Səbinə Salmanova “İran bu hucumu şüurlu şəkildə həyata keçirib"

 
İran silahlı qüvvələri tərəfindən pilotsuz uçuş aparatları ilə Naxçıvan Beynəlxalq Hava Limanına və digər mülki obyektlərə qarşı həyata keçirilən hücum aktı Azərbaycana qarşı açıq-aşkar düşmənçilik siyasətinin növbəti təzahürüdür. Bu, artıq təsadüfi hadisə deyil, Tehran rejiminin şüurlu və planlı şəkildə seçdiyi təxribat yoludur. İran rejimi bu addımı ilə artıq bütün maskalarını cırıb atdı. Azərbaycan illərdir nümayiş etdirdiyi təmkinə, mehriban qonşuluq siyasətinə və açıq diplomatik mövqeyinə baxmayaraq, təxribatla üz-üzə qaldı. Bu, molla rejiminin mahiyyətinin növbəti təzahürüdür.

Sumqayit.tv xəbər verir ki, bu sözləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, İran rejimi uzun illərdir ikiüzlü siyasət yürüdərək regionda sabitliyə xələl gətirməyə çalışır:

“Azərbaycan dövləti uzun illərdir ki, qonşuluq münasibətlərində qarşılıqlı hörmət və daxili işlərə qarışmamaq prinsipinə sadiq qalıb. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, onun ərazisi heç vaxt üçüncü tərəflər tərəfindən İrana qarşı istifadə olunmayıb və olunmayacaq. Bu mövqe cənab Prezident İlham Əliyev tərəfindən də dəfələrlə ifadə edilib və əməli addımlarla təsdiqlənib. Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasında baş verən faciəli hadisələrlə əlaqədar humanist mövqe ortaya qoyub, İranın Ali Rəhbəri Əli Xamenei və digər həlak olanlarla bağlı başsağlığı ünvanlayıb, İranın Azərbaycandakı səfirliyinə gedərək matəm kitabına ürək sözlərini yazıb. Belə bir fonda İran ərazisindən həyata keçirilən dron hücumu nə diplomatik məntiqə, nə də beynəlxalq hüququn norma və prinsiplərinə sığır. Dövlət sərhədinin pozulması, mülki obyektlərin hədəfə alınması və insanların həyatının təhlükəyə atılması açıq şəkildə suverenliyə qarşı yönəlmiş hərəkətdir”.

S.Salmanova bildirib ki, Azərbaycan regionda sabitliyin tərəfdarıdır, ancaq kimsə də bizimlə təzyiq və hədə ritorikası ilə danışa bilməz:

“Dövlətimizin təhlükəsizliyi, ərazi bütövlüyü və vətəndaşlarının həyatı hər şeydən üstündür. Azərbaycan tərəfi müvafiq cavab tədbirləri görmək hüququ vardır və bu hüquq beynəlxalq hüquqla qorunur. Regionda yeni gərginlik ocaqlarının yaradılması heç bir tərəfə fayda vermir. Lakin əgər hansısa dairələr təxribat yolu seçirsə, bilməlidir ki, Azərbaycan artıq əvvəlki Azərbaycan deyil. 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə ilə öz hərbi-siyasi iradəsini nümayiş etdirən dövlət bu gün də milli təhlükəsizlik məsələlərində qətiyyətlidir. Dövlətimizin təhlükəsizliyi və suverenliyi bizim qırmızı xəttimizdir və bu xətti keçən hər kəs anlamalıdır ki, atdığı addımın nəticələri qaçılmaz olacaq. Unutmasınlar ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin müdafiəsi, mülki şəxslərin və mülki infrastrukturun təhlükəsizliyinin təmin olunması üçün zəruri cavab tədbirlərini hazırlayır və bu hücum aktları cavabsız qalmayacaq”.


5-03-2026, 14:46 74

Digər xəbərlər

Sumqayıt Polisi başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustaları saxlayıb

8 Mart haqqında 5 maraqlı fakt

Azərbaycan qadınının tarixdən gələcəyə uzanan ləyaqətli yolu

Səbinə Salmanova: Azərbaycanda dövlət qadın siyasətinin əsası Heydər Əliyev tərəfindən qoyulub

Sumqayıtda qaz xətti zədələnib, mindən çox abonent qazsız qalıb

Sumqayıtda qadınlara həsr olunan bayram tədbiri keçirilib - FOTO

Deputat Elnarə Akimova Sumqayıtda vətəndaş qəbulu keçirib - FOTO

Sumqayıtda yaşıllıqların məhv edilməsi ilə bağlı materiallar hüquq‑mühafizə orqanlarına göndərildi

Sumqayıt Musiqi Kollecinə yeni təyinat

Sumqayıtda dəhşətli qətl: Kişi özündən 18 yaş kiçik həyat yoldaşını öldürdü

Bir ömrün zirvəsi: Təbrik Quliyev - FOTO

Bayram öncəsi Sumqayıtda təqaüdlər ödənildi

Bir nömrəli səfərbərlik nədir? - Müdafiə Nazirliyi AÇIQLADI

Deputat: “Naxçıvana PUA hücumu beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır”

Bakı–Sumqayıt yolunda faciə: Tanınmış azərbaycanlı müğənni həyatını itirdi - FOTO

İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib - FOTO

Azərbaycanın qırmızı xətti keçildi

Vaqif Cavadov PRO kateqoriyalı kurslar çərçivəsində "Vesterlo" klubunda olub

Səbinə Salmanova “İran bu hucumu şüurlu şəkildə həyata keçirib"

Sumqayıtda sərnişinlərin həyatını təhlükəyə atan avtobus sürücüsü İŞDƏN AZAD EDİLDİ

1 2 3 4 5 6 7 8 9 10 ... 1024
7-03-2026, 21:22
7-03-2026, 20:31
7-03-2026, 19:06
7-03-2026, 13:15
7-03-2026, 13:08
7-03-2026, 12:50
7-03-2026, 12:26
7-03-2026, 11:14
6-03-2026, 16:00
6-03-2026, 11:49
6-03-2026, 11:36
6-03-2026, 11:05
6-03-2026, 10:47
6-03-2026, 10:34
6-03-2026, 10:20
5-03-2026, 16:53
5-03-2026, 15:13
5-03-2026, 15:09
5-03-2026, 14:46
5-03-2026, 14:19
5-03-2026, 10:19
5-03-2026, 08:10
4-03-2026, 22:03
4-03-2026, 21:44
4-03-2026, 21:16
4-03-2026, 17:01
4-03-2026, 16:37
4-03-2026, 13:58
4-03-2026, 13:52
4-03-2026, 11:06
3-03-2026, 14:51
3-03-2026, 10:46
3-03-2026, 10:42
3-03-2026, 10:07
2-03-2026, 23:47
2-03-2026, 19:49
2-03-2026, 16:11
2-03-2026, 15:52
28-02-2026, 23:42
28-02-2026, 18:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1024