Sumqayıtda "Gəncləri Dini radikalizm – ekstremizm və narkomaniyanın zərərli təsirlərindən qoruyaq" adlı tədbir keçirilib


Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın təşəbbüsü, şəhər Gənclər və İdman Baş İdarəsi, Musiqi Kolleci, Polis İdarəsi, Narkoloji Dispanser və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Sumqayıt şöbəsinin birgə təşkilatçılığı ilə 30.11.2022-ci il tarixində Sumqayıt Musiqi Kollecində "Gəncləri Dini radikalizm – ekstremizm və narkomaniyanın zərərli təsirlərindən qoruyaq" adlı maarifləndirici xarakterli görüş keçirilmişdir.
Xeberle.com xəbər verir ki, məqsəd yeniyetmə və gəncləri sağlam həyat tərzinə təşviq etmək, narkomaniya, tütün, alkoqol və digər psixatrop maddələrin mənfi təsiri ilə bağlı bilikləndirmək, cəmiyyət üçün narahatlıq doğuran dövlət - vətəndaş həmrəyliyini pozmağa, xalqın tarixi dəyərlərinə, milli düşüncə sisteminə zərbə vurmağa istiqamətlənmiş hərəkətlərdən qorumaqdır.
Tədbirdə kollecin direktoru Səbinə Mehdiyeva qonaqları salamlayaraq mövzunun əhəmiyyətindən, narkomaniyanın yeniyetmə və gənclərin şəxsiyyətinin, sağlamlığının inkişafına mənfi təsirindən danışaraq bu bəladan qorunmanın vacibliyini qeyd etmişdir.
Daha sonra Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Rüfət Mahmudzadə çıxış edərək Respublikamızda narkomaniya və narkobizneslə mübarizənin ən üst səviyyədə aparıldığını bildirmiş, şəhərimizdə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılmasına qarşı mübarizədən, dini radikalizm və ektremizimin qarşısının alınmasından irəli gələn vəzifələrdən danışmış, qabaqlayıcı əməli-profilaktik tədbirlərin mütəmadi olaraq həyata keçirildiyini qeyd etmişdir.
Şəhər Polis İdarəsinin əməkdaşı Azər Bağırov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt şöbəsinin əməkdaşı Ülvi Məmmədov və Narkoloji Dispanserin həkimi Vüsal Bəşirzadə bəşəriyyət üçün ən təhlükəli bəla olan narkomaniyanın gənclər və yeniyetmələr arasında daha çox yayılma təhlükəsindən, sağalmaz xəstəliklərə düçar edən bu dəhşətli bəlanın vurduğu zərərlərdən, törətdiyi fəsadlardan geniş bəhs edərək zərərli vərdişlərdən uzaq olmağı gənclərə tövsiyyə etmişlər.
Sonda iştirakçılarla fikir mübadiləsi aparılmış, gəncləri maraqlandıran suallar cavablandırılmışdır.
Sumqayıtda “Gəncləri Dini radikalizm – ekstremizm və narkomaniyanın zərərli təsirlərindən qoruyaq“ adlı görüş keçirilib - FOTO
 
Sumqayıtda “Gəncləri Dini radikalizm – ekstremizm və narkomaniyanın zərərli təsirlərindən qoruyaq“ adlı görüş keçirilib - FOTO
 
Sumqayıtda “Gəncləri Dini radikalizm – ekstremizm və narkomaniyanın zərərli təsirlərindən qoruyaq“ adlı görüş keçirilib - FOTO
 
Sumqayıtda “Gəncləri Dini radikalizm – ekstremizm və narkomaniyanın zərərli təsirlərindən qoruyaq“ adlı görüş keçirilib - FOTO
 
Sumqayıtda “Gəncləri Dini radikalizm – ekstremizm və narkomaniyanın zərərli təsirlərindən qoruyaq“ adlı görüş keçirilib - FOTO
 
