Sumqayıt Şəhidlər xiyabanının məscidi 4 aydı niyə bağlı saxlanılır ? - ÖZƏL



Ötən il Sumqayıt şəhərində yerləşən Şəhidlər xiyabanında təmir-bərpa işləri aparıldı. Xiyabanda fəvvarə quruldu, “zəfər çalmış əsgər” abidəsi qoyuldu.

Ərazinin daş örtüyü yeniləndi. Geniş yaşıllıq zolağı salındı, çoxlu ağaclar əkildi. Giriş hissədə olan tikili də yeniləndi. Noyabrın 8-i zəfər günündə xiyabanın açılışı oldu. Amma girişdə məscid kimi istifadə olunacağı deyilən tikili bu günə qədər bağlı saxlanılır. Bu isə ibadət etmək istəyənlər üçün çətinlik yaradır. Şəhid valideynləri bununla bağlı aidiyyatı orqanlara müraciət edib. Amma hələ ki, tikili qapalı olaraq qalır. Xiyabanın mollası kimi tanın Hacı Mirmahir ağa Sumqayit.tv-yə açıqlamasında bunları deyib: “Artıq 4 aydı xiyabanın açılışı olub. Burda 500-dən çox şəhidimiz uyuyur. Allah hamısına rəhmət eləsin! Bir çox xiyabanlarda olduğu kimi burda da xiyabanın girişində məscid inşa olunub. Amma qapısı bu günə qədər bağlıdı. İçəridə dəstəmaz almaq üçün şərait də yaradılıb. Çox gözəl təmir olunub. Məscid ibadət üçündü, Allahın evi sayılır. Bağlı qalmağı isə bizə çətinlik yaradır. Bütün günü burda oluram. İbadət üçün yer olsa da, qapısı bağlıdı. Hər halda, bizim də oturmağa yerimiz olmalıdı. Bura gələn insanlar arasında da ibadət etmək istəyənlər var. Hər dəfə mənə sual verirlər ki, bura nə vaxt açılacaq? Aidiyyatı qurumlardan xahiş edirəm ki, yenicə təmir olunmuş məscidin açılması üçün kömək etsinlər”. 

14-03-2022, 17:37 471

Digər xəbərlər

Sumqayıtda güclü külək iri ağacı aşırdı, piyada səkisi bağlandı - FOTOLAR

SANKON Azərbaycan nümayəndəliyində yeni təyinat olub

Sumqayıt təhsil göstəricilərinə görə bir çox rayonları geridə qoyub-Siyahı

Sumqayıtda kanalizasiya daşıb, küçələri və evləri su basıb - VİDEO

Rusiya səfirini niyə Moskvaya çağırdı? – Ermənistanın Aİ kursuna sərt mesaj - VİDEO

Rusiya Ermənistandakı səfirini geri çağırdı

Sumqayıtda yaşayış kompleksində yanğın baş verib – FHN hadisə yerində olub - VİDEO

Sumqayıtda sakinlər işıq problemindən şikayətçidir: “Bir yağış yağır, ərazi qaranlığa qərq olur” - ŞİKAYƏT

Sumqayıtda yük maşınları toqquşdu – xəsarət alanlar var - VİDEO

Ukraynanada soydaşlarımıza Qurban bayramı sovqatı paylanılıb - FOTO

Sumqayıtda külli miqdarda qanunsuz dərman vasitələri aşkarlanıb

"Sumqayıt" klubu bu futbolçularla yollarını ayırıb

Prezidentlə görüşən sakin: “Sumqayıtda yaşayırdıq” - VİDEO

Azərbaycan Yəhudi Media Mərkəzi Azərbaycan xalqını 28 May - Azərbaycanın Müstəqillik Günü münasibətilə təbrik edib

Prezident İlham Əliyevdən 28 May paylaşımı

İzmir Azərbaycan Kültür ve Dayanışma Dərnəyi 28 May – Azərbaycanın Müstəqillik Günü münasibətilə tədbir keçirib - VİDEO/FOTO

28 May – Bir millətin qüruru, bir dövlətin əbədi imzasi

Qurban Bayramı birlik, mərhəmət və paylaşma bayramıdır

Prezident Azər Tağıyevi Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə hakim təyin etdi

Sumqayıtlı şagird buraxılış imtahanında maksimum nəticə göstərib

1 2 3 4 5 6 7 8 9 10 ... 1059
Dünən, 18:24
Dünən, 18:20
Dünən, 15:01
Dünən, 11:17
Dünən, 11:05
Dünən, 10:40
Dünən, 07:41
29-05-2026, 22:31
29-05-2026, 21:20
29-05-2026, 20:30
29-05-2026, 12:19
29-05-2026, 10:17
29-05-2026, 10:14
28-05-2026, 10:45
27-05-2026, 23:48
27-05-2026, 23:19
27-05-2026, 21:37
27-05-2026, 06:40
27-05-2026, 06:36
26-05-2026, 22:23
26-05-2026, 20:08
26-05-2026, 17:29
26-05-2026, 16:43
26-05-2026, 16:00
26-05-2026, 15:53
26-05-2026, 15:45
26-05-2026, 14:40
26-05-2026, 14:00
26-05-2026, 12:59
26-05-2026, 12:57
26-05-2026, 12:54
26-05-2026, 12:52
26-05-2026, 12:10
26-05-2026, 11:57
26-05-2026, 11:22
26-05-2026, 10:18
25-05-2026, 21:14
25-05-2026, 21:09
25-05-2026, 21:06
25-05-2026, 21:01
1 2 3 4 5 6 7 8 9 10 ... 1059