Şəhid Həsənzadə Məhəmmədəli yad edildi


27.09.2020-ci il tarixində başlayan Vətən müharibəsi zamanı şəhid olan əsgər Həsənzadə Məhəmmədəli Hörmət oğlunun Qubadlı rayon Mehman Ağayarov adına Kavdadıq tam orta məktəbində anım mərasimi keçirilib. 
Sumqayit.tv
xəbər verir ki, tədbir şəhidlərimizin ruhlarına bir dəqiqəlik sükutla və Azərbaycan Respublikasının Himni ilə başlayıb. Tədbirdə şəhidimizin yaxınları və müəllimləri onunla bağlı xoş xatirələrini bölüşərək yad ediblər. Həmçinin 44 günlük Vətən müharibəsində bizə qələbəni qazandıran digər şəhidlərimizdə yad olunub. Daha sonra vətənpərvər ruhlu mahnı və şeirlərlə tədbir davam edib.  
Tədbirdə Qubadlı İcra Hakimi Malik İsaqov, Kavdadıq tam orta məktəbin direktoru Bayramova Alimə, təşkilatçılar Rzayeva İntizar və Kazımova Sevinc, şairlər Elbrus Qayalı və Esmira Günəş, qazilər və şəhid ailələri iştirak ediblər. 
Xatırladaq ki, Həsənzadə Məhəmmədəli Hörmət oğlu 01.05.1999-cu ildə Sumqayıt şəhərində anadan olub. Əslən Qubadlı rayonunun Qilican kəndindən olan şəhidimiz 2005-ci ildə Sumqayıt şəhərində yerləşən Qubadlı rayon Qurban Məmmədov adına Yuxarı Mollu kənd tam orta məktəbinin birinci sinifinə daxil olub və 2016-cı ildə həmin məktəbin 11-ci sinifini bitirib. 2016-cı ildə qəbul imtahanlarında yığdığı yüksək bal ilə Azərbaycan Turizm və Menecment Universitetinin “Biznesin İdarə Edilməsi” fakultəsinə daxil olub. 2020-ci ildə ali təhsilini başa vuraraq, Menecment ixtisasına yiyələnib. 
Sentyabrın 27-də başlayan Vətən müharibəsinin iştirakçısı olan Məhəmmədəli Hadrutda gedən döyüşlərdə döyüş yoldaşının yaralandığını görərək onun həyatını xilas edib. Ağdam, Hadrut, Füzuli və Xocavənd uğrunda gedən döyüşlərdə iştirak edib. Noyabr ayının 6-da Xocəvənd rayonunda gedən döyüşlərdə şəhidlik məqamına ucalıb. 
30 il həsrətini çəkdiyimiz torpaqları 44 gündə bizlərə qaytaran mərd oğulların ruhu şad olsun!
Jurnalist:Vəsiqə DADAŞOVA














17-11-2022, 19:52 205

Digər xəbərlər

Zeynalabdin Tağıyev qəsəbəsində kanalizasiya problemi: sakinlər kömək istəyir - VİDEO

Bakı-Xırdalan-Sumqayıt dəmir yolunda hərəkət nə zaman bərpa ediləcək? – RƏSMİ AÇIQLAMA

Sumqayıtda sərnişin avtobusunda ölüm hadisəsi baş verib

İlham Əliyev İrəvandakı tədbirdə onlayn çıxış etdi

Sumqayıtda aprel ayında temperatur 21 gün normadan yüksək olub

Coratda 66 yaşlı kişi hamamda yıxılaraq ölüb

Sumqayıtda fəhlə faciəli şəkildə həyatını itirdi - VİDEO

Sumqayıtlı şagird dünya səviyyəli uğura imza atdı – TOP universitetlərdən qəbul aldı

Nazir Sumqayıt sakinlərini qəbul edəcək – tarix açıqlandı

29 mindən çox şagird Azərbaycan dili imtahanı verdi

Sumqayıt-Pirşağı yolunda təhlükəli anlar – maşın çuxura düşdü

Sarayda qohumunu amansızlıqla qətlə yetirən şəxsə HÖKM OXUNDU

“Sumqayıt” səfərdə uduzdu – oyun penaltilərlə həll olundu

Sumqayıtda avtobus sürücüsü qaydanı pozdu – cəzalandırıldı

FƏXRİMİZ: Dünya birincisi olan azərbaycanlı gənc - FOTO

Bakı-Sumqayıt yolunda yanğın: mebel sexləri od tutdu - VİDEO

Çerkassi küçəsində təhlükə böyüyür: yol çöküb, kanalizasiya da partlayıb

Bakı-Xankəndi velosiped yarışının ilk mərhələsi Sumqayıtda başa çatacaq

Bayrağa hörmətsizlik edən şəxs saxlanıldı - FOTO

Sumqayıt Dövlət Universitetinin məzunu yüksək vəzifəyə təyin olundu - FOTO

1 2 3 4 5 6 7 8 9 10 ... 1047
Dünən, 17:37
Dünən, 17:16
Dünən, 14:43
Dünən, 14:30
Dünən, 14:23
Dünən, 10:10
Dünən, 10:05
3-05-2026, 15:47
3-05-2026, 12:56
3-05-2026, 12:42
2-05-2026, 20:35
2-05-2026, 19:50
2-05-2026, 19:44
2-05-2026, 16:18
2-05-2026, 12:29
2-05-2026, 11:33
2-05-2026, 08:50
1-05-2026, 21:00
1-05-2026, 20:48
1-05-2026, 18:19
1-05-2026, 15:25
1-05-2026, 15:07
1-05-2026, 10:22
1-05-2026, 10:21
1-05-2026, 10:05
30-04-2026, 19:55
30-04-2026, 14:25
30-04-2026, 14:18
30-04-2026, 14:15
30-04-2026, 13:28
30-04-2026, 13:22
30-04-2026, 13:10
30-04-2026, 13:06
30-04-2026, 12:59
30-04-2026, 12:49
30-04-2026, 10:34
30-04-2026, 10:30
30-04-2026, 08:57
29-04-2026, 22:52
29-04-2026, 22:42
1 2 3 4 5 6 7 8 9 10 ... 1047