“Trampın başına gələnlərin arxasında İran dayansa, Tehran üçün son olar” – ANALİZ

“Bu hadisənin arxasında İran olsa, bundan ən çox zərəri elə İranın özü görə bilər.”

Yenicag.az xəbər verir ki, bu sözləri politoloq Elçin Abdullayev Vaşinqtonda ABŞ prezidenti Donald Trampa qarşı törədilən sui-qəsd cəhdinin pərdəarxasını şərh edərkən deyib.

Politoloq qeyd edib ki, hadisə Amerika təhlükəsizlik sistemindəki çatışmazlıqları çılpaqlığı ilə üzə çıxarıb:

“Silahlı bir şəxsin bir neçə ştatı keçərək ABŞ prezidentinin iştirak etdiyi tədbirə daxil olması ondan xəbər verir ki, Amerikanın ‘təhlükəsizlik çətiri’ dayanıqlı deyil. Eyni zamanda, bu fakt bir daha təsdiqləyir ki, Tramp dünyada terrorla üzləşə biləcək ən riskli siyasətçilərdən biridir və onun üçün hər an belə bir təhlükə gözləniləndir”.

E.Abdullayev hesab edir ki, bu sui-qəsd planında İranın izinin tapılması hərbi əməliyyatların miqyasını genişləndirə bilər:

“Məsələnin İranla bağlantısına gəldikdə isə, general Qasım Süleymani öldürüləndən sonra Tehran rəsmiləri bunun qisasını Trampdan alacaqları ilə bağlı dəfələrlə bəyanatlar səsləndiriblər. Lakin dünən baş verən hadisənin arxasında birbaşa İran dövlətinin dayandığını düşünmürəm.

Doğrudur, İran rəsmiləri bəlkə də belə bir hadisənin baş tutmasına sevinə bilərlər, amma hesab edirəm ki, Tehran üçün belə bir terror aktına cəhd etmək həddindən artıq riskli addımdır. Əgər belə bir hal sübuta yetirilərsə, ABŞ İrana qarşı hərbi əməliyyatların miqyasını kəskin şəkildə genişləndirər və bu prosesdən ən böyük zərbəni məhz rəsmi Tehran alardı”.

Nurlan Cəfəri


27-04-2026, 17:04 354

Digər xəbərlər

Sumqayıtlı sabiq futbolçu milli komandaya baş məşqçi təyin edildi

İşsiz və işaxtaranlara ŞAD XƏBƏR – Sentyabrın 10-dək...

Sumqayıtın deputatından tələbələrə, müəllimlərə və valideynlərə TƏBRİK MESAJI

Bakı–Sumqayıt qatarlarının hərəkət cədvəli dəyişir

Sumqayıtda elektron siqaret satan şəxs cərimələndi

Bakıda kütləvi davada bıçaqlanan şəxslə bağlı qərar dəyişmədi – MƏHKƏMƏ

Sumqyaıtlı şəhidin anası tələbə adını qazandı-FOTO

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Bu gün, 12:37
Bu gün, 12:29
Bu gün, 12:25
Bu gün, 11:46
Bu gün, 11:43
Bu gün, 11:39
Bu gün, 11:37
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
1 2 3 4 5 6 7 8 9 10 ... 1102