Şəhid Aydın Əliyev anıldı


Bu gün 27.09.2020-ci ildə başlayan Vətən müharibəsi zamanı şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Əliyev Aydın Nəriman oğlunun şəhadətə ucaldığı gündür. Sumqayit.tv xəbər verir ki, şəhidimizin anım mərasimi Şəhidlər Xiyabanında məzarını ziyarət edilərək başlayıb, sonra isə mərasim evlərinin birində ehsan süfrəsi verilərək davam edib. Tədbir şəhidlərimizin ruhlarına 1 dəqiqəlik sükutla və Azərbaycan Respublikasının Himni ilə başlayıb. Məclisdə İcra Hakimiyyətinin nümayəndələri, iş yoldaşları, döyüş yoldaşları, qazilər, 9, 8, və 1 nömrəli məktəbin şagirdləri və müəllim kollektivi, şəhidimizin valideynlərinin iş yoldaşları və şəhid ailələri iştirak ediblər.
Xatırladaq ki, Aydın Əliyev 09.01.1991-ci il tarixində Sumqayıt şəhərində anadan olub. SOCAR-ın Karbamid Zavodunda fəaliyyət göstərib. Aydın Əliyev bir müddət Azərbaycan Silahlı Qüvvələrinin sıralarında həqiqi hərbi xidmət qulluqçusu olub. Hərbi xidmətini başa vurduqdan sonra mülki fəaliyyətinə davam edib.
Azərbaycan Ordusunun əsgəri olan Aydın Əliyev 27.09.2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü olaraq iştirak edib. Cəbrayılın, Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Aydın Əliyev 07.11.2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı ağır yaralanıb və hərbi tibb müəsissələrindən birinə yerləşdirilib. 28.11.2020-ci ildə müalicə aldığı xəstəxanada koma vəziyyətində olarkən şəhidlik məqamına ucalıb. 
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Əliyev Aydın ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "İgidliyə görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib. 
Ruhun şad olsun, Vətənimizin mərd oğlu!

Jurnalist:Vəsiqə DADAŞOVA







27-11-2022, 21:46 238

Digər xəbərlər

Zeynalabdin Tağıyev qəsəbəsində kanalizasiya problemi: sakinlər kömək istəyir - VİDEO

Bakı-Xırdalan-Sumqayıt dəmir yolunda hərəkət nə zaman bərpa ediləcək? – RƏSMİ AÇIQLAMA

Sumqayıtda sərnişin avtobusunda ölüm hadisəsi baş verib

İlham Əliyev İrəvandakı tədbirdə onlayn çıxış etdi

Sumqayıtda aprel ayında temperatur 21 gün normadan yüksək olub

Coratda 66 yaşlı kişi hamamda yıxılaraq ölüb

Sumqayıtda fəhlə faciəli şəkildə həyatını itirdi - VİDEO

Sumqayıtlı şagird dünya səviyyəli uğura imza atdı – TOP universitetlərdən qəbul aldı

Nazir Sumqayıt sakinlərini qəbul edəcək – tarix açıqlandı

29 mindən çox şagird Azərbaycan dili imtahanı verdi

Sumqayıt-Pirşağı yolunda təhlükəli anlar – maşın çuxura düşdü

Sarayda qohumunu amansızlıqla qətlə yetirən şəxsə HÖKM OXUNDU

“Sumqayıt” səfərdə uduzdu – oyun penaltilərlə həll olundu

Sumqayıtda avtobus sürücüsü qaydanı pozdu – cəzalandırıldı

FƏXRİMİZ: Dünya birincisi olan azərbaycanlı gənc - FOTO

Bakı-Sumqayıt yolunda yanğın: mebel sexləri od tutdu - VİDEO

Çerkassi küçəsində təhlükə böyüyür: yol çöküb, kanalizasiya da partlayıb

Bakı-Xankəndi velosiped yarışının ilk mərhələsi Sumqayıtda başa çatacaq

Bayrağa hörmətsizlik edən şəxs saxlanıldı - FOTO

Sumqayıt Dövlət Universitetinin məzunu yüksək vəzifəyə təyin olundu - FOTO

1 2 3 4 5 6 7 8 9 10 ... 1047
Bu gün, 17:37
Bu gün, 17:16
Bu gün, 14:43
Bu gün, 14:30
Bu gün, 14:23
Bu gün, 10:10
Bu gün, 10:05
Dünən, 15:47
Dünən, 12:56
Dünən, 12:42
2-05-2026, 20:35
2-05-2026, 19:50
2-05-2026, 19:44
2-05-2026, 16:18
2-05-2026, 12:29
2-05-2026, 11:33
2-05-2026, 08:50
1-05-2026, 21:00
1-05-2026, 20:48
1-05-2026, 18:19
1-05-2026, 15:25
1-05-2026, 15:07
1-05-2026, 10:22
1-05-2026, 10:21
1-05-2026, 10:05
30-04-2026, 19:55
30-04-2026, 14:25
30-04-2026, 14:18
30-04-2026, 14:15
30-04-2026, 13:28
30-04-2026, 13:22
30-04-2026, 13:10
30-04-2026, 13:06
30-04-2026, 12:59
30-04-2026, 12:49
30-04-2026, 10:34
30-04-2026, 10:30
30-04-2026, 08:57
29-04-2026, 22:52
29-04-2026, 22:42
1 2 3 4 5 6 7 8 9 10 ... 1047