Zakir Həsənov Ümumqoşun Təlim Mərkəzində - VİDEO

Zakir Həsənov Ümumqoşun Təlim Mərkəzində - VİDEO
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, Azərbaycan Ordusunda aparılan islahatlar çərçivəsində müasir standartlara cavab verən hərbi infrastrukturun yaradılması və bölmələrin döyüş hazırlığının yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir.
Müdafiə Nazirliyindən Xeberle.com-a verilən məlumata görə, Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Quru Qoşunlarının Ümumqoşun Təlim Mərkəzində olub.
Məruzə olunub ki, mərkəzdə komando və digər qoşun növü bölmələrinin təyinatı nəzərə alınmaqla, bu bölmələrdə xidmət edən hərbi qulluqçuların döyüş hazırlığının və taktiki-xüsusi bacarıqlarının inkişaf etdirilməsi məqsədilə təlimlər keçirilir.
Mərkəzdə müasir döyüş üsullarının praktiki tədbiq edilməsi üçün real şəraitə uyğunlaşdırılmış təlim nöqtələri inşa olunub. Hərbi qulluqçuların istənilən hava şəraitində döyüş vərdişlərini təkmilləşdirmək, o cümlədən fiziki və atəş hazırlıqlarını yüksəltmək məqsədilə zəruri şərait yaradılıb. Bununla yanaşı, hərbi qulluqçulara mürəkkəb dağ şəraitində döyüş aparmaq, pusqu və kəşfiyyat-axtarış tədbirləri həyata keçirmək, eləcə də yaşayış məntəqələrində əməliyyatların və antiterror fəaliyyətlərinin aparılması öyrədilir. Sonra nazirliyin rəhbər heyəti yeni inşa edilən qərargah binası ilə tanış olub.
Bildirilib ki, mərkəzin qərargah binası müasir səviyyədə inşa olunub. Binada hərbi qulluqçular üçün sinif, inzibati və xidməti iş otaqları mövcuddur. Bütün otaqlar zəruri mebel və avadanlıqlar, o cümlədən əyani təbliğat vasitələri ilə tam təchiz edilib. Binada mərkəzləşdirilmiş istilik sistemi, işıq, su və kommunikasiya xətləri çəkilib. Ərazidə abadlıq işləri aparılıb.
Daha sonra general-polkovnik Z.Həsənov mərkəzdə hərbçilər üçün yeni inşa edilən əsgər yataqxanasının açılışında iştirak edib. Yeni tikilən binada silah, ideoloji, məişət, dəftərxana və digər otaqlar zəruri avadanlıqla təchiz olunub. Yataqxanada şəxsi heyətin qalması, istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şərait yaradılıb.
Müdafiə naziri Vətən müharibəsində qazanılan təcrübənin tətbiq edilməsi ilə müasir təlim-məşq üsullarının öyrənilməsi, onların döyüş hazırlığında tətbiqi və mövcud şəraitə uyğunlaşdırılaraq icra olunması ilə bağlı müvafiq tapşırıqlar verib.




Xəbərdən istifadə edərkən istinad etmək vacibdir. 

10-02-2022, 10:38 167

Digər xəbərlər

Sumqayıtda oğlunu namaz qılmağa məcbur edən sabiq axund CƏRİMƏLƏNDİ - FOTO

Sumqayıtda 7 nömrəli marşrut xətti ilə bağlı şikayət: Təhlükəli idarəetmə iddia olunur - VİDEO

Sumqayıtda bina sakinləri SOS verir: Zirzəmi aylardır çirkab sular altında qalıb-VİDEO

Sumqayıtın kanalizasiya sisteminin inkişafına dəstək – yeni saziş imzalandı-VİDEO

Prezident: Siyasi, iqtisadi və sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır

Dünya bazarında Azərbaycan neftinin qiyməti azaldı

Sumqayıt Dövlət Universiteti QS dünya reytinqində mövqeyini qorudu-FOTO

Sumqayıtın tanınmış müəllimi vəfat edib

III qrup üzrə ölkə birincisi Sumqayıtdan çıxdı – 690 bal topladı

Sumqayıt və Novxanı çimərliklərinə gedənlərin nəzərinə: Sabah hava necə olacaq?

Bakı-Sumqayıt yolunda faciəvi şəkildə ölən Zəhranın - FOTOLARI

Valideynlərin nəzərinə! Bu gündən məktəb və müəllim seçimi mümkündür

Sumqayıtda doğulan yeniyetmə müəllimi güllələmə işi üzrə ev dustaqlığına buraxılmadı

Sumqayıtda uğur hekayəsi: "İlin Ən Yaxşı Olimpiada Müəllimi" və onun uğurlu şagirdləri-VİDEO

Sumqayıtın 45-ci məhəlləsində yeni quraşdırılan yelləncəklər yararsız hala salınıb - VİDEO

Sumqayıtda ilk dəfə paraüzgüçülük üzrə Azərbaycan çempionatı keçiriləcək

Sumqayıtda istehsal olunan karbamidin ixracı azalıb

Sarıqayada silah-sursat aşkar edilib

İzmirdə Milli Qurtuluş Günü və Şuşa Bəyannaməsi qeyd olundu - FOTOLAR

Sumqayıtda oğurluq edən qadın polisə yaxalandı

1 2 3 4 5 6 7 8 9 10 ... 1064
Bu gün, 10:16
Dünən, 23:25
Dünən, 19:21
Dünən, 14:22
Dünən, 09:48
Dünən, 09:44
Dünən, 09:35
Dünən, 09:11
Dünən, 01:36
17-06-2026, 16:51
17-06-2026, 13:47
17-06-2026, 13:22
17-06-2026, 13:17
17-06-2026, 12:55
16-06-2026, 18:59
16-06-2026, 17:14
16-06-2026, 17:11
16-06-2026, 17:08
16-06-2026, 01:40
15-06-2026, 19:13
15-06-2026, 18:51
15-06-2026, 11:42
15-06-2026, 11:39
15-06-2026, 11:37
14-06-2026, 15:13
14-06-2026, 09:45
13-06-2026, 21:38
13-06-2026, 21:03
13-06-2026, 20:52
13-06-2026, 12:53
13-06-2026, 11:27
13-06-2026, 11:23
13-06-2026, 11:21
13-06-2026, 11:20
13-06-2026, 10:44
12-06-2026, 20:18
12-06-2026, 17:56
12-06-2026, 16:50
12-06-2026, 12:10
12-06-2026, 11:55
1 2 3 4 5 6 7 8 9 10 ... 1064