Sumqayıtda “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirilib



Sumqayıt şəhər icra hakimiyyətinin təşkilartçılğı ilə Uşaq Hüquqları aylığı çərçivəsində tədbir keçirilib.

Tədbirdə çıxış edən Sumqayıt şəhər icra hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov Uşaq Hüquqları Konvensiyası haqqında məlumat verib. Bildirib ki, BMT tərəfindən qəbul edilmiş bu saziş dünyanın hər bir yerində yaşayan uşaqlara konvensiya ilə müəyyən edilmiş hüquqları təmin edir. Konvensiya uşaqların yaşaması və inkişafı üçün zəruri olan minimum standartları müəyyən edir. Uşaq Hüquqları Konvensiyasının 54 maddəsinin hər birində ayrı-ayrı hüquqlardan danışılır. Burada inkişaf hüquqları, müdafiə hüquqları, iştirak hüquqları, yaşamaq hüquqları əhatə olunur.
Sumqayıt şəhər icra hakimiyyəti başçısının müavini Ülviyyə Müzəffərova 1989-cu ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının qərarı ilə qəbul olunmuş Uşaq Hüquqları Konvensiyası barədə tədbir iştirakçılarına məlumat verib. Ülviyyə Müzəffərova uşaq hüquqları sahəsində mövcud olan beynəlxalq və ölkədaxili normativ hüquqi aktlar, BMT-nin adı çəkilən konvensiyası və "Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunu ilə müəyyən olunmuş uşaqların hüquqları və vəzifələri, həmin hüquqların müdafiəsi mexanimzləri, həmçinin Ombudsman təsisatının uşaq hüquqlarının müdafiəsi sahəsində çoxşaxəli fəaliyyəti barədə ətraflı məlumat verib.
Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov mövzu ilə bağlı fikirlərini söyləyib. Çıxışlarda vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz cəmiyyətin gələcəyi olan uşaqların hüquqlarının qorunmasına xüsusi əhəmiyyət verir, uşaq hüquqlarının müdafiəsinə, uşaqların normal formalaşmasına, sağlam böyüməsinə yönələn bir çox dövlət proqramları qəbul edilib və onların həyata keçirilməsi üçün tədbirlər planı müəyyənləşdirilib.Uşaqların istismar olunması, erkən nikah, narkomaniya, zərərli vərdişlər, dini radikalizm kimi problemlərin cəmiyyətimizdə uşaq hüquq və azadlıqlarına qarşı yönəlmiş təhlükələri və bu təhlükələrə qarşı mübarizə yolları haqqında ətraflı məlumat verilib, uşaqlara göstərilən diqqət və qayğının artırılması üçün cəmiyyətin hər bir üzvünün səy göstərməsinin önəmi diqqətə çatdırılıb.
Tədbirin yekununda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


18-11-2022, 17:21 136

Digər xəbərlər

Zeynalabdin Tağıyev qəsəbəsində kanalizasiya problemi: sakinlər kömək istəyir - VİDEO

Bakı-Xırdalan-Sumqayıt dəmir yolunda hərəkət nə zaman bərpa ediləcək? – RƏSMİ AÇIQLAMA

Sumqayıtda sərnişin avtobusunda ölüm hadisəsi baş verib

İlham Əliyev İrəvandakı tədbirdə onlayn çıxış etdi

Sumqayıtda aprel ayında temperatur 21 gün normadan yüksək olub

Coratda 66 yaşlı kişi hamamda yıxılaraq ölüb

Sumqayıtda fəhlə faciəli şəkildə həyatını itirdi - VİDEO

Sumqayıtlı şagird dünya səviyyəli uğura imza atdı – TOP universitetlərdən qəbul aldı

Nazir Sumqayıt sakinlərini qəbul edəcək – tarix açıqlandı

29 mindən çox şagird Azərbaycan dili imtahanı verdi

Sumqayıt-Pirşağı yolunda təhlükəli anlar – maşın çuxura düşdü

Sarayda qohumunu amansızlıqla qətlə yetirən şəxsə HÖKM OXUNDU

“Sumqayıt” səfərdə uduzdu – oyun penaltilərlə həll olundu

Sumqayıtda avtobus sürücüsü qaydanı pozdu – cəzalandırıldı

FƏXRİMİZ: Dünya birincisi olan azərbaycanlı gənc - FOTO

Bakı-Sumqayıt yolunda yanğın: mebel sexləri od tutdu - VİDEO

Çerkassi küçəsində təhlükə böyüyür: yol çöküb, kanalizasiya da partlayıb

Bakı-Xankəndi velosiped yarışının ilk mərhələsi Sumqayıtda başa çatacaq

Bayrağa hörmətsizlik edən şəxs saxlanıldı - FOTO

Sumqayıt Dövlət Universitetinin məzunu yüksək vəzifəyə təyin olundu - FOTO

1 2 3 4 5 6 7 8 9 10 ... 1047
Dünən, 17:37
Dünən, 17:16
Dünən, 14:43
Dünən, 14:30
Dünən, 14:23
Dünən, 10:10
Dünən, 10:05
3-05-2026, 15:47
3-05-2026, 12:56
3-05-2026, 12:42
2-05-2026, 20:35
2-05-2026, 19:50
2-05-2026, 19:44
2-05-2026, 16:18
2-05-2026, 12:29
2-05-2026, 11:33
2-05-2026, 08:50
1-05-2026, 21:00
1-05-2026, 20:48
1-05-2026, 18:19
1-05-2026, 15:25
1-05-2026, 15:07
1-05-2026, 10:22
1-05-2026, 10:21
1-05-2026, 10:05
30-04-2026, 19:55
30-04-2026, 14:25
30-04-2026, 14:18
30-04-2026, 14:15
30-04-2026, 13:28
30-04-2026, 13:22
30-04-2026, 13:10
30-04-2026, 13:06
30-04-2026, 12:59
30-04-2026, 12:49
30-04-2026, 10:34
30-04-2026, 10:30
30-04-2026, 08:57
29-04-2026, 22:52
29-04-2026, 22:42
1 2 3 4 5 6 7 8 9 10 ... 1047