Sumqayıtda hasarlanma nəyə xidmət edir ? - VƏTƏNDAŞLAR ŞİKAYƏTLƏNİR



 Sumqayıt sakinləri yaşadıqları ərazidə gediş-gəliş yolunun olmamasından şikayətlənir. 

Bu haqda Sumqayit.tv-nin redaksiyasına vətəndaşların şikayəti daxil olub. Onlar yaşadıqları Sumqayıt şəhəri 5-ci mkr ərazisində, daha konkret 15 nömrəli orta məktəblə Sumqayıt Gənclər Evi arasında olan ərazidən şikayətçidi. Sakinlərin fikirlərini təqdim edirik: "Artıq neçə ildi 15 nömrəli orta məktəbin sol tərəfi hasarlanıb, yandakı UGİM də digər tərəfini hasarlayıb. Vaxtilə bu ərazidə futbol, basketbol və idman etmək üçün bir çox vasitələr mövcud idi. Uşaqların oynamağa, idman etməyə yerləri var idi. İnsanlar burada asudə vaxtlarını keçirirdilər, gəzintiyə çıxırdılar. Üstəlik, əvvəllər insanların normal hərəkət etdiyi yerlər bağlanıb, Quantanama həbsxanasına oxşayır. Sonra da deyirlər ki, uşaqlarda psixi xəstəliklər çoxalıb, gənclər narkomaniya meyl edir. Uşaqlar idmanla məşğul olsa, asudə vaxtlarını keçirməyə yer olsa, belə olmaz. SSRİ dönəmində bu ərazi Sumqayıtın ən fəal yeri idi. Müxtəlif idman növləri ilə məşğul olan gənclər var idi. İndi isə türmə düzəldirlər. Məktəb, idman kompleksi, gənclər evi niyə hasarlanır ki? Bu ərazilər uşaqlara, gənclərə, insanlara xidmət edirsə niyə belə edirlər ? Zavod ərazisi deyil ki təhlükəsizliyə görə hasarlana. Ərazidən insanlar istifadə edirsə, hərəkət etməyə yol olmalıdı. Niyə əsəblərimizi tarıma çəkirlər ? Uşaq, qoca, işə gedən, işdən gələn bilmir hardan keçsin? Binaların damı ilə gedib-gəlməliyik ? İstər-istəməz avtomobillər də hamının istifadə etdiyi dar yola girməli olur. Adam nə qədər başqaları ilə dava-dalaşa çıxar ?! Gərək kimsə kimisə vursun öldürsün, ondan sonra tədbir görələr. Nə idman kompleski tərəfdən yol var, nə məktəb tərəfdən. Aidiyyatı qurumlardan məsələnin müsbət həlli yönündə tədbir görməsini xahiş edirik".



4-02-2022, 11:47 497

Digər xəbərlər

Sumqayıtda oğlunu namaz qılmağa məcbur edən sabiq axund CƏRİMƏLƏNDİ - FOTO

Sumqayıtda 7 nömrəli marşrut xətti ilə bağlı şikayət: Təhlükəli idarəetmə iddia olunur - VİDEO

Sumqayıtda bina sakinləri SOS verir: Zirzəmi aylardır çirkab sular altında qalıb-VİDEO

Sumqayıtın kanalizasiya sisteminin inkişafına dəstək – yeni saziş imzalandı-VİDEO

Prezident: Siyasi, iqtisadi və sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır

Dünya bazarında Azərbaycan neftinin qiyməti azaldı

Sumqayıt Dövlət Universiteti QS dünya reytinqində mövqeyini qorudu-FOTO

Sumqayıtın tanınmış müəllimi vəfat edib

III qrup üzrə ölkə birincisi Sumqayıtdan çıxdı – 690 bal topladı

Sumqayıt və Novxanı çimərliklərinə gedənlərin nəzərinə: Sabah hava necə olacaq?

Bakı-Sumqayıt yolunda faciəvi şəkildə ölən Zəhranın - FOTOLARI

Valideynlərin nəzərinə! Bu gündən məktəb və müəllim seçimi mümkündür

Sumqayıtda doğulan yeniyetmə müəllimi güllələmə işi üzrə ev dustaqlığına buraxılmadı

Sumqayıtda uğur hekayəsi: "İlin Ən Yaxşı Olimpiada Müəllimi" və onun uğurlu şagirdləri-VİDEO

Sumqayıtın 45-ci məhəlləsində yeni quraşdırılan yelləncəklər yararsız hala salınıb - VİDEO

Sumqayıtda ilk dəfə paraüzgüçülük üzrə Azərbaycan çempionatı keçiriləcək

Sumqayıtda istehsal olunan karbamidin ixracı azalıb

Sarıqayada silah-sursat aşkar edilib

İzmirdə Milli Qurtuluş Günü və Şuşa Bəyannaməsi qeyd olundu - FOTOLAR

Sumqayıtda oğurluq edən qadın polisə yaxalandı

1 2 3 4 5 6 7 8 9 10 ... 1064
Bu gün, 10:16
Dünən, 23:25
Dünən, 19:21
Dünən, 14:22
Dünən, 09:48
Dünən, 09:44
Dünən, 09:35
Dünən, 09:11
Dünən, 01:36
17-06-2026, 16:51
17-06-2026, 13:47
17-06-2026, 13:22
17-06-2026, 13:17
17-06-2026, 12:55
16-06-2026, 18:59
16-06-2026, 17:14
16-06-2026, 17:11
16-06-2026, 17:08
16-06-2026, 01:40
15-06-2026, 19:13
15-06-2026, 18:51
15-06-2026, 11:42
15-06-2026, 11:39
15-06-2026, 11:37
14-06-2026, 15:13
14-06-2026, 09:45
13-06-2026, 21:38
13-06-2026, 21:03
13-06-2026, 20:52
13-06-2026, 12:53
13-06-2026, 11:27
13-06-2026, 11:23
13-06-2026, 11:21
13-06-2026, 11:20
13-06-2026, 10:44
12-06-2026, 20:18
12-06-2026, 17:56
12-06-2026, 16:50
12-06-2026, 12:10
12-06-2026, 11:55
1 2 3 4 5 6 7 8 9 10 ... 1064