Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov noyabrın 24-də Sumqayıt Şəhər Polis İdarəsində növbəti vətəndaş qəbulu keçirib.

Bu barədə DİN-nin Mətbuat Xidmətindən məlumat verilib.
Daxili işlər naziri əvvəlcə şəhərin mərkəzindəki ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək xatirəsini böyük hörmət və ehtiramla yad edib, önünə gül dəstəsi qoyub.
Sonra Şəhər Polis İdarəsinin inzibati binasında Sumqayıt, Abşeron, Qobustan, Qubadlı, Zəngilan şəhər və rayonlarından, eyni zamanda həmin bölgədə məskunlaşmış qaçqın və məcburi köçkünlərdən qəbula gələn 208 nəfər vətəndaşı dinləyən nazir onların problemlərinin həlli üçün nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib.
Müraciətlərin əksəriyyəti yerindəcə həllini tapıb.
Ölkə rəhbərinin apardığı məqsədyönlü siyasət nəticəsində qazanılan uğurlardan məmnun olduqlarını, qalib ölkənin vətəndaşları olmaqdan qürur duyduqlarını bildirən sakinlər onların ərizə və müraciətlərinə operativ yanaşılmasına, o cümlədən göstərilən diqqətə və həssas münasibətə görə dövlət başçısına minnətdar olduqlarını bildiriblər.
Həmin gün general-polkovnik V.Eyvazov adıçəkilən şəhər və rayonların polis orqanlarında vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrində xidmətə qəbulla bağlı sıra baxışı keçirib.
Polis orqanlarında işləmək arzusunda olan gənclərdən qəbulun şərtlərinə uyğun gələn 262 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onların da 47-si Vətən müharibəsi iştirakçısı olub.
Qeyd edək ki, Vətən müharibəsi başa çatdıqdan sonra xidmətə qəbulla bağlı qüvvədə olan tələblərə uyğun gələn 1 000 nəfərə yaxın müharibə iştirakçısı və şəhid ailələrinin üzvləri daxili işlər orqanlarında işlə təmin olunublar.



25-11-2022, 14:15 287

Digər xəbərlər

Zeynalabdin Tağıyev qəsəbəsində kanalizasiya problemi: sakinlər kömək istəyir - VİDEO

Bakı-Xırdalan-Sumqayıt dəmir yolunda hərəkət nə zaman bərpa ediləcək? – RƏSMİ AÇIQLAMA

Sumqayıtda sərnişin avtobusunda ölüm hadisəsi baş verib

İlham Əliyev İrəvandakı tədbirdə onlayn çıxış etdi

Sumqayıtda aprel ayında temperatur 21 gün normadan yüksək olub

Coratda 66 yaşlı kişi hamamda yıxılaraq ölüb

Sumqayıtda fəhlə faciəli şəkildə həyatını itirdi - VİDEO

Sumqayıtlı şagird dünya səviyyəli uğura imza atdı – TOP universitetlərdən qəbul aldı

Nazir Sumqayıt sakinlərini qəbul edəcək – tarix açıqlandı

29 mindən çox şagird Azərbaycan dili imtahanı verdi

Sumqayıt-Pirşağı yolunda təhlükəli anlar – maşın çuxura düşdü

Sarayda qohumunu amansızlıqla qətlə yetirən şəxsə HÖKM OXUNDU

“Sumqayıt” səfərdə uduzdu – oyun penaltilərlə həll olundu

Sumqayıtda avtobus sürücüsü qaydanı pozdu – cəzalandırıldı

FƏXRİMİZ: Dünya birincisi olan azərbaycanlı gənc - FOTO

Bakı-Sumqayıt yolunda yanğın: mebel sexləri od tutdu - VİDEO

Çerkassi küçəsində təhlükə böyüyür: yol çöküb, kanalizasiya da partlayıb

Bakı-Xankəndi velosiped yarışının ilk mərhələsi Sumqayıtda başa çatacaq

Bayrağa hörmətsizlik edən şəxs saxlanıldı - FOTO

Sumqayıt Dövlət Universitetinin məzunu yüksək vəzifəyə təyin olundu - FOTO

1 2 3 4 5 6 7 8 9 10 ... 1047
Bu gün, 17:37
Bu gün, 17:16
Bu gün, 14:43
Bu gün, 14:30
Bu gün, 14:23
Bu gün, 10:10
Bu gün, 10:05
Dünən, 15:47
Dünən, 12:56
Dünən, 12:42
2-05-2026, 20:35
2-05-2026, 19:50
2-05-2026, 19:44
2-05-2026, 16:18
2-05-2026, 12:29
2-05-2026, 11:33
2-05-2026, 08:50
1-05-2026, 21:00
1-05-2026, 20:48
1-05-2026, 18:19
1-05-2026, 15:25
1-05-2026, 15:07
1-05-2026, 10:22
1-05-2026, 10:21
1-05-2026, 10:05
30-04-2026, 19:55
30-04-2026, 14:25
30-04-2026, 14:18
30-04-2026, 14:15
30-04-2026, 13:28
30-04-2026, 13:22
30-04-2026, 13:10
30-04-2026, 13:06
30-04-2026, 12:59
30-04-2026, 12:49
30-04-2026, 10:34
30-04-2026, 10:30
30-04-2026, 08:57
29-04-2026, 22:52
29-04-2026, 22:42
1 2 3 4 5 6 7 8 9 10 ... 1047