Sumqayıtda şok olay: Gənc oğlan sevgilisinə işgəncə verdi



Sumqayıt şəhərində 1994-cü il təvəllüdlü Qədir sevgilisi İradəyə (adlar şərti verilib – red.) xəsarət yetirib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Qədir bildirib ki, İradə onun qeyri-rəsmi yaşadığı qadındır:
“Biz təxminən 1 ildir tanış olmuşuq, elə həmin müddətdən birlikdə qeyri-rəsmi ər-arvad kimi yaşamışıq. Aramızda tez-tez münaqişələr yaranıb. İradə məndən dəfələrlə polisə şikayət edib. Lakin sonra məni bağışlayıb”.
Təqsirləndirilən şəxs qeyd edib ki, İradə ilə aralarında münaqişə qısqanclıqdan yaranıb:
“Münaqişə zamanı İradənin hərəkətlərindən əsəbiləşdiyim üçün əl zərbələri ilə onun bədəninin müxtəlif nahiyələrinə vuraraq ona xəsarətlər yetirdim. Lakin İradə barəmdə polisə şikayət etmədi”.
Qədirin ifadəsinə görə, növbəti gün yenidən aralarında qısqanclıq üstündə mübahisə olub. İradə ona işləməməyini irad tutub:
“Bu zaman münaqişəmiz dərinləşdi. Əsəbiləşərək İradənin ayağından vuraraq yerə yıxdım, bədən nahiyələrinə bir neçə zərbə vurdum. İradə məndən şikayət edəcəyini bildirdi. Mən isə evdən getdim”.
Təqsirləndirilən şəxs ifadəsinin sonunda törətdiyi əməldən peşman olduğunu, İradə ilə barışığa cəhd etdiyini və 2-ci Qarabağ müharibəsi iştirakçısı olduğunu bildirib. O, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş edib.
Cinayət işi üzrə zərərçəkmiş İradənin sözlərinə görə, Qədirlə söhbət zaman məişət problemlərinə görə aralarında münaqişə yaranıb:
“Qədirə irad bildirmişəm ki, bütün günü evdə oturur, özünə iş tapsın. Sözlərim Qədirin xoşuna gəlmədi, bunu münaqişəyə çevirdi, bədənimin müxtəlif nahiyələrinə vurdu. Lakin həmin vaxt Qədirdən şikayətçi olmadım”.
İradə qeyd edib ki, növbəti dəfə yaşadıqları ünvanda yenə söhbətləri düz gəlməyib:
“Buna görə aramızda münaqişə yarandı. Qədir yenə məni döydü. Artıq Qədirin bu kimi hərəkətlərindən bezdiyim üçün ondan şikayət etmək qərarına gəldim”.
Dəfələrlə Qədir tərəfindən şiddətə məruz qaldığını deyən İradə onun barəsində polisə şikayət edib.
O, ifadəsində Qədirlə barışmadığını, ondan şikayətçi olduğunu söyləyib.
Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə Qədir 9 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt Şəhər Probasiya şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı yaşadığı evi tərk etməmək, Sumqayıt şəhəri və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulub.

22-11-2022, 16:50 178

Digər xəbərlər

Sumqayıtda sakinlər metaləritmə zavodundan şikayətçidirlər: "Havanı zəhərləyir" - FOTO

Zakir Fərəcov Almaniyada mühüm görüşlər keçirdi: Sumqayıt üçün yeni əməkdaşlıq imkanları

Yumurta rekord həddə ucuzlaşır: Səbəblər açıqlandı

Hakim olmaq istəyənlərə şad xəbər: Yeni təyinatlar davam edir

 Sabah Sumqayıtda hava necə olacaq?

Messidən tarixi rekord: Dünya çempionatının qrup mərhələsini 6 qolla başa vurdu

SEPAH-dan ABŞ-a yeni cavab: Küveyt və Bəhreyndəki bazalar vurulub

DÇ-2026: Pley-off mərhələsinin bütün cütləri müəyyənləşdi

Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin anadan olmasının 189 illiyi tamam olur

Messinin komandası vəsiqəni təmin etdi, Ronaldonun taleyi bu gecə həll olunacaq

Rusiyadan Ermənistana buğda Azərbaycandan tranzit daşınacaq

Sumqayıtda sakinlərin nəqliyyat problemi: "21 ildir marşrut görməmişik"-VİDEO

Trampdan gözlənilməz addım: Putinlə əldə olunan razılaşmalar ləğv oluna bilər

Keffel Resende: "Sumqayıt"a tez uyğunlaşdım və komandama fayda verdim"

Necə oldu ki, “Gənclər şəhəri” Sumqayıt ölkənin "ən qoca şəhəri"nə çevrildi? (PARADOKS)

Türkiyəli deputat: “AŞPA-da hər zaman Azərbaycanın yanındayıq” — Özəl açıqlama-VİDEO

Sənədsiz evlərə amnistiya verilə bilər? – Deputatın təklifi ekspertlər arasında müzakirə yaradıb

"Heç kəs Azərbaycanla ultimatum dili ilə danışa bilməz" – Səbinə Salmanova

Sumqayıtda Silahlı Qüvvələr Günü münasibətilə “Zəfər tarixi yazmış şanlı ordumuz” tədbiri keçirilib-FOTO

Sumqayıtda Çerkassi küçəsində antisanitar vəziyyət: Sakinlər şikayət edir – VİDEO/FOTO

1 2 3 4 5 6 7 8 9 10 ... 1068
Bu gün, 21:20
Bu gün, 16:36
Bu gün, 16:12
Bu gün, 15:08
Bu gün, 15:00
Bu gün, 11:11
Bu gün, 10:14
Bu gün, 09:50
Bu gün, 09:44
Dünən, 23:41
Dünən, 23:36
Dünən, 23:28
Dünən, 23:27
Dünən, 20:24
Dünən, 16:08
26-06-2026, 22:22
26-06-2026, 19:35
26-06-2026, 15:32
26-06-2026, 14:18
26-06-2026, 13:55
26-06-2026, 12:27
26-06-2026, 12:05
26-06-2026, 09:58
26-06-2026, 09:53
25-06-2026, 19:38
25-06-2026, 16:55
25-06-2026, 14:05
25-06-2026, 10:27
25-06-2026, 08:43
24-06-2026, 21:33
24-06-2026, 17:00
24-06-2026, 16:51
24-06-2026, 16:46
24-06-2026, 12:44
24-06-2026, 11:37
24-06-2026, 09:26
24-06-2026, 08:27
23-06-2026, 20:57
23-06-2026, 20:42
23-06-2026, 20:28
1 2 3 4 5 6 7 8 9 10 ... 1068