Sumqayıt Perinatal Mərkəzinin baş həkimi xəbərdarlıq edir: Qeysəriyyə doğuşları uşaq sayını azaldır

 
Əvvəllər dünyada hər üç uşaqdan biri qeysəriyyə kəsiyi ilə doğulurdusa, artıq Azərbaycanda da bu tendensiya artmaqdadır. Qeysəriyyə doğuşları doğulan uşaq sayını məhdudlaşdırır. Belə ki, uşaqlıq üzərində yaranan çapıq toxuma, adətən, maksimum üç hamiləliyə imkan verir. Çapığın yetərsizliyi, patoloji cift gəlişləri və ciftlərin bitişməsi həm uşaq sayının azalmasına, həm də dolayı yolla ana ölümlərinə səbəb olur.

Sumqayit.tv xəbər verir kmi, bunu Trend-ə müsahibəsində TƏBİB-in Doğuşayardım Komissiyasının sədri, Sumqayıt Perinatal Mərkəzin baş həkimi Təranə Rəcəbli bildirib.

Onun sözlərinə görə, müasir, qloballaşan dünyada bir çox inkişaf etmiş ölkələrdə doğulan uşaq sayında azalma müşahidə olunur:

“Elə ölkələr var ki, burada əhali artımı kritik səviyyədə enib və əhalinin yaşlanması prosesi gedir. Bu olduqca ciddi problemdir. Lakin səbəblər yalnız tibbi amillərlə məhdudlaşmır. Gec ailə qurmaq, cərrahi doğuşlara üstünlük verilməsi və sosial məsələlər də bu prosesə təsir göstərir. Ailədə bir və ya iki uşağa üstünlük verilməsi də əsas səbəblər sırasındadır.

Dövlət Statistika Komitəsinin rəqəmlərinə nəzər yetirdikdə görürük ki, cift patologiyalarının və hamiləlik patologiyalarının sayı artmaqdadır. Bunun əsas səbəbi isə çapıq toxumanın yaratdığı fəsadlardır.
Qeysəriyyə kəsiyinin geniş yayılması demoqrafik göstəricilərə birbaşa təsir edir. Qadınlar çoxsaylı hamiləlik keçirə bilmir, cift bitişmələri və döl yumurtasının çapıq toxumaya bitişməsi uşaqlığın itirilməsi ilə nəticələnə bilər. Eyni zamanda, uşaqlığın cırılması (ruptura) kimi ağır fəsadlar da baş verə bilər. Bunlar qeysəriyyə əməliyyatlarının əsas təhlükələri hesab olunur”, - həkim qeyd edib.


26-01-2026, 20:00 243

Digər xəbərlər

Şəhid övladlarının qəbul uğuru: 34 nəfərin adı və qəbul olduğu universitetlər açıqlanıb

Sumqayıt Musiqi Kollecinə yeni direktor təyin olundu

Sumqayıtlı sabiq futbolçu milli komandaya baş məşqçi təyin edildi

İşsiz və işaxtaranlara ŞAD XƏBƏR – Sentyabrın 10-dək...

Sumqayıtın deputatından tələbələrə, müəllimlərə və valideynlərə TƏBRİK MESAJI

Bakı–Sumqayıt qatarlarının hərəkət cədvəli dəyişir

Sumqayıtda elektron siqaret satan şəxs cərimələndi

Bakıda kütləvi davada bıçaqlanan şəxslə bağlı qərar dəyişmədi – MƏHKƏMƏ

Sumqyaıtlı şəhidin anası tələbə adını qazandı-FOTO

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Bu gün, 13:46
Bu gün, 13:35
Bu gün, 12:37
Bu gün, 12:29
Bu gün, 12:25
Bu gün, 11:46
Bu gün, 11:43
Bu gün, 11:39
Bu gün, 11:37
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
1 2 3 4 5 6 7 8 9 10 ... 1102