Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi mədəniyyət müəsisələrinin rəhbərləri ilə müşavirə keçirib - FOTOLAR

Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi tabeliyində olan mədəniyyət müəssisələrinin rəhbərləri ilə müşavirə keçirib - FOTOLAR

Sumqayıt Poeziya evində keçirilən müşavirədə gündəlikdə duran bir sıra məsələlər, cari problemlər və gələcək perspektivlər müzakirə olunub.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev çıxış edərək, müasir dövrdə Yaradıcı və Mədəniyyət Sənayelərinin (YMS) dünya iqtisadiyyatında dinamik inkişaf edən sektorlardan birinə çevrildiyini, Azərbaycan xalqının zəngin yaradıcılıq irsi olduğunu qeyd edərək, yaradıcı sənayenin vətəndaşların özünüməşğulluğunun təşkilində yeni imkanlar açdığını dedi. Bunun üçün ölkəmizdə bu sənayelərin yaradıcı potensialının üzə çıxarılmasının, yerli yaradıcı məhsul və xidmətlərin ölkə daxilində və xarici bazarlarda reklamının və satışının təşkilinin, mədəniyyət sahələrinin iqtisadi sahə kimi tanınmasına və bu kateqoriyadan olan şəxslərin maddi rifahının yüksəlməsinə töhfə verəcəyini bildirdi.

İdarə rəisi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sistemindəki uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərində təhsilin keyfiyyətinin yüksəldilməsi, bilikli və bacarıqlı ixtisaslı kadrların bərabərhüquqlu, şəffaf və sağlam rəqabət şəraitində seçilib yerləşdirilməsi məqsədilə cari ildə Dövlət İmtahan Mərkəzi tərəfindən müvafiq imtahanların keçirildiyini, hər iki mərhələdə uğur qazanmış müəllimlərin işə qəbuluna həssas yanaşma nümayiş etdirilməsinin, onlar üçün müvafiq iş şəraitinin yaradılmasının vacibliyini vurğuladı.

Müşavirədə, həmçinin mədəniyyət müəssisələrinin kadr potensialının inkişafına və əmək intizamının gücləndirilməsinə diqqətin artırılması, fəaliyyətin Əsas Effektivlik Göstəriciləri (KPİ) üzrə qurulmasının prioritet məsələ olduğu diqqətə çatdırdı. Mətbuatla işin gücləndirilməsi, sosial şəbəkələrin yaratdığı imkanlardan düzgün istifadə etməklə bu istiqamətdə gedən işlərin sistemli şəkildə qurulmasının vacibliyindən söz açıldı.

İdarə rəisi çıxışının sonunda problemlərin aradan qaldırılması, müəssisələrin daha səmərəli fəaliyyətinin təşkili ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini verdi, tədbir iştirakçlarının suallarını cavablandırdı.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi tabeliyində olan mədəniyyət müəssisələrinin rəhbərləri ilə müşavirə keçirib - FOTOLAR
Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi tabeliyində olan mədəniyyət müəssisələrinin rəhbərləri ilə müşavirə keçirib - FOTOLAR
Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi tabeliyində olan mədəniyyət müəssisələrinin rəhbərləri ilə müşavirə keçirib - FOTOLAR
Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi tabeliyində olan mədəniyyət müəssisələrinin rəhbərləri ilə müşavirə keçirib - FOTOLAR
Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi tabeliyində olan mədəniyyət müəssisələrinin rəhbərləri ilə müşavirə keçirib - FOTOLAR
Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi tabeliyində olan mədəniyyət müəssisələrinin rəhbərləri ilə müşavirə keçirib - FOTOLAR


29-09-2022, 12:26 303

Digər xəbərlər

Əkiz bacılar eyni ixtisasa qəbul oldular – SUMQAYITDA TƏHSİL ALACAQLAR

Şəhid övladlarının qəbul uğuru: 34 nəfərin adı və qəbul olduğu universitetlər açıqlanıb

Sumqayıt Musiqi Kollecinə yeni direktor təyin olundu

Sumqayıtlı sabiq futbolçu milli komandaya baş məşqçi təyin edildi

İşsiz və işaxtaranlara ŞAD XƏBƏR – Sentyabrın 10-dək...

Sumqayıtın deputatından tələbələrə, müəllimlərə və valideynlərə TƏBRİK MESAJI

Bakı–Sumqayıt qatarlarının hərəkət cədvəli dəyişir

Sumqayıtda elektron siqaret satan şəxs cərimələndi

Bakıda kütləvi davada bıçaqlanan şəxslə bağlı qərar dəyişmədi – MƏHKƏMƏ

Sumqyaıtlı şəhidin anası tələbə adını qazandı-FOTO

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Dünən, 22:50
Dünən, 13:46
Dünən, 13:35
Dünən, 12:37
Dünən, 12:29
Dünən, 12:25
Dünən, 11:46
Dünən, 11:43
Dünən, 11:39
Dünən, 11:37
24-08-2026, 23:18
24-08-2026, 22:30
24-08-2026, 19:36
24-08-2026, 18:39
24-08-2026, 17:32
24-08-2026, 16:11
24-08-2026, 16:10
24-08-2026, 16:05
24-08-2026, 15:20
24-08-2026, 14:57
24-08-2026, 13:15
24-08-2026, 11:46
24-08-2026, 11:40
24-08-2026, 11:27
24-08-2026, 11:19
24-08-2026, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
1 2 3 4 5 6 7 8 9 10 ... 1102