Sumqayıtda 6 mindən çox sakinin yaşadığı ərazi kanalizasiya böhranı ilə üz-üzədir - VİDEO

 

Sumqayıt şəhəri, Dəmiryolunun "Yük Həyəti" adlanan ərazidə (Meronun arxası) illərdir davam edən kanalizasiya problemi sakinlərin səbrini tükəndirib.
Bu barədə ərazi sakinləri Sumqayit.tv-yə şikayət xarakterli müraciət ünvanlayıblar.

Müraciətdə bildirilir ki, sözügedən ərazidə 2012-ci ildə 52 hektar torpaq sahəsi vətəndaşlara 3, 4 və 6 sot olmaqla satılıb. Həmin dövrdə torpaqları satan şəxslər ərazidə kanalizasiya sisteminin, məktəb və bağçaların salınacağını vəd ediblər. Lakin üzərindən 13 ildən çox vaxt keçməsinə baxmayaraq, bu vədlərin heç biri reallaşmayıb.

 
Hazırda ərazidə kanalizasiya sistemi mövcud deyil. Sakinlər məişət tullantı sularının toplanması üçün “şambo”lardan istifadə etməyə məcbur qalıblar. Bu isə ciddi anti-sanitariya vəziyyəti yaradıb. Müraciətdə qeyd olunur ki, vətəndaşlar hər ay 3–4 dəfə, hər dəfə 40 manat ödəməklə çirkli suları çəkdirməyə məcbur qalırlar. Bu da ailə büdcəsinə əlavə yük olmaqla yanaşı, sağlamlıq üçün də ciddi risk yaradır.


Yağışlı havalarda isə vəziyyət daha da ağırlaşır. Ərazi demək olar ki, gölə çevrilir, bəzi sakinlər çıxılmaz vəziyyətdə qalıb çirkli suları boş torpaq sahələrinə yönəldirlər. Nəticədə yoluxucu xəstəliklərin yayılma riski daha da artır.


Hazırda ərazidə 6000-dən artıq vətəndaşın yaşadığı bildirilir. Sakinlər illər ərzində aidiyyəti qurumlara saysız-hesabsız şikayət məktubları göndərdiklərini, Sumqayıt Şəhər İcra Hakimiyyətində dəfələrlə qəbulda olduqlarını, rəsmi müraciətlər təqdim etdiklərini vurğulayırlar. Problemlə bağlı müxtəlif illərdə televiziya kanallarında süjetlər yayımlansa da, real nəticə əldə olunmayıb.


Sakinlər Sumqayit.tv vasitəsilə problemi bir daha Sumqayıt Şəhər İcra Hakimiyyətinə, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə, Səhiyyə Nazirliyinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, eləcə də Milli Məclisin aidiyyəti nümayəndələrinə müraciət edərək, minlərlə insanın sağlamlığını təhdid edən bu problemin nəhayət ki, həll olunmasını istəyirlər.

Sumqayit.tv mövzunu nəzarətdə saxlayır və aidiyyəti qurumların mövqeyini işıqlandırmağa hazırdır.

Video link: TikTok - Make Your Day


15-01-2026, 14:20 264

Digər xəbərlər

İcra Hakimiyyətindən Sumqayıt.tv-nin müraciətinə reaksiya: Bulvarda təmir işlərinə başlanılıb

Beynəlxalq Fizika Olimpiadasının qalibləri SDU-da qəbul olundu-FOTO

Əfsanə ilə varis finalda: Messi və Yamalın hekayəsi gündəm oldu

Türkiyə və Gürcüstan hərbçiləri Azərbaycana gələcək: "Eternity-2026" üçün hazırlıq başladı.

Sabah Sumqayıtda temperatur 35 dərəcəyə yüksələcək

"Sumqayıt"ın ilk sınaq oyununun tarixi dəyişdi

"Azəriqaz"da struktur dəyişikliyi: Yeni departament yaradıldı

Xəzərdə boğulmaların artmasının səbəbi nədir? – Ekspertdən açıqlama

Tramp İlham Əliyevlə bağlı məqaləni öz hesabında paylaşdı-FOTO

Ülvi Mehdiyev: "ASAN müraciət" platforması artıq Sumqayıtda da aktiv istifadə olunur

Novxanı sahillərində qanunsuz balıq ovu iddiası: Sakinlər narahatdır

Sumqayıtlı həkim dünya birincisi oldu: 28 ölkənin mütəxəssisini geridə qoydu-FOTO

Sumqayıt"ın ilk yoxlama oyununun tarixi bəlli oldu

Cinayətlə bağlı məlumatların araşdırılma müddəti uzadıldı – Prezident dəyişiklikləri təsdiqlədi

Slovakiya Prezidenti İlham Əliyevlə bağlı paylaşım etdi: “Bu dostluq jestini yüksək qiymətləndirirəm”

Azərbaycanda məktəblərin internetlə təminatında böyük sıçrayış

17 yaşlı oğlana işgəncə işi: Sumqayıt Apellyasiya Məhkəməsindən qərar

Sumqayıt sahilində növbəti təmizlik aksiyası keçirildi-FOTO

Sumqayıtda sakinlərlə növbəti görüş keçirilib-VİDEO

Şuşadan yüksələn strateji mesaj: Azərbaycan–Slovakiya tərəfdaşlığı yeni mərhələyə qədəm qoyur

1 2 3 4 5 6 7 8 9 10 ... 1082
Dünən, 22:17
Dünən, 20:16
Dünən, 17:07
Dünən, 16:37
Dünən, 15:13
Dünən, 14:50
Dünən, 14:32
Dünən, 14:05
Dünən, 13:15
Dünən, 13:12
Dünən, 12:14
Dünən, 11:59
15-07-2026, 19:33
15-07-2026, 18:29
15-07-2026, 18:26
15-07-2026, 18:20
15-07-2026, 18:02
15-07-2026, 14:57
15-07-2026, 14:11
15-07-2026, 13:51
15-07-2026, 13:24
15-07-2026, 13:07
15-07-2026, 12:32
15-07-2026, 12:00
15-07-2026, 11:50
14-07-2026, 21:04
14-07-2026, 20:00
14-07-2026, 18:27
14-07-2026, 17:41
14-07-2026, 16:39
14-07-2026, 15:54
14-07-2026, 15:35
14-07-2026, 14:22
14-07-2026, 14:16
14-07-2026, 13:16
14-07-2026, 12:57
14-07-2026, 11:55
14-07-2026, 11:35
14-07-2026, 11:28
13-07-2026, 21:37
1 2 3 4 5 6 7 8 9 10 ... 1082