Azərbaycanın gələn ilin dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün ayrılan vəsaitin məbləği məlum olub.
Sumqayit.tv xəbər verir ki, bu məsələ "2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün gələn ilin dövlət büdcəsindən 2,2 milyard manat vəsait ayrılacaq.