“Almaniya Prezidentinin səfəri Ermənistan-Azərbaycan sülh müqaviləsinin imzalanmasına dəstək kimi qiymətləndirilir”

“Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin İrəvana səfəri ilə bağlı bir sıra əsas diqqətçəkən məqamlara fokuslansansaq görərik ki, Ştaynmayer və həyat yoldaşı Elke Büdenbender regional səfər çərçivəsində əvvəlcə Ermənistana, daha sonra isə Azərbaycana səfər edib. Səfərin əsas məqsədlərindən birini regiondakı diplomatik əlaqələri gücləndirmək və Ermənistan-Azərbaycan sülh prosesində Almaniyanın rolunu vurğulamaq kimi qələmə vermək olar. Ştaynmayer Ermənistan Prezidenti Vaaqn Xaçaturyan və Baş Nazir Nikol Paşinyan ilə görüşüb. Bu görüşlərdə regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq və sülh müqaviləsi prosesi müzakirə edilib. Almaniya tərəfi Ermənistan-Azərbaycan arasında sülh gündəliyini dəstəklədiyini və bu istiqamətdə danışıqların davam etdirilməsinin vacibliyini vurğulayıb”.

Bunu xalqcəbhəsi.az-a açıqlamasında politoloq Elman Telmanoğlu deyib.

Politoloqun sözlərinə görə, tədbirlər çərçivəsində mədəni və sosial layihələrə diqqət yetirilib, bu da Almaniyanın regionda təsirini genişləndirmək strategiyası ilə əlaqələndirilə bilər: “Səfərin region üçün əhəmiyyətinə gəldikdə isə bunu demək olar ki, Almaniya Prezidentinin səfəri Ermənistan-Azərbaycan sülh müqaviləsinin imzalanmasına dəstək kimi qiymətləndirilir. Xüsusilə, Ştaynmayerin əvvəlki görüşlərində delimitasiya-demarkasiya və sülh danışıqlarının təşviqi xüsusi yer tutub”.

E.Telmanoğlu bildirib ki, bu səfər Avropanın regiona marağını bir daha təsdiqləyir: “Almaniya Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşmasında vasitəçi rol oynaya bilər. Digər tərəfdən, səfərin hər iki ölkədə tolerantlıq və mədəniyyətə vurğu ilə keçməsi regionda dialoqun dərinləşməsinə kömək edə bilər. Əslində isə tolerantlıq mövzusunda nəinki Almaniyanın, hətta bütün dünyanın Azərbaycan təcrübəsini öyrənməsinə böyük ehtiyacı var. Frank-Valter Ştaynmayerin İrəvan səfəri diplomatik tarazlıq, sülh prosesinə dəstək və mədəni əlaqələrin genişləndirilməsi istiqamətində addım kimi qiymətləndirilir. Lakin regionda davam edən gərginliklər nəzərə alındıqda Almaniyadan bu təşəbbüslərinin praktik nəticələr verməsi üçün daha çox səy və uzunmüddətli strategiya tələb olunacaq”.



3-04-2025, 21:46 47

Digər xəbərlər

Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına MÜSAHİBƏSİ –TAM MƏTN

Bu universitetlər tələbələri rektorsuz qarşılayacaq - Siyahı

Sumqayıtda dağıdıcı zəlzələ gözlənilir? - Qurban Yetirmişlidən açıqlama

Elnarə Akimova: "Mədəniyyətimizin və tarixi irsimizin qoruyucusunun dünyaya gəldiyi gündür"

Bu ilin ən yaşlı tələbəsi ali təhsilini Sumqayt Dövlət Universitetində oxuyacaq

Ekspert: Sumqayıtda da mənzillərin qiyməti bahalaşa bilər

Avtomobilinə boşanma elanını yazdı, sosial şəbəkələrdə gündəm oldu - FOTO

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Sumqayıt sakinləri diqqətli olsun – Müdafiə Nazirliyindən xəbərdarlıq

Sumqayıtda 90 min manatlıq avtobus dələduzluğu işi məhkəmədə barışıqla bitdi

Sumqayıt-Horadiz marşrutu üzrə müsabiqənin qalibi müəyyənləşdi

Sumqayıtin bu ərazisində qazın verilməsi dayandırılacaq

Sumqayıtda qanunsuz tikililərlə bağlı yeni işçi qrupu yaradılıb

672 balla Tibb Universitetinə qəbul olan Səccad İsgəndərli – Məktəbimizin fəxri- FOTO

Bu gün Sumqayıtda hava necə olacaq?

Sumqayıtda yol qəzası: Mercedes və Kia Rio toqquşdu - FOTO

640 balla Tibb Universitetinə qəbul olan Aylin Tağıyeva – Sumqayıtın yetirməsi - FOTO

Sumqayıtda məskunlaşan və səs yazısı yayılan köçkün ailəsinə Biləsuvardan mənzil təqdim olundu

TƏBİB-in təşəbbüsü ilə Sumqayıt Tibb Mərkəzində nadir dəri xəstəlikləri üzrə təlim keçirilib - FOTO

Sumqayıt çimərliklərində hava 27 dərəcə isti olacaq

1 2 3 4 5 6 7 8 9 10 ... 961
Bu gün, 13:43
Bu gün, 13:22
Bu gün, 12:02
Dünən, 14:43
Dünən, 13:28
Dünən, 13:20
Dünən, 11:38
Dünən, 11:28
25-08-2025, 18:26
25-08-2025, 16:49
25-08-2025, 16:45
25-08-2025, 15:35
25-08-2025, 12:57
25-08-2025, 11:59
25-08-2025, 10:35
24-08-2025, 14:49
23-08-2025, 23:59
23-08-2025, 15:44
22-08-2025, 20:00
22-08-2025, 14:21
22-08-2025, 12:32
22-08-2025, 12:28
22-08-2025, 12:05
21-08-2025, 19:57
21-08-2025, 17:42
21-08-2025, 17:34
21-08-2025, 15:28
21-08-2025, 13:08
21-08-2025, 10:16
21-08-2025, 00:04
20-08-2025, 20:34
20-08-2025, 15:52
20-08-2025, 15:38
20-08-2025, 15:20
20-08-2025, 11:01
19-08-2025, 20:46
19-08-2025, 18:37
19-08-2025, 18:21
19-08-2025, 16:09
19-08-2025, 08:17
1 2 3 4 5 6 7 8 9 10 ... 961