Sumqayıt şəhəri, Şəhidlər Xiyabanı ətrafında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb. Sumqayit.tv xəbər verir ki, Xidmətin regional idarəsinin rəsmisi Fərid Piriyev bildirib ki, araşdırma zamanı sözügedən ünvanda Sumqayıt şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən ağacların aqrotexniki qaydalara uyğun budandığı və bir şam ağacının isə bioloji inkişafdan dayandığı üçün götürüldüyü müəyyən edilib.