Azərbaycan xalqı çoxəsrlik dövlətçilik ənənələrinə, zəngin tarixə və yüksək idarəçilik məharətinə malik olan bir xalqdır - Sadiq Qurbanov


Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov un  12 oktyabr plenar iclasında “Müstəqillik Günü haqqında” qanun layihəsinin müzakirəsi ilə bağlı çıxışı  

   Dəyərli Sahibə xanım, hörmətli deputatlar! Azərbaycan xalqı çox əsrlik dövlətçilik ənənələrinə,  zəngin tarixə və yüksək idarəçilik məharətinə  malik olan  bir xalqdır. Azərbaycan xalqının azadlıq sevərliyi onun məhz dünya dövlətləri və xalqları içərisində özünə məxsus yerini müəyyənləşdirən  əsas  amillərdəndir.  Təsadüfi deyil ki, Şərqin ilk Respublika quruluşlu  demokratik dövlətini də məhz Azərbaycan xalqı qurmuşdur. 103 il əvvəl qurulmuş bu dövlətin süqutu xaqlımızın tarixi şüurundakı müstəqil dövlət ideallarını təhtəlşüurundan çıxarada bilməmiş  bu ideyalar xalqın  ruhunda daimi yaşamışdır. Azərbaycan xalqı 90-ci  illərin əvvələrində öz milli dövlətçilik ənənlərinə  sadiq qalaraq  ikinici dəfə  dövlət müstəqillyini bərpa edərək özünü 1918-ci ildə yaradılmış Azərbaycan Cümhuriyyətinin varisi  elan etmişdir. Bəli, məhz müstəqil dövlətini bərpa etmişdir! Müstəqilliyin bərpa  edilməsində  və  qorunmasında  Ümummilli Lider Heydər Əliyevin  müstəsna rolu danılmazdır!                  
           
 “Biz azadıq, biz müstəqilik, biz sərbəstik, biz heç kəsdən asılı deyilik!. Biz özümüz öz taleyimizin sahibiyik.  Biz müstəqilliyə nail olmuşuq. Bunu indi əlimizdə saxlamaq, qorumaq hər bir insanın canından da artıq olmalıdır. Mənim üçün Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq və  onu əbədi etmək  öz həyatımdan, öz canımdan da artıqdir!.  
       
  Müstəqilliyimizin leytmotivinə çevrilmiş bu sözlər  Ümummilli Liderin dilindən  təsadüfi səsləndirilmiş  gəlişigözəl sözlər deyil. Ömrünü həyatını azadlıq ideallarına həsr etmiş bir dövlət adamının milli duyğularıdır. Bu fikirlər Heydər Əliyevin həyat amalı olan Azadlıq düşüncələridir! Heydər Əliyev hələ sovetlər dönəmində SSRİ-nın Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsində müstəsna xidmətləri olmuşdur. Bu özünün millətinə, xalqına olan sevginin təzahüri olmaqla bərabər onun müstəqillik və azadlıq istəyindən irəli gəlirdi. Azərbaycan öz müstəqlliyinin bərpa etdikdən sonra, xalqın təkidlli tələbləri ilə yenidən hakimiyyətə gələn Heydər Əliyev hələ Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin deputatı  olarkən 17 noyabr  1990-cı il tarixdə  Naxçıvan Ali Sovetinin sessiyasında  Ümummilli  Liderin  təşəbbüsü ilə müstəqil Azərbaycan dövlətçiliyinin bərpası istiqamətində bir çox məsələlər müzakirə olunmuş.  Qəbul edilmiş qərarlara əsasən, müstəqilliyimizin  əsas  atributlarından olan Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul olunmuş, Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından Sovet Sosialist adı çıxarılmışdır. Bu Heydər Əliyev tərəfindən Azərbaycanın müstəqilliyinə verilmiş ən böyük töhvə idi.  Məhz bundan sonra 5 fevral 1991-ci ildən Azərbaycan Sovet Sosialist Respublikası  Azərbaycan Respublikası  adlandırılmışdır. 30 avqust 1991-ci ildə Ali Sovetin növbədənkənar sessiyasında "Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında" Bəyannamə qəbul olundu. Sənəddə Azərbaycan Respublikasının 1918–1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin varisi olduğu vurğulanmışdır.  

      Bundan sonra 18 oktyabr 1991-ci il tarixində   dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilərkən   Heydər Əliyevin müstəqilliyə çağırışı və  səs verməsi ona inanan milyonlarla insanın azadlıq ideallarının tərcümanına çevrildi.  Elan olunduğu gündən 1993-cü ilin 15 iyuluna( Qurtuluş gününə) qədər   əldə edilmiş müstəqillik formal və şərti xarakter daşıyırdı. Çünki, bu dövrdə hakimiyyətdə müstəqil dövlətçilik təfəkkürü olmayan, yalnız şəxsi ambisiyalarla yaşayan, təcrübəsiz şəxslər hakimiyyətdə idilər.           Ən böyük amalı müstəqillik və azadlıq olan Heydər Əliyev bütün dövrlərdə azadlıq ideallarına sadiq qaldı. Dəfələrlə səsləndirdiyi müstəqilliyi qazanmaq çətindir lakin onu qoruyub saxlamaq daha çətindir fikirləri  onun siyasi fəaliyyətinin əsas devizinə və ana xəttinə çevrildi.  Sonrakı dövrlərdə Ümummilli Liderin uğurlu davamçısı, müstəqilliyimizin qarantı cənab İlham Əliyevin fəaliyyəti özü bir tarixə çevrilmişdir.      Prezident İlham Əliyevin Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə 2018-ci il tarixində  keçirilən təntənəli hərbi paraddaki çıxışında dediyi bu fikirlərə diqqəti çəkmək istəyirəm: “2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Naxçıvan əməliyyatında işğalçılardan azad edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırıldı. Bunun çox böyük mənəvi əhəmiyyəti var. Gün gələcək və bu gün işğal altındakı qalan torpaqlar da azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Ali Baş Komandanın bu möhtəşəm  fikirləri tarixdə öz təsdiqini tapdı.

