Stansiya Sumqayıtın düyünə düşən kanalizasiya dərdi, gələcəyin karantin zonası, bataqlığa çevrilən qəsəbə - FOTOLAR



Sumqayıt şəhərində Stansiya Sumqayıt və Yük həyəti rayonu ərazisi kimi tanınan yaşayış massivinin sakinləri qəsəbədə kanalizasiya xəttinin olmamasından şikayətçidir. Belə ki, 2013-cü ildə salınan qəsəbəyə bu günə qədər kanalizasiya xətti çəkilməyib.

 Sumqayit.tv olaraq sakinlərin problemlərini dinlədik. Vətəndaşlar ümumi olaraq bunları qeyd etdi: “Artıq 10-cu ilə yaxınlaşır ki, insanlar bu qəsəbədə ev tikib, məskunlaşıb. Az qala kiçik bir şəhərə çevrilib. Təqribən 52 hektarlıq ərazidi. Qəsəbədə 600-ə yaxın ev tikilib. Qəsəbə planlı şəkildə və səliqəli salınıb. Normal girişi-çıxışı, ara yolları olan yaşayış məntəqəsidir.  Amma kanalizasiya sularının axıb getməyə yeri yoxdu. Demək olar, hər il aidiyyatı orqanlara müraciət edirik. Nə fayda ?! Həyətlərdə istifadə olunan “şambo” adlanan su yığan qurğulardan isə ətrafa çox pis iyi yayılır. Antisanitar vəziyyətdən yaranacaq xəstəliklər ərazini karantin zonasına çevirəcək.  Yayda milçək əlindən tərpənmək olmur. 21-ci əsrdə “şambo”ların zibilli suyu ətrafa buraxılır. Bu isə ekoloji tarazlığı pozur. Təsəvvür edin, tualetlərin çirkab suları əraziyə buraxılır və orda yaranan viruslar da insanların ağciyərlərinə dolur. Artıq torpaq da çirkab suları özünə çəkməkdən yorulub. Belə baxanda şəhərciyin çox unikal coğrafi mövqeyi var. Belə ki, bu qəsəbədən Quba, Şamaxı, Bakı və Sumqayıta müxtəlif paralel yollar ayrılır. Göz qabağında olan bu cür gözəl şəhərciyin kanalizasiya xəttinin olmaması qəribədi. Yaxınlıqda müxtəlif sahibkarlıq obyektləri var. Qəsəbənin qərb istiqamətində kanalizasiya xəttinin qoşulması üçün kanal yeri də var. Lakin hələ də qəsəbənin kanalizasiya xətti çəkilmir. Belə getsə, ərazidə vəba xəstəliyi yaranacaq. Əraziyə dövlət hesabına işıq dirəkləri quraşdırdılar. Biz də bu işi alqışlayırıq. Amma ən böyük çətinliyimiz kanalizasiya xətti ilə bağlıdır. Belə getsə, bu ərazi yaşayış ərazisindən bataqlıq ərazisinə çevriləcək. Vətəndaşlar olaraq cənab prezident İlham Əliyevin bu xalq üçün gördüyü işləri yüksək qiymətləndiririk. İnanırıq ki, dövlət rəhbərliyi səviyyəsində bizim illərdi həllini tapmayan bu problem həllini tapacaq”. 

Sumqayit.tv olaraq problemlə bağlı aidiyyatı orqanların fikirlərini işıqlandırmağa hazırıq.



Gələcəkdə kanalizasiya suları üçün istifadə oluna biləcək kanal



8-03-2022, 18:58 828

Digər xəbərlər

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı Respublika Günü münasibətilə təbrik edib

Prezident İlham Əliyev: “Zəngilan regionun strateji nəqliyyat mərkəzinə çevriləcək”

Ölən 10 yaşlı uşağı mal peyini ilə diriltmək istədilər - DƏHŞƏT

44 rəsmdə 44 qəhrəmanlıq hekayəsi – Sumqayıtda “Zəfərin rəngi” sərgisi keçirilib FOTO

Prezident İlham Əliyev Cəbrayılda “Şəms” və “Üfüq” Günəş Elektrik Stansiyalarının təməlini qoydu

Sumqayıtda oktyabr ayı üzrə bütün sosial ödənişlər tam şəkildə həyata keçirilib

Sumqayıtda Birinci Qarabağ müharibəsinin itkin şəhidi Lətif Şahhüseynov dəfn edilib - FOTO

Sumqayıt şəhərini Saray körpüsü ilə birləşdirən yolla bağlı son vəziyyət -FOTO-VİDEO

Etibar Məmmədovdan Arif Hacılıya: “Cəfəng adamlara cavab vermirəm” - QALMAQAL

Sumqayıtın deputatı: Vətən müharibəsində qazanılan Zəfər hər birimizin həyatında xüsusi yer tutur

Regionda ilk: Meyitdən orqan nəqli – Uğurlu təcrübədən gələcəyə doğru

"Sumqayıt"ın Yankoviçi "Qarabağ"dakı adaşından DANIŞDI

Sumqayıtda bir nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb

Bakı-Sumqayıt yolunda sıxlıq – səhər saatlarında tıxac yaranıb

Sumqayıtda 21 yaşlı qız binadan yıxılaraq dünyasını dəyişib - Fotosu

“Bəzi peşələr yoxa çıxacaq” - “ChatGPT”nin yaradıcısı

Kamerun dünyanın ən yaşlı prezidentini seçdi

Sinaqoqa qarşı terror aktı həyata keçirməyə cəhddə təqsirləndirilən şəxsə hök

Sumqayıt və Sarayda Birinci Qarabağ Müharibəsinin itkin düşmüş şəhidinin dəfn mərasimi keçiriləcək

Azərbaycan Kuboku: “Sumqayıt” komandası Zaqatalada qüvvəsini sınayacaq

1 2 3 4 5 6 7 8 9 10 ... 976
Bu gün, 22:47
Bu gün, 22:23
Bu gün, 19:52
Bu gün, 18:11
Bu gün, 17:35
Bu gün, 17:25
Bu gün, 14:59
Bu gün, 14:56
Bu gün, 12:12
Bu gün, 11:41
Bu gün, 11:25
Bu gün, 11:20
Bu gün, 11:00
Bu gün, 09:39
Dünən, 23:06
Dünən, 22:14
Dünən, 19:59
Dünən, 19:53
Dünən, 18:43
Dünən, 18:34
Dünən, 18:07
Dünən, 17:21
Dünən, 14:17
Dünən, 14:00
Dünən, 12:25
Dünən, 12:11
Dünən, 12:09
Dünən, 12:04
Dünən, 11:52
Dünən, 11:38
Dünən, 11:30
26-10-2025, 22:02
26-10-2025, 21:44
26-10-2025, 20:30
26-10-2025, 16:29
26-10-2025, 16:22
26-10-2025, 16:17
26-10-2025, 16:15
26-10-2025, 15:58
26-10-2025, 15:47
1 2 3 4 5 6 7 8 9 10 ... 976