Azərişıq Sumqayıtda insanları ələ salır-ŞİAKYƏT


Bir müddət öncə Sumqayit.tv-nin redaksiyasına daxil olan işıq problemi haqda məlumat vermişdik.

Belə ki, Sumqayıt şəhəri, 5-ci mkr, 8/12 saylı binanın sakinləri binaya normadan artıq elektrik enerjisinin verilməsinin fəsadlarına diqqət çəkib. Onlar nəticə olaraq tez-tez elektrik avadanlıqlarının sıradan çıxdığını deyir. Belə ki, normaya uyğun  220 volt verilməli olduğu halda, 240-247 volt verilir. Nəticədə elektrik avadanlıqları xarab olur, əlavə xərcə düşürlər. Hətta bina sakinlərindən biri sıradan çıxan soyuducunun təmirinə görə 150 manat pul xərcləməli olub. Hər halda, israf olunan elektrik enerjisi dövlət büdcəsinə də ziyandır. Bina sakinləri 2020-ci ildə bununla bağlı Azərişıqa məktub ünvanlayıb. Amma bu günə qədər Azərişıq məsələyə ciddi yanaşmır. Ara yerdə elektrik enerjisi israf olunur, üstəlik, problem də həll olunmur.
Bugünlərdə isə eyni binadan daha bir şikayət daxil olub. İxtisasca elektrik olan Mais Ramixanov bildirir ki, evdə işlənilən tozsoran, ardınca isə  Redmi markalı mobil telefon yanaraq sıradan çıxıb.
Bu hadisədən sonra əraziyə "Azərişıq"ın əməkdaşları əraziyə gəlib. Problemi həll edəcəklərini deyərək narahatçılığa əsas olmadığını vurğulayıblar. Amma hadisənin üstündən 10 gün keçməsinə baxmayaraq problem həll olunmayıb. Bəs sıradan çıxıb xarab olan tozsoran, soyuducu və telefona görə kim məsuliyyət daşıyır. Bundan sonra sıradan çıxacaq texniki avadanlıqlara görə, yanğına, qəzaya görə məsuliyyət kimin üzərində qalacaq. Belə çıxır ki, "Azərişıq" insanları ələ salır ?!
P.S.Cənab prezident İlham Əliyev dəfələrlə çıxışları zamanı "xalqa xidmət edin" deyə göstəriş verir. Belə çıxır Azərişıq bu sözlərdən nəticə çıxarmaq istəmir ?!

14-11-2022, 12:59 145

Digər xəbərlər

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Qazax avtobusu yolda xarab oldu: Sərnişinlər yolda qaldı

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

SDU-da 45 il çalışan müəllim dünyasını dəyişib

Azərbaycan–Özbəkistan qardaşlığı: Ortaq gələcəyə uzanan strateji yol

Sumqayıtda iş axtaranlara şad xəbər

Sumqayıtda xəstəxanada vəziyyət: Uzun növbələr yarandı, qəbul dayandırıldı-VİDEO

Sumqayıt sakini Xocavənddə traktor idarə edərkən minaya düşdü

Sumqayıt şəhər rəhbəri sakinlərlə səyyar görüş keçirib-FOTO/VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1101
Bu gün, 16:05
Bu gün, 15:20
Bu gün, 14:57
Bu gün, 13:35
Bu gün, 13:15
Bu gün, 11:46
Bu gün, 11:40
Bu gün, 11:27
Bu gün, 11:19
Bu gün, 09:24
Dünən, 20:32
Dünən, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
20-08-2026, 10:12
20-08-2026, 09:31
19-08-2026, 16:12
19-08-2026, 14:31
19-08-2026, 14:05
19-08-2026, 12:55
1 2 3 4 5 6 7 8 9 10 ... 1101