Sumqayit.tv xəbər verir ki, Sumqayıt şəhər 24 nömrəli tam orta məktəbin məzunu, 2003-cü il təvəllüdlü Seyfəddin Mustafazadə dünən axşam saatlarında baş verən ağır yol nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib. Hadisə Bakı şəhəri, Nərimanov rayonunda baş verib. Xəstəxanaya yerləşdirilən S.Mustafazadənin həyatını həkimlərin səyinə baxmayaraq xilas etmək mümkün olmayıb. Qeyd edək ki, o, Bakı Mühəndislik Universitetinin III kurs tələbəsi idi.
Allah rəhmət eləsin!
Jurnalist Şəbnəm MƏŞİYEVA