttində 20 ədəd ekoloji cəhətdən təmiz, CNG texnologiyası ilə təchiz edilmiş böyüktutumlu avtobus sərnişinlərə xidmət göstərəcək.

AYNA-nın məlumatına görə, bu addım həm Sumqayıt–Bakı istiqamətində nəqliyyat sıxlığını azaltmaq, həm də ictimai nəqliyyatda rahatlığı artırmaq məqsədi daşıyır.

Bildirilir ki, yeni avtobus marşrutu şəhərlərarası gediş-gəlişi daha sürətli, rahat və sərfəli edəcək.


12-11-2025, 00:30 215

Digər xəbərlər

Sumqayıtlı sabiq futbolçu milli komandaya baş məşqçi təyin edildi

İşsiz və işaxtaranlara ŞAD XƏBƏR – Sentyabrın 10-dək...

Sumqayıtın deputatından tələbələrə, müəllimlərə və valideynlərə TƏBRİK MESAJI

Bakı–Sumqayıt qatarlarının hərəkət cədvəli dəyişir

Sumqayıtda elektron siqaret satan şəxs cərimələndi

Bakıda kütləvi davada bıçaqlanan şəxslə bağlı qərar dəyişmədi – MƏHKƏMƏ

Sumqyaıtlı şəhidin anası tələbə adını qazandı-FOTO

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Bu gün, 12:37
Bu gün, 12:29
Bu gün, 12:25
Bu gün, 11:46
Bu gün, 11:43
Bu gün, 11:39
Bu gün, 11:37
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
1 2 3 4 5 6 7 8 9 10 ... 1102