Ordumuzun irimiqyaslı əməliyyatı - 28 iyunda nə baş vermişdi ?


Bu gün - 28 iyun Azərbaycan ordusu tarixində əlamətdar hadisə ilə yadda qalıb. Belə ki Azərbaycan ordusunun Füzulidə icra etdiyi genişmiqyaslı əməliyyatın 30 ili tamam olur. 

Bu haqda Azərbaycan Bayrağı Ordenli, hər iki müharibənin iştirakçısı, Füzuli və Xocavəndin azad olunması medalı ilə təltif olunan, sabiq hərbi hissə komandiri Zahir Həsənov məlumat verib: "Bu əməliyyat Azərbaycan ordusu tarixində xüsusi yer tutur. 28 iyun 1992-ci ildə icra olunan əməliyyat 72 km ərazini əhatə edib. Əməliyyatda 814, 839, 848, Füzuli rayonuna ezam olunmuş  702, 721, 723 saylı hərbi hissələr iştirak edib. Əsas məqsəd düşməni sərhədlərimizdən kənarlaşdırmaq idi. Həmin dönəmdə Dağlıq Qarabağ Muxtar vilayəti var idi. Ermənilər Azərbaycan əhalisinə böyük problemlər yaradırdı. Əməliyyatın məqsədi erməniləri Xocavəndin kəndləri və Hadrutdan sıxışdırıb çıxarmaq idi. Təəssüf ki əməliyyatda kiçik dəyişikliklər oldu və bu, çox gec üzə çıxdı. Bütün bunlara baxmayaraq, 28 iyunda düşmənə ciddi zərbə vuruldu, ordumuz erməniləri o ərazilərdən qovub çıxardı. Rəhbərlik etdiyim 848 saylı hərbi hissə Cəbrayıl-Füzuli sərhədindən Füzulinin Cuvarlı kəndinə qədər olan ərazini əhatə  edirdi. Biz Hadrut rayon mərkəzi, onun kəndləri Məlikcan, Xırmancıq, Bulutan kəndləri, o cümlədən Ərgünəş istiqamətində uğurlar əldə etdik. Qismən qələbə qazandıq. Bu onu göstərdi ki, Azərbaycan ordusu yaranıb. Əliyalın və silah-sursat çatışmazlığı olsa da, qələbə qazana bildik.
Sonda Azərbaycan ordusun əsgər və zabit heyətini, 26 iyun Silahlı Qüvvələr Günü, 28 iyun ordumuzun ilk genişmiqyaslı əməliyyat günü münasibəti ilə təbrik edir, yeni-yeni qələbələr arzu edirəm".

28-06-2022, 12:00 628

Digər xəbərlər

Şəhid övladlarının qəbul uğuru: 34 nəfərin adı və qəbul olduğu universitetlər açıqlanıb

Sumqayıt Musiqi Kollecinə yeni direktor təyin olundu

Sumqayıtlı sabiq futbolçu milli komandaya baş məşqçi təyin edildi

İşsiz və işaxtaranlara ŞAD XƏBƏR – Sentyabrın 10-dək...

Sumqayıtın deputatından tələbələrə, müəllimlərə və valideynlərə TƏBRİK MESAJI

Bakı–Sumqayıt qatarlarının hərəkət cədvəli dəyişir

Sumqayıtda elektron siqaret satan şəxs cərimələndi

Bakıda kütləvi davada bıçaqlanan şəxslə bağlı qərar dəyişmədi – MƏHKƏMƏ

Sumqyaıtlı şəhidin anası tələbə adını qazandı-FOTO

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Bu gün, 13:46
Bu gün, 13:35
Bu gün, 12:37
Bu gün, 12:29
Bu gün, 12:25
Bu gün, 11:46
Bu gün, 11:43
Bu gün, 11:39
Bu gün, 11:37
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
1 2 3 4 5 6 7 8 9 10 ... 1102