Bu gün yerli vaxtla saat 00:00-dan etibarən Azərbaycan tərəfi Qafan-Çakaten avtomobil yolunun Azərbaycanın nəzarətində olan hissəsində nəzarət-buraxılış məntəqəsi qurmağa başlayıb.Sumqayit.tv "News.am”a istinadən xəbər verir ki, bu haqda Ermənistanın Milli Təhlükəsizlik Xidməti dünən məlumat yayıb.
Buna müvafiq Ermənistan tərəfi də sərhəd və gömrük keçid məntəqələri yaradacaq.
"Eyni zamanda nəzərinizə çatdırırıq ki, cari ilin sonuna kimi sözügedən hissə üzrə alternativ marşrut xətti hazır olacaq”, - komitədən bildirilib.