27 sentyabr əks həmlə əməliyyatı, 44 günlük Vətən müharibəsi, Azərbaycan xalqının və  MÜZƏFFƏR ALİ BAŞ KOMANDANIN tarixi qələbəsi ilə nəticələndi. Hesab edirəm ki, Azərbaycanın dövlət müstəqilliyi və suverenliyi hər bir vətəndaşımız üçün ən böyük sərvət və nemətdir. Bu yolda şəhid olan qardaş və bacılarımızı dərin ehtiramla yad edir onlara ulu Tanrıdan rəhmət diləyirəm. Təsadüfi deyil ki, türk dünyasının avanqardına çevrilən Azərbaycan bu günlərdə türk xalqlarının Sovetlər Birliyindən ayrılaraq  müstəqillik qazanması ilə bağlı “Türk dövlətləri və türk dünyası bilgi törəni” adlı  tədbirə ev sahibliyi edir. Mən buradan Azadlığına qovuşmuş bütün türk xalqlarını ürəkdən təbrik edirəm!    Son olaraq bildirirəm ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Milli Məclisə göndərdiyi bu qanun layihəsi hüquqi və tarixi baxımdan əsaslandırılmışdır, odur ki böyük məmnuniyyətlə lehinə səs verməklə digər iştirakçıları da qanun layihəsinin lehinə səs verməyə çağırıram. Eyni zamanda xatırlatmaq istəyirəm ki, 15 oktyabr Müzəffər Ali Baş Komandan İlham Əliyevin prezidentliyə seçilməsinin il dönümüdür. Bu münasibət ilə və qarşıdan gələn 18 oktyabr bayramı münasibəti ilə bütün xalqımızı təbrik edirəm.




12-10-2021, 16:42 199

Digər xəbərlər

Bakı-Sumqayıt qatarlarının müvəqqəti ləğv edilmiş reysləri bərpa olunur

Zakir Fərəcov Şəhər Günündəsəyyar qəbul keçirdi – FOTO

Sumqayıt Məhkəməsi avtоmоbilini təmir edən ustanı döyən şəxsin cəzasını azaltdı

50 milyonluq qızıl QALMAQALI: azərbaycanlı iş adamı AXTARILIR

DYP-dən sürücülərə MÜRACİƏT

Şahlar Əsgərovdan Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR - Sirləri açdı!

Sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı QƏRAR

"Sumqayıt" doğma meydanda "Şamaxı"ya qarşı itkilərlə çıxacaq

Sumqayıtda ər arvadını döydü

"Mehdi Hüseynzadə”də keçiriləcək tədbirin planı bəllidi – azarkeşlər meydanda yarışacaq

Sumqayıtda yataqxanada qadınlar arasında dava - TƏFƏRRÜAT

"Sənətçiyə elə pul verməlidir ki, evə ət alacağını düşünməsin" - Məşhur aktyor

*Bakıda yeni universitet korpusu və yaşayış binaları layihələrinin ekoloji qiymətləndirilməsi aparılıb*

Merkelin xatirələri: Rusiya, NATO və Ukrayna mübahisələri üzə çıxdı- SENSASİYA

Ərdoğandan xəbərdarlıq: “Putin buna sərt cavab verə bilər”

Türkiyədən ABŞ-a çağırış: “Siz qoşunlarınızı geri çəkin, biz də...”

Deputatın “Zəngimcell”i: “Balansınız bitmişdir…”

Müqayis Verdiyev yenidən məhkəmə qarşısında

Pensiya ödənişi niyə gecikir? – Nazirlikdən açıqlama

Sumqayıtdakı lisey direktorunun qardaşı rəhmətə gedib

1 2 3 4 5 6 7 8 9 10 ... 903
Dünən, 18:05
Dünən, 17:37
Dünən, 12:39
Dünən, 12:32
Dünən, 11:50
Dünən, 11:41
Dünən, 11:34
Dünən, 11:31
Dünən, 10:24
Dünən, 10:10
Dünən, 10:00
Dünən, 09:00
21-11-2024, 19:29
21-11-2024, 11:07
21-11-2024, 10:53
21-11-2024, 10:46
21-11-2024, 10:16
21-11-2024, 10:01
21-11-2024, 09:09
20-11-2024, 19:47
20-11-2024, 19:24
20-11-2024, 16:08
20-11-2024, 15:29
20-11-2024, 15:25
20-11-2024, 15:23
20-11-2024, 15:20
20-11-2024, 15:14
20-11-2024, 15:12
20-11-2024, 15:08
20-11-2024, 15:04
20-11-2024, 15:00
20-11-2024, 14:58
18-11-2024, 09:09
18-11-2024, 09:02
15-11-2024, 19:20
15-11-2024, 14:16
15-11-2024, 14:08
15-11-2024, 14:01
15-11-2024, 13:59
15-11-2024, 13:53
1 2 3 4 5 6 7 8 9 10 ... 903