Sumqayıtda “Gəncləri Dini radikalizm – ekstremizm və narkomaniyanın zərərli təsirlərindən qoruyaq“ adlı görüş keçirilib - FOTO
 
Sumqayıtda “Gəncləri Dini radikalizm – ekstremizm və narkomaniyanın zərərli təsirlərindən qoruyaq“ adlı görüş keçirilib - FOTO
 

30-11-2022, 19:05 303

Digər xəbərlər

Sumqayıtda sakinlər metaləritmə zavodundan şikayətçidirlər: "Havanı zəhərləyir" - FOTO

Zakir Fərəcov Almaniyada mühüm görüşlər keçirdi: Sumqayıt üçün yeni əməkdaşlıq imkanları

Yumurta rekord həddə ucuzlaşır: Səbəblər açıqlandı

Hakim olmaq istəyənlərə şad xəbər: Yeni təyinatlar davam edir

 Sabah Sumqayıtda hava necə olacaq?

Messidən tarixi rekord: Dünya çempionatının qrup mərhələsini 6 qolla başa vurdu

SEPAH-dan ABŞ-a yeni cavab: Küveyt və Bəhreyndəki bazalar vurulub

DÇ-2026: Pley-off mərhələsinin bütün cütləri müəyyənləşdi

Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin anadan olmasının 189 illiyi tamam olur

Messinin komandası vəsiqəni təmin etdi, Ronaldonun taleyi bu gecə həll olunacaq

Rusiyadan Ermənistana buğda Azərbaycandan tranzit daşınacaq

Sumqayıtda sakinlərin nəqliyyat problemi: "21 ildir marşrut görməmişik"-VİDEO

Trampdan gözlənilməz addım: Putinlə əldə olunan razılaşmalar ləğv oluna bilər

Keffel Resende: "Sumqayıt"a tez uyğunlaşdım və komandama fayda verdim"

Necə oldu ki, “Gənclər şəhəri” Sumqayıt ölkənin "ən qoca şəhəri"nə çevrildi? (PARADOKS)

Türkiyəli deputat: “AŞPA-da hər zaman Azərbaycanın yanındayıq” — Özəl açıqlama-VİDEO

Sənədsiz evlərə amnistiya verilə bilər? – Deputatın təklifi ekspertlər arasında müzakirə yaradıb

"Heç kəs Azərbaycanla ultimatum dili ilə danışa bilməz" – Səbinə Salmanova

Sumqayıtda Silahlı Qüvvələr Günü münasibətilə “Zəfər tarixi yazmış şanlı ordumuz” tədbiri keçirilib-FOTO

Sumqayıtda Çerkassi küçəsində antisanitar vəziyyət: Sakinlər şikayət edir – VİDEO/FOTO

1 2 3 4 5 6 7 8 9 10 ... 1068
Bu gün, 21:20
Bu gün, 16:36
Bu gün, 16:12
Bu gün, 15:08
Bu gün, 15:00
Bu gün, 11:11
Bu gün, 10:14
Bu gün, 09:50
Bu gün, 09:44
Dünən, 23:41
Dünən, 23:36
Dünən, 23:28
Dünən, 23:27
Dünən, 20:24
Dünən, 16:08
26-06-2026, 22:22
26-06-2026, 19:35
26-06-2026, 15:32
26-06-2026, 14:18
26-06-2026, 13:55
26-06-2026, 12:27
26-06-2026, 12:05
26-06-2026, 09:58
26-06-2026, 09:53
25-06-2026, 19:38
25-06-2026, 16:55
25-06-2026, 14:05
25-06-2026, 10:27
25-06-2026, 08:43
24-06-2026, 21:33
24-06-2026, 17:00
24-06-2026, 16:51
24-06-2026, 16:46
24-06-2026, 12:44
24-06-2026, 11:37
24-06-2026, 09:26
24-06-2026, 08:27
23-06-2026, 20:57
23-06-2026, 20:42
23-06-2026, 20:28
1 2 3 4 5 6 7 8 9 10 ... 